1 2 3 4 5 6 7 8 9 ... 53

﴿ وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ ﴾

səhifə3/53
tarix22.10.2017
ölçüsü3.25 Mb.

AYƏ 7:


﴿ وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ ﴾


TƏRCÜMƏ:


«

Əgər

sənə

kağız

səhifə

üzərində

bir

yazı

nazil

etsək

onlar

öz

əlləri

ilə

ona

toxunsalar

belə

,

kafirlər

yenə

bu

,

aşkar

sehrdən

başqa

bir

şey

deyildir

deyəcəklər


TƏFSİR:


Müşriklərdən bəziləri deyirdilər: «Biz o zaman iman gətirərik ki, kağız üzərində olan yazını mələklə yanaşı bizə nazil edəsən.» Lakin onlar yalan deyir və sadəcə bəhanə axtarırdılar. Yəni onların inadkarlığı elə bir həddə çatmışdı ki, açıq-aşkar hiss olunan ən sadə şeyləri belə inkar edir, sehr bəhanəsi ilə vəhyin qarşısında təslim olmaqdan boyun qaçırırdılar.

AYƏ 8:


﴿ وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ ﴾


TƏRCÜMƏ:


«

Onlar

üçün

ona

bir

mələk

nazil

olmur

(

ki

,

onun

peyğəmbərliyinə

şəhadət

verərək

,

onunla

birgə

insanları

qorxutsun

)?”

dedilər

.

Əgər

mələk

nazil

etsək

(

onlar

inkar

etsələr

,

Bizim

ənənəvi

qanunlarımıza

uyğun

olaraq

)

(

onların

həlak

olmaları

)

mütləq

sona

çatar

onlara

daha

heç

bir

möhlət

verilməz


TƏFSİR:


Kafirlər deyirdilər ki, niyə Məhəmmədə (ə), bizim gözlərimizlə əyani şəkildə müşahidə edərək onun risalətini təsdiq etməyimiz üçün bir mələk nazil olmur?

Sonra onların inadkarlıqlarının son mərhələyə çatdığını göstərmək üçün buyurulur: Əgər onların istəyinə uyğun olaraq bir mələk göndərsək, yenə də iman gətirməyəcəklər. Belə olan halda hikmət və məsləhət bunu tələb edir ki, onlara artıq möhlət verməyək və dərhal onları ilahi əzaba düçar edib məhv edək.


AYƏ 9:


﴿ وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ ﴾


TƏRCÜMƏ:


«

Əgər

onu

mələk

etsəydik

(

Peyğəmbəri

mələklərdən

seçib

göndərməli

olsaydıq

,

mələklə

insanın

cövhərinin

müxtəlifliyinə

görə

onların

qarşılıqlı

anlaşma

münasibət

qurmaları

qeyri

-

mümkün

olduğu

üçün

)

onu

mütləq

kişi

şəklinə

salar

onlar

(

haqqı

batilə

)

oxşar

hala

saldıqları

kimi

(

Biz

mütləq

bu

işi

)

onlara

örtülü

anlaşılmaz

edərdik

(

onlar

bu

da

bizim

kimi

bir

insandır

deyərdilər

)


TƏFSİR:


İnsanların örnək və nümunəsi mələk olsaydı onda qərizələr təlatümündə çulğalanan, yemək və sair kimi meylləri olan insanlara necə örnək ola bilərdi? Buna əsasən, ayənin belə məna edilməsi mümkündür: Əgər Peyğəmbər (s) mələk olsaydı, hökmən kişi surətində zahir olacaqdı ki, onu görsünlər. Bu da insanların şəkk-şübhəyə düşməsinə səbəb olar və «o insandır, yoxsa mələk?» – deyə soruşardılar.

Bunu da qeyd edək ki, insanların haqq yolunda tərbiyə olunub bu yola dəvət edilmələri üçün camaata, onların özündən olan örnəklər verilməlidir ki, əməl və dəvətində hamıdan öndə getsin.

Quran ayəsinin hökmünə əsasən Peyğəmbər (s) kişi olmalıdır. İlahi sünnələr və qanunlar hikmət əsasındadır və bəzilərinin istəklərinə görə heç vaxt dəyişilməz.

AYƏ 10:


﴿ وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ ﴾


TƏRCÜMƏ:


«

Şübhəsiz

,

səndən

əvvəlki

peyğəmbərlər

istehza

məsxərə

olundular

.

Beləliklə

onları

məsxərə

edən

kəslərə

məsxərə

etdikləri

şey

(

ildırım

,

zəlzələ

sairə

)

nazil

oldu

onları

bürüdü


TƏFSİR:


Bu ayə Peyğəmbər (s) üçün bir növ təskinlikdir. Belə ki,

əvvəla

,

ondan qabaqkı bütün peyğəmbərlər istehzaya məruz qalmışlar.

İkincisi

,

istehza edənlərə təkcə Allahın axirət əzabı deyil, həm də dünya qəzəbi nazil oldu və çox təhlükəli hiylələr məkr edənlərin özünə qayıtdı.

Qeyd etmək lazımdır ki, istehza etmək əzab vədəsi verilən böyük və bağışlanmaz günahlardan biridir.




Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


----aggiornato-al.html

----aleksandr-sergeevich-5.html

----amad-faronij-nomidagi-2.html

----atlante-nazionale-del-3.html

----azrbaycan-mill-elmlr.html