1 2 3 4 5 6 7 8 9 10 11

لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏ - Namazin hiKMƏt və SİRLƏRİ

səhifə6/11
tarix22.10.2017
ölçüsü0.87 Mb.

لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏

(İlahi !) Səndən başqa məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) paksan. Mən zülmkarlardan idim.”130

Dua və ibadətin məqsədi nəfsani və şeytani istəklərə çatmaq deyil. Əksinə, əsl məqsəd bəndə-məbud yaxınlığını, həmçinin insanın zati acizliyini və Yaradanın ehtiyacsız olduğunu hiss etməkdən ibarətdir. Belə ki, ibadət sitayişin ən uca mərtəbəsi sayıldığı üçün nəfsə görə yox, vəzifənin düzgün yerinə yetirilməsi üçün olmalıdır.

Buna misal həzrəti İbrahimi

(ələyhissalam)

göstərə bilərik. Nəmrud onu oda atarkən Cəbrail mələk

(ələyhissalam)

həzrətə yardım etmək istədiyini bildirir. Lakin İbrahim peyğəmbər

(ələyhissalam)

onun istəyini qəbul etmir və deyir: “Allah hər şeyi görür. İstəsə O, özü mənə nicat verər.” Yəni İbrahim

(ələyhissalam)

demək istəyir ki, “mən Allahın bütün əmrlərindən razıyam və Onun işlərinə müdaxilə etməyə haqqım yoxdur”.

Bəli, belə bir məqam razılıq və təslim olmaq nişanəsidir. O həzrət bütün vücudu ilə ibadətə qərq olmuşdu. Belə bir ibadətin həqiqəti də məhz zikrdən ibarətdir.

Dar düşüncəli insanlar deyirlər: “Dua etmək faydasızdır. Çünki xilqətdə heç bir dəyişiklik baş vermir. İstəsən də, istəməsən də bir iş məsləhətdirsə, olacaq, məsləhət deyilsə, olmayacaq. Belə olan halda duanın nə faydası?”

Bunun cavabı aydındır. Birincisi, dua və razü-niyaz dünya arzularına çatmaq üçün deyil və ibadət hesab olunur. İkincisi isə ola bilsin ki, Allahdan bir şey istəmədən ona çatmaq məsləhət deyil. İstədikdən sonra isə Allahın məsləhəti həmin şeyin əta edilməsi olur. Eyni ilə bu mətləb “İddətud-dai” kitabında və başqa rəvayətlərdə zikr edilmişdir. Quran buyurur:

قُلْ مَا يَعْبَؤُاْ بِكمُ‏ْ رَبىّ‏ِ لَوْ لَا دُعَاؤُكُمْ

De, əgər dua etməsəniz, mənim Pərvərdigarım sizə əhəmiyyət verməz.”

131

Nəticədə gərək hədəf maddi məqsədlərdən üstün tutulsun. Qurani-Kərim dünya hacətlərinə üstünlük verənləri məzəmmət edərək buyurur:

فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا وَ مَا لَهُ فىِ الاَْخِرَةِ مِنْ خَلَاق‏

İnsanlardan bəzisi deyirlər ki, ey bizim Pərvərdigarımız, bizə yalnız bu dünyada (yaxşılıq) əta et. Lakin onlar üçün axirətdə heç bir bəhrə olmayacaqdır.” 132

Bəli, bir şəxs axirəti istəməsə, onun üçün çalışmasa və ya ona inanmasa, ziyan çəkənlərdən olacaqdır.

Lakin başqa bir dəstə barəsində buyurulur:

وَ مِنْهُم مَّن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاَْخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّار

أُوْلَئكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَ اللَّهُ سَرِيعُ الحِْسَاب

Onlardan bəziləri isə deyirlər ki, ey bizim Pərvərdigarımız,

bizə bu dunyada və axirətdə yaxşılıq əta et. Bizi Cəhənnəm atəşindən qoru. Onlar ələ gətirdikləri şeylərdən (dualar və saleh əməllərdən) bəhrələnəcəklər. Allah

-

təala hesaba tez yetişəndir.”

133

Bu qrup insanlar axirətə inandıqları və dünyada fəaliyyət göstərdikləri üçün istədiklərinə yetişəcəklər.

RAZÜ-NİYAZ ALİMLƏRİN NƏZƏRİNDƏ

Materialist alimlərdən sayılan “Moris Meterlinq” razü-niyazı inkar edib deyir: “Yersiz bir şeydir. Bizim Allahdan bir şey istəməyimizin mənası budur ki, O, (Allah) öz vəzifəsini bilmir. Hətta bizim ehtiyaclı olduğumuz şeylərdən də xəbəri yoxdur. Deməli, bu istək batil bir şeydir.”

Nitse və Auqust Kant kimiləri də buna oxşar fikirlər demişlər. Bu şəxsiyyətlərin belə bir nəzər söyləmələrinin səbəbi bundan ibarətdir ki, onlar maddi elmlər barəsində çoxlu mütaliə etsələr də mənəvi elmlərdən çox-çox geridə qalmışlar. Buna görə də bəzən maddiyyatçı və mənəviyyatçı alimlər arasında ixtilaflar meydana gəlmişdir. Çünki hər kəs maddiyyata qərq olsa, mənəviyyatdan uzaqlaşıb həqiqəti görməyəcəkdir.

Moris Meterlinq kimilərinin düşüncələri mənəvi elmlərə münasibətdə çox dar və qüsurludur. Bu qəbil şəxsiyyətlər yersiz nəzər və hökmlərdən çəkinsələr yaxşıdır.

Spenser deyir: “Müasir dövrümüzdə dinin elm və hikmət ilə mübarizə apardığına şahid oluruq. Bu ona görədir ki, hər ikisi (din və elm) biri-birinin işinə qarışıb müdaxilə edirlər. Əgər savadsız bir şəxs hər hansı bir işdə yersiz hökm versə, çox da zərəri olmaz. Çünki onun bu hökmünə və ya irəli sürdüyü nəzərə kimsə əhəmiyyət verməz. Lakin müəyyən bir sahədə tanınmış bir alim özünə aid olmayan bir sahə üzrə nəzər versə, çoxlarını şəkk-şübhəyə salar. Buna görə də materialistlər mənəvi işlərə müdaxilə etməməli və yersiz mühakimələrdən çəkinməlidirlər.”

Moris Meterlinqin razü-niyazın əleyhinə olması yersiz və əsassız bir düşüncədən irəli gəlir. Elə bil ki, bir nəfər belə deyir: “Allah bütün bəndələrin ruzisini öz öhdəsinə götürmüşdür, buna görə də ruzi dalınca getməyimiz lazım deyil. Əgər ruzi ardınca getsək, ilahi vədin xilafına əməl etmiş olarıq. Nəticədə belə çıxar ki, biz Allahı ruzi verməyə Qadir bilmirik və Onun vədlərinə etimadımız yoxdur.

Göründüyü kimi, Morisin bu mülahizəsi çox yersizdir. Moris və onun kimilərin müqabilində Paskal, Felamaryon, Aleksis Karl kimi alimlər mənəviyyata üstünlük vermiş, dua və razü-niyaz haqqında müsbət fikir bildirmişlər. Beləliklə, razü-niyazı inkar edib onu bihudə sayan Moris, Nitse, Auqust kimilərinin razü-niyazın fəlsəfəsini və həqiqətini dərk etmədikləri məlum olur.

Bəli, hər kəs Yaradanla rabitədə olub dualardan ayrılmayıbsa, öz həyatında razü-niyazın ecazkar və xariquladə təsirini dəfələrlə görmüşdür. Xüsusilə müqəddəs məkanlarda, o cümlədən, övliyaların hərəmində və məscidlərdə dua, təvəssül, razü-niyaz vasitəsilə çoxları faydalı nəticələr əldə etmişlər.

Doktor Aleksis Karl əlacsız xəstələrin dua və razü-niyaz vasitəsilə tez bir zamanda şifa tapdığını təsdiq edir.

“Cəvahir” təfsirinin müəllifi Təntavi öz kitabında cənab Hötenin təəccübedici müalicəsindən bəhs edərək yazır ki: “O, tibb təhsili görməməsinə baxmayaraq ruhi düşüncə, təlqin və razü-niyaz vasitəsilə özünü müalicə etmişdir. Belə ki, tibb tələbələri onun yanına gəlib dərs alırdılar.”

Bu kitabın 1-ci cildində “psixoterapiya” haqqında maraqlı mətləblər mövcuddur.

Həmmad ibni İsa imam Sadiqdən

(ələyhissalam)

belə nəql edir:

Heç vaxt dua və razü-niyazdan əl çəkmə! Demə ki, onsuz da duanın təsiri yoxdur, hər nə yazılıbsa, o da olacaq! Bil ki, dua ibadətdir və Allah tərəfindən əmr edilmişdir!”134

Başqa bir rəvayətdə buyurulur:

Allah-təalanın dərgahında elə bir məqam var ki, ehtiyacını istəmədən və razü-niyaz etmədən həmin məqama yetişmək qeyri-mümkündür.”135

Rəvayətlərdə bəladan qabaq, bolluq və rahatlıq zamanı, həmçinin xəsətliklərdən, müşküllərdən sonra dua edilməsi çox sifariş edilmişdir.

Dua edərkən əllərin yuxarı qaldırılması müstəhəb sayılır. Belə ki, Peyğəmbərimizdən

(salləllahu ələyhi və alihi və səlləm)

nəql olunan hədislərin birində belə buyurulur:

“Namaz qıldığınız zaman qunut tutarkən əllərinizi yuxarı qaldırın!”

136

İbn Fəhəd Hilli, Kəf`əmi, İbn Tavus (Allah onlardan razı olsun) və s. rəbbani137 alimlərin razü-niyaz barəsində buyurduqları kəlamları kənara qoyub, nisbətən mənəviyyata yer verən və həqiqəti az da olsa dərk edən təcrübi elmlərə yiyələnmiş filosof və alimlərin nəzərlərinə toxunmaq istərdik.

Fiziologiya sahəsində məşhur alimlərindən olan Aleksis Karl razü-niyaz haqqında bir məqalə yazıb dərc etmişdir. Bir daha höccəti tamamlamaq üçün qərbə meyl göstərən və Avropa düşüncə tərzini üstün tutan şəxslərə həmin məqalənin xülasəsini təqdim edirik. Belə şəxslər ağıla gəlib duanın, razü-niyazın, təvəssülün, Allahla rabitənin xurafat və irtica olmaması barəsində düşünməlidirlər. Çünki, duanın xariquladə təsiri dinsizlər üçün inanılmaz və qeyri-mümkün, dindarlar üçün isə gündəlik müşahidə olunan həqiqətlər sırasında durur. Allaha etiqadı olan qərbin bəzi alimləri bu təsiri hiss və etiraf etmişlər.

ALEKSİS KARL138 NƏ DEYİR?

Karl deyir: “Düşünürəm ki, razü-niyaz insanın ruhuna qanad verməklə onu qeyri-maddi bir aləmə, Allaha doğru aparır”

Bu alimin sözlərinə diqqət etdikdə əziz Peyğəmbərimizin

(salləllahu ələyhi və alihi və səlləm)

məşhur hədisi yada düşür. O həzrət buyurur:

Namaz möminin meracıdır.”

Bu hədisə əsasən namaz və duanın razü-niyaz olması bir daha aydınlaşır.

Ruh aləmi təbii elmlərin xaricindədir. Necə ola bilər ki, razü-niyaz barəsində qəti bir bilik əldə edilsin? Razü-niyazın əsl həqiqəti yandırıcı bir cismi Allaha doğru cəzb edən irfani haldan ibarətdir.

Aleksis Karl sözünün davamında deyir: “Elə ki, razü-niyaz araya gəlir, bəyan və təfəkkür məktəbi onun qarşısında aciz qalır.”

NECƏ RAZÜ-NİYAZ EDƏK?

Razü-niyaz üçün çalışmaqla Allaha doğru yaxınlaşmaq olar. Bu çalışma və fəaliyyət dil ilə deyil, qəlblə olmalıdır. Məsələn, Allahın əzəməti barəsində fikirləşmək razü-niyaz hesab olunmaz. Bu yalnız iman və eşq sayəsində mümkündür. Məhz belə olduqda razü-niyazı ələ gətirə bilərik.

Razü-niyaz qısa, ya uzun olmasına baxmayaraq bir növ övladın öz atası ilə söhbətinə və dərdləşməsinə bənzəyir.139 Ehtiyaclarımızın Allahdan istənilməsini ağıl da qəbul edir. Eyni zamanda nəfs istəklərinin və şəhvətlərimizin təminini Allahdan istəmək ən böyük ağılsızlıqdır.

Allah-təala qəlbində aramlıq hakim olmayan insanla söhbət etmir. Əlbəttə izdihamlı bir cəmiyyətdə aramlıq tapmaq çox çətindir. Bunun üçün bu çətin zamanda xəlvət bir yer tapılması lazımdır.

Razü-niyaz insanın vücudunda və ruhunda böyük təsir qoyur. Buna görə də o, bu işi mütəmadi olaraq yerinə yetirməlidir. Əgər razü-niyaz münasib bir şəraitdə yerinə yetirilsə, həmişə müsbət nəticə verər.140

Valf Vald Emerson yazır: “Hər kəs səmimi qəlbdən razü-niyaz etsə, bir şey əldə edər.”141

“İddətud-dai” kitabında belə bir rəvayət vardır:

Duanın bir çox təsirləri var. Əgər istənilən şey həmin şəxsin məsləhətinə olmazsa, Allah-təala onun əvəzinə məsləhət olunan bir şeyi ya bu dünyada, ya da axirətdə həmin şəxsə əta edər!”

RAZÜ-NİYAZIN TƏSİRLƏRİ

Aleksis Karl yenə də deyir: “Razü-niyaz davamlı surətdə yalvarışla olarsa, yerinə yetiriləcəkdir. Müasir insanlar razü-niyaza xurafi gözlə baxır, onu keçmişin qalığı sayırlar. Həqiqət isə belə deyildir.

Bu gün biz deyə bilərik ki, razü-niyazın bəhrəsindən məhrum olmuşuq və bundan çox az istifadə edirik. Digər tərəfdən isə bu günkü razü-niyazlar təsirsiz qalır. Çünki ibadət əhlinin əksəriyyəti məğrur, yalançı, təkəbbürlü və riyakardır. Belələri eşq və imana layiq deyil. Hər bir millətin razü-niyazı tərk etməsi onların süqutuna və məhvinə aparır. Razü-niyazın təsiri xəyali bir şey deyil. Bu irfani bir hiss olmaqla yanaşı insan fitrətinin dərinliklərindən qaynaqlanaraq əsaslı bir meyldən ibarətdir.142 Bu hissiyyat bizim vücudumuzun ən mühüm gerçəkliklərindən hesab olunur. Razü-niyaz bizim həm ruhumuza, həm də cismimizə böyük təsir göstərir. Bu təsirin razü-niyazın keyfiyyət və şiddətinə bağlılığı var. Belə ki, razü-niyazla ünsiyyətdə olanların çöhrəsində öz vəzifəsini tanımaq, həmçinin yaxşılıq və xeyirxahlıq hissi başqalarına nisbətən daha çox cilvələnməkdədir. Razü-niyaz hər nə qədər davamlı və hərarətli olarsa, təsiri də çox və aşkar olar.”143

RAZÜ-NİYAZ VASİTƏSİLƏ ŞƏFA

Aleksis Karl başqa bir yerdə yenə də deyir: “Bəzən razü-niyazın təsiri heyrətləndiricidir. Müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng, böyrək, vərəm və s. bir an belə aram qalmayan ağır xəstələrin şəfa tapmasının dəfələrlə şahidi olmuşam. Həmçinin, başqalarının haqqında edilən dua və razü-niyazın təsiri daha güclüdür.144

İnsan suya və oksigenə ehtiyaclı olduğu kimi Allaha da ehtiyaclıdır. Biz həm elmin gözəlliyini, həm də Allahın gözəlliyini sevməliyik. Biz Paskala imanla qulaq asdığımız kimi Dekarta da həmin imanla qulaq asaq. (Paskal ilahi bir şəxs, Dekart isə elmə və təfəkkürə yer verən bir şəxs idi).145

Aleksis Karl “İnsan tanınmamış bir mövcuddur” adlı kitabında belə yazır: “Əldə edilmiş məlumatlar razü-niyazın ağır xəstələrin, o cümlədən vərəm, xərçəng, çirkli yaralar və s. üzərində tez bir zamanda müsbət təsir qoyduğunu göstərir. İlk anlarda şiddətli ağrılar hiss olunur. Razü-niyaz vasitəsilə möcüzəli şəfa xəstənin əzalarında sürətlə yayılmağa başlayır. Nəhayət, həmin xəstə kamil nicat tapır və tam sağalır.”

Yenə də “Tərcumeye məqaleye neyayeş” kitabının 15-ci səhifəsində deyir: “Lord146 adına tibb institutunda bu mövzu (əlacsız xəstələrin razü-niyaz vasitəsilə şəfa tapması) barəsində bir çox sənədlər toplanmış və hal-hazırda arxivdə saxlanmaqdadır.”

20-ci əsrin böyük alimlərindən və və tibb elmində mütəxəssis sayılan bu həkimin dediklərindən belə qənaətə gəlmək olur ki, duanın, razü-niyazın və namazın insanın cismində və ruhunda, həmçinin dünya və axirətində heyrətamiz təsirləri var. O, əlavə edərək vurğulayır ki, 20-ci əsrin tibb elmində əlacsız xəstəliklərin müalicəsinin qeyri-mümkünlüyünə baxmayaraq Allahla rabitə yaradıb razü-niyaz vasitəsilə bu cür xəstəlikləri müalicə etmək mümkündür.

Duaların faydaları barəsində Əhli-beytdən

(ələyhimussalam)

nəql olunmuş hədislər bir dünya İslam maarifinə malikdir. Biz bunlardan bəzilərinə işarə etmək istərdik.

RAZÜ-NİYAZ VƏ YA İNSAN TƏRBİYƏ EDƏN MÜƏSSİSƏ

İlahi əzəmət dərgahında istiğfar, münacat, Quran oxumaq, namaz qılmaq, zikr və duadan ibarət olan razü-niyaz insanın ruhunda dərin iz qoymaqla bərabər onu tədricən yer aləmindən ərş aləminə və kamilliyə doğru aparır.

Razü-niyaz atəşin içinə atılmış bir dəmirə bənzəyir. Belə ki, dəmir həmin atəşin içində yavaş-yavaş hərarəti özünə çəkib qızarır və onda nuraniyyət əmələ gəlir.

Həzrət Musa

(ələyhissalam)

münacat və razü-niyaz edərkən soruşur:

İlahi, Sən mənə yaxınsan, ahəstə çağırım, məndən uzaqsansa, ucadan çağırım”? Xitab gəldi: “Mənimlə razü-niyaz edib sirrini bölüşənə həmişə yaxınam.”

147

Razü-niyaz edən müsəlman get-gedə ilahi əxlaqa sahib olur və onda ilahi sifətlər görünməyə başlayır. O, pisliklərdən və məzəmmət olunmuş xasiyyətlərdən (tamahkarlıq, paxıllıq, düşmənçilik, təcavüzkarlıq, zülmkarlıq və s.) uzaqlaşaraq özünü Pərvərdigarının bəyəndiyi məqama və Onunla ünsiyyətə yaxınlaşdırmaq istəyir.

Quranda namazın faydalarından biri zikr olunaraq buyurulur:

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ

Həqiqətən, namaz insanı günahlardan və pisliklərdən çəkindirir.”

148

Razü-niyaz edən şəxs həmişə çalışır ki, yersiz istəklərdən, həvəslərdən uzaqlaşıb onlarla mübarizədə nəfsini saflaşdırsın.

Quran bu barədə buyurur:

قَدْ أَفْلَحَ مَن تَزَكى‏

Doğrudan da, nəfsini saflaşdıran nicat tapdı.”

149

Yaxud “Şəms” surəsində belə buyurulur:

وَ نَفْسٍ وَ مَا سَوَّئهَا فَأَلهَْمَهَا فجُُورَهَا وَ تَقْوَئهَا قَدْ أَفْلَحَ مَن زَكَّئهَا وَ قَدْ خَابَ مَن دَسَّئهَا

And olsun nəfsə və O kəsə (Allaha) ki, onu nizama saldı. Sonra pisliyi və yaxşılığı ona ilham etdi. Həqiqətən, özünü saflaşdıran nicat tapdı və həqiqətən, özünü günaha batıran ümidsiz qalaraq məhrum oldu.”

150.

Razü-niyaz edən şəxs Allah dərgahına üz tutmaqla özünü bir növ yalqız, əlacsız, yazıq və yoxsul simasına salır. O,

“Rəhm edin ki , Allah da sizə rəhm etsin”

hədisinə riayət etməklə Allahın rəhmət kölgəsində olmaq istəyir. Necə ki, İslam Peyğəmbəri

(salləllahu ələyhi və alihi və səlləm)

“Şəbaniyyə” xütbəsində buyurur:

Yetimlərə mehribanlıq göstərib rəhm edin ki, sizin də yetimlərinizə rəhm edilsin.”151

Xülasə olaraq deyə bilərik ki, razü-niyaz üçün bir sıra şərtlər var. Məsələn, razü-niyaz edənin zahiri cəhətdən bədəni və paltarı təmiz, əməlləri isə saleh olmalıdır. Batini cəhətdən qəlbi, niyyəti, fikri pak olmaqla yanaşı diqqətini tam Yaradana yönəltməli, yalnız Onun yardımları barədə düşünməlidir. Həmçinin, Allaha təsbih

(Subhənəllah),

təkbir

(Əllahu Əkbər)

zikrləri ilə yad edərək 14 məsuma

(ələyhimussalam)

salavat göndərməlidir. Məhz belə olan surətdə razü-niyaz edən şəxs həqiqi insaniyyət mərhələsinə daxil olur.152

Əgər deyilmiş bu şərtlər İslam cəmiyyətində təmin edilərsə, Əflatunun153 arzuladığı və xəyal etdiyi cəmiyyət həqiqətə çevrilər.

RAZÜ-NİYAZIN CAZİBƏSİ

Razü-niyazın aşkar təsir və fəlsəfəsindən, hətta cəm şəkildə yerinə yetirildikdə müştərək faydalarından biri də budur ki, insanın qəlbindəki qara pərdələr kənara çəkilir, şeytani vəsvəsələrdən uzaqlaşaraq qəlbində aramlıq, ləzzət və nuraniyyət duyur. Belə olduqda eşq və əlaqə onu Yaradanla razü-niyaza həmişə cəzb edəcəkdir. Bu cazibə qəlbdə saflıq və nuraniyyətin əmələ gəlməsinə, həmçinin razü-niyazın artmasına səbəb olacaqdır.

Əksinə, əgər razü-niyaza məşğul olan şəxs günah etsə, Allahdan uzaqlaşacaq, qəlbini qara pərdələr bürüyəcək və o üsyan qaldıracaq. Belə olan surətdə razü-niyaz üçün yer qalmayacaqdır.

RAZÜ-NİYAZIN QAYDALARI

Əhli-beyt

(ələyhimussalam)

tərəfindən razü-niyaz üçün bir sıra qaydalar zikr edilmişdir. Belə ki, bunlara riayət etməklə razü-niyazın təsirinin gücləndirilməsi mümkün sayılmışdır. Bu qaydalar aşağıdakılardan ibarətdir:

1) Mərifət; Məbudu tanımaq dua və razü-niyazın əsas şərtlərindən sayılır. Necə ki, “Tohide-Səduq” kitabında deyilir:

Bir dəstə camaat imam Sadiqin (ələyhissalam) hüzuruna gəlib dedi: “Biz Allahı çağırırıq, lakin dualarımız qəbul olmur.” Həzrət buyurdu: “Çünki Allaha qarşı mərifətiniz yoxdur.”154

2) Məbdəyə (Allaha) tam diqqət və qəlbin iştirakı; Allahın elçisi

(salləllahu ələyhi və alihi və səlləm)

öz vəsiyyətində həzrət Əliyə

(ələyhissalam)

belə buyurur:

“Allah-təala qəlbi qəflətdə olan şəxsin dua və razu-niyazını qəbul etməz.”

155

3) Hər şeydən üz çevirib yalnız Allahdan yardım istəmək; Bu barədə “Vəsailuş-şiə” kitabının 14 və 62-ci bablarında, həmçinin “Şəbaniyyə” xütbəsində rəvayətlər mövcuddur. O cümlədən:

“Niyyətləriniz saf və ürəkləriniz pak olan halda Allahdan istəyin!”

156

4) Zahiri təharət; Bədənin və paltarın təmiz olması, həmçinin xoş ətirlərdən istifadə edilməsi zəruridir. Bu barədə “Vəsailuş-şiə” və “İddətud-dai” kitablarında çoxlu rəvayətlər vardır. 5) Batini təharət; Nəfsin, həmçinin qəlbin rəzil sifətlərdən paklanması və onlara gözəl əxlaqi don geyindirilməsi. Bu barədə də “Vəsailuş-şiə” kitabının 65-ci babında bir çox rəvayətlər zikr edilmişdir. 6) Başqaları haqqında dua edib onlara xeyir diləmək; Yenə də “Vəsailuş-şiə” kitabının 37,38 və 39-cu bablarında və “İddətud-dai”də bu barədə bir çox hədislər nəql olunmuşdur. Onlardan birini zikr edirik:

Musa ibn Cəfər

(ələyhissalam)

buyurmuşdur: Hər kəs müsəlman qardaşı kənarda olarkən onun üçün dua edərsə, ərşdən belə xitab gələr: Bu duanın yüz min bərabəri sənin üçün olsun!”

157

7) Davamlılıq; Razü-niyaz edərkən davamlı surətdə təkrar etmək və məyus olmamamq lazımdır. Rəvəyətdə deyilir:

Əbu Cəfər (ələyhissalam) buyurmuşdur: Allaha and olsun ki, hər bir mömin etdiyi duanı davamlı olaraq təkrarlasa, hacəti yerinə yetiriləcəkdir.”158

8) Dua edərkən zaman və məkana olan diqqət;

Razü-niyaz edərkən istənilən duanın xüsusi zaman və məkanlarda (məscidlər, hərəmlər, namaz qılıb Quran oxuduqdan sonra, sədəqə verdikdən sonra və s.) qəbul olması üçün bir çox rəvayətlər mövcuddur. Bu barədə “Vəsailuş-şiə” kitabına müraciət edə bilərsiniz.

9) Qəlb kövrəkliyi;

Dua və razü-niyaz edərkən qəlbin kövrək halı, ahu-zarla gözdən yaş axıdılması hacətin tez bir zamanda qəbul olmasının şərtlərindəndır. Əbu Bəsir İmam Sadiqdən

(ələyhissalam)

belə rəvayət edir:

Qəlb kövrək olduğu zaman dua edilməlidir. Çünki bu halda o, (qəlb) Allah üçün xalisləşmiş və paklanmış olur.”

159

10) Sitayiş və istiğfarla160 başlamaq; Razü-niyaza və duaya başlamazdan qabaq Allahı təsbih, təhlil, təmcid edib istiğfar diləmək rəvayətlərdə təkid olunmuşdur. “Vəsailuş-şiə” kitabının “Dua” babında bu mövzuda çoxlu hədislər vardır. 11) Ruzinin halal olması;

Razü-niyaz edən halal ruzi qazanmalı və halal ərzaqlardan istifadə etməlidir. Çünki haram ruzidən istifadə qəlbi qaraldıb duanı təxirə salır və qırx gün həmin hacətin yerinə yetməsinin qarşısı alınır. Necə ki, İmam Sadiq

(ələyhissalam)

buyurur:

Duasının tez bir zamanda qəbul olmasını istəyən şəxs gərək qazancını halal yolla əldə etsin.”

161

12) Əhli-beytə

(ələyhimussalam)

təvəssül edib salavat göndərmək;

On dörd məsuma

(ələyhimussalam)

salavat göndərmək və onlara təvəssül etmək razü-niyazdan həm əvvəl, həm də sonra yerinə yetirilən qaydalardan biridir. Bu mövzu ilə bağlı “Vəsailuş-şiə” kitabının 34-cü babına müraciət edə bilərsiniz. 13) Başqalarından dua istəyi;

Müsəlman qardaşlardan özümüz üçün dua istəyi həmin hacətin tez bir zamanda müstəcəb olmasına səbəb olur. “Vəsailuş-şiə” kitabının 38 və 50-ci babları bu mətləbi bəyan edir. 14) Camaatın haqqını ödəmək;

Camaatın haqqını tapdayıb zay etmək dua və razü-niyazın qəbul olmasına maneçilik törədir. Rəvayətdə deyilir:

Allah-təala Musaya

(ələyhissalam)

vəhy edib buyurdu ki, Bəni-İsrailə de: Mən onların dualarını o zaman qəbul edərəm ki, kimsəyə zülm etməmiş olsunlar.”

162

İSTİĞFAR VƏ RAZÜ-NİYAZ

Razü-niyazın mühüm hissələrindən biri günahlardan tövbə etməkdir. İmam Sadiq

(ələyhissalam)

buyurmuşdur:

Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu ki, ən yaxşı dua və razü-niyaz istiğfardan ibarətdir.”163

Çünki istiğfarın özündə günahların bağışlanması var və ən yaxşı dua axirət işləri üçün edilən duadır. Həqiqi və düzgün istiğfar, tövbə ilə yanaşı olmalıdır. Əgər belə olmasa, istiğfar batil və ləğv bir şeydir. İmam Riza

(ələyhissalam)

bu barədə belə buyurur:

Bir kəs istiğfar edib həmin günahı tərk etməsə, sanki Allahı məsxərə etmişdir.”

164

TÖVBƏNİN ŞƏRTLƏRİ

Günahlardan tövbə etmək üçün altı şərtin yerinə yetirilməsi zəruridir. İmam Əli

(ələyhissalam)

bir nəfərin dildə istiğfar etdiyini görüb buyurur:

İstiğfar “İlliyyin” dərəcəsindədir və onun altı şərti var. Onlardan ikisi rükn, ikisi qeyri-rükn, qalan ikisi isə kamillik şərtidir. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmiş kimisən. Tövbənin rüknü olan iki şərt bunlardır; 1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan. 2. Bir daha günaha yol verməmək üçün ciddi surətdə qərara gələsən. Qeyri-rükn olan iki şərt isə bunlardır; 3. Allahın haqqını ödəmək. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirmək. 4 .Xalqın (camaatın) haqqını ödəmək. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən. Kamillik şərti olan iki şərt isə bunlardır; 5. Günahın ləzzətini və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən. 6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, halaldan təzə ət əmələ gəlsin”

165

.

Bu cür tövbə Quran nəzərində

“nəsuh tövbə”

adlanır. Necə ki, “Təhrim” surəsinin 8-ci ayəsində buyurulur:



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


---moringa-oleifera.html

---namazin-hikmt-v-srlr-3.html

---novruz-bayram.html

---olduqda-c-0-vy----1.html

---p-a-v-e-l-g-e-l-e-v---.html