1 ... 9 10 11 12 13 14 15 16 ... 30

لا يذهب بها الا رجل هو مني وأنا منه، - Tərcüməçidən

səhifə13/30
tarix17.01.2017
ölçüsü2.45 Mb.

لا يذهب بها الا رجل هو مني وأنا منه،

“Məndən olan,mənim də ondan olduğum adam.”

Mətnin özü digər rəvayyətlərlə ziddiyyət təşkil edir.Bu rəvayyətdə deyilir: “İbn Abbas qeyd etmişdir: “Əli öz həyatını Peyğəmbər (s.a.s)-ə görə təhlükəyə atmışdı.O,onun paltarını geyinib, yerinə uzanmışdı.Müşriklər ona daşlar atırdılar.”Söhbət hicrət hadisəsi ərəfəsində baş verənlərdən gedir.

Safi ər Rahmən əl Mubarəkfuri bu hadisəni “Sira” kitabında belə təsvir edir: “Bir qayda olaraq,Peyğəmbər (s.a.s) gecənin ilk 1/3-i yatardı.Gecənin ikinci yarısında isə qalxar,Kəbəyə gedib gecə namazı qılardı.Həmin gecə o yerinə Əli (r.a)-ni uzandırır və ona heç bir zərərin yetişməyəcəyini bildirir.Hamı yatdıqda, Peyğəmbər (s.a.s)-in evinə müşriklər yaxınlaşaraq,onu mühasirəyə aldılar.Evdə yorğana bürünüb,yatan insanı gördükdə onlar elə düşündülər ki,bu Peyğəmbər (s.a.s)-dir.Onlar onun qalxıb,evdən çıxana qədər onu pusquda gözləməyi qərara aldılar. Allah Təala onların bu hiyləsini Quranda belə vəsf edir:

“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.” (Ənfal 30)

İbn Hişam yazır: “Mənə deyildiyinə görə Peyğəmbər (s.a.s)-in gizli olaraq gedişini Əli ibn Əbu Talib,Əbu Bəkr əs Siddiq və onun ailəsindən başqa heç kim bilmirdi.Peyğəmbər (s.a.s) Əli (r.a)-yə getməyini xəbər vermişdi və ona Məkkədə qalıb,ona əmanət olunan malların sahiblərinə geri qaytarmasını həvalə etmişdi.Çünki,Məkkədə olanlar hər hansı bir təhlükə əsnasında mallarını “Əmin”olan Peyğəmbər (s.a.s)-ə əmanət edirdilər.” (“Sira” Hicrət fəsli)

Peyğəmbər (s.a.s) ona əmanət olaraq verilmiş malların sahiblərinə qaytarılmasını Əli (r.a)-yə tapşırmışdı.Təbii ki,Əli (r.a) ona tapşırılan tapşırığı Peyğəmbər (s.a.s) hicrət etdikdən sonra etməli idi. Onda hansı təhlükədən söhbət gedə bilər? Peyğəmbər (s.a.s) ona buyurdu: 1) Sənə heç bir zərər toxunmayacaqdır. 2) Ona Məkkədə qalıb,əmanət olunan malları sahiblərinə geri qaytarmasını tapşırdı.

Bu hədisdə həmçinin deyilir: “İbn Abbas buyurdu: “Peyğəmbər (s.a.s) Təbuk səfərinə çıxmışdı.Onunla birlikdə bu səfərə çoxlu səhabələri yollandı.Əli (r.a) soruşdu: “Məndə səninlə gəlim?” Peyğəmbər (s.a.s) buyurdu: “Xeyr.” Əli bu zaman ağladı.Peyğəmbər (s.a.s) buyurdu: “Məgər sən mənim üçün, Harunun Musa nisbətində olmaq istəmirsən? Amma məndən sonra peyğəmbər olmayacaqdır.Yalnız sən mənim xəlifəm və valim ola bilərsən."

İmam Buxari Sad ibn Əbu Vəqqas dan rəvayyət edir ki,Təbuk döyüşünə gedən zaman Peyğəmbər (s.a.s) Mədinədə Əlini yerinə əvəz olaraq qoydu.Əli ona dedi: “Ey Allahın elçisi! Sən məni qadın və uşaqlarla qoyub gedirsən?!”Peyğəmbər (s.a.s) isə buyurdu:

"Məgər sən mənim üçün, Harunun Musa nisbətində olmaq istəmirsən? Amma məndən sonra peyğəmbər olmayacaqdır"

(Səhih Buxari “Kitabu Fədailus Səhabə” Bab, mənaqibi Əli, 2607; Müslim “Kitabu Fədailus Səhabə”)

Birincisi,”Yalnız sən mənim xəlifəm və valim ola bilərsən."əlavəsi düzgün tərcümə olunmuşdur.Doğru tərcümə budur: “Səni xəlifəm təyin etmədən getməyim doğru olmazdı.”

Bu hissə faktlara ziddir.Çünki,Peyğəmbər (s.a.s) Mədinədə dəfələrlə ayrı-ayrı səhabələrini xəlifə təyin etmişdi.Təkcə bir yürüş zamanı Əli Mədinədə vali olaraq qalmışdı.Təkcə Ümm Məktumu Peyğəmbər (s.a.s) Mədinədə yerinə 13 dəfə vali təyin etmişdi.” (Muhəmməd ibn Cəfər əl Qəttani “Təratibul idariyyə” 1/484)

“Buvat” səfəri zamanı Peyğəmbər (s.a.s) yerinə Mədinədə Sədd ibn Muazı vali təyin etmişdi.”Zul-əşara” səfəri zamanı Əbu Sələməni,Bədr səfəri zamanı isə Ümm Məktumu təyin etmişdi.Daha sonra onu Əbu Lubəb ibn Əbd əl munzir əvəz etmişdi və s.

"

Məgər sən mənim üçün,Harunun Musa nisbətində olmaq istəmirsən? Amma məndən sonra peyğəmbər olmayacaqdır" ifadəsi Təbuk səfəri zamanı deyilmişdi. Bu hədisi Əlinin Peyğəmbər (s.a.s)-ə varis olmasına dəlil kimi gətirmək olmaz.Çünki,Harun (ə) Musa (ə)-dan 3 il öncə vəfat etmişdi. Təbəri “Tarix” (3/288)-də nəql etmişdir ki,Təbuk səfəri zamanı Peyğəmbər (s.a.s) Mədinəyə vali olaraq Siba ibn Urfət əl Qifarini təyin etmişdi.Əliyə isə buyurmuşdu: “Mədinəyə dön və əhli beytimə göz-qulaq ol.” Yəni,Əli ümumiyyətlə Mədinədə əmir olaraq təyin edilməmişdi.Fəqət,Əhli beytə qulluq etmək üçün göndərilmişdi.Peyğmbər (s.a.s)-in Əli (r.a)-ni Mədinədə tərk etməsi heçdə onun fəzilətinə dəlil hesab oluna bilməz.Axı,biz oxuyuruq ki,Əli ağlayaraq deyirdi: “Ey Allahın elçisi! Sən məni qadın və uşaqlarla qoyub gedirsən?!” Əli nin özü bu hadisəni özünün şanına sığışdırmırdı.Bu hadiSəddə onun fəzilətini dəlil kimi iddia edənlər Əli dən çoxmu bunu başa düşürlər?

Qeyd etmək lazımdır ki,Harun (ə) Musa (ə) tərəfindən İsrailə onun Tur dağından geri dönəcəyi müddətə qədər əmir təyin edilmişdi.Məhz,bu təyinatla Peyğəmbər (s.a.s) Əliyə üz tutmuşdu ki,o səfərdən geri dönənə qədər şəhərdə olanlara nəzarət etsin. Həmçinin,şiələr anlamalıdırlar ki,Əli Mədinədə çoxlu səhabələrin (Əbu Bəkr,Ömər və s.) olmadığı bir zamanda əmir təyin edilmişdi.Bu özü dəlildir ki,şiələrin “Əli ilk xəlifə olmalıdır” iddiaları əsassızdır.

Əli Mədinədə başçı qaldı.Peyğəmbər (s.a.s) isə bu zaman ordunun başında idi.Əlinin təyin olunması heçdə o demək deyil ki,Peyğəmbər (s.a.s) ilə nəsə baş versə idi,avtomatik olaraq Əli xəlifə olmalı idi.Harun (ə)-un misalına gəldikdə isə,o İsrailə Musa (ə) təkbaşına Tur dağına getdiyi zaman rəhbər təyin edilmişdi. Əgər Əlinin əmir təyin edilməsi onun xəlifəliyinə dəlil hesab olunursa,onda biz gərək bu hədisi digər hədislərlə birgə dəyərləndirək.Əbu Bəkr Həccdə əmir təyin edilmişdi.Əli Məkkəyə bəzi surələrlə gəlsə belə,o əmir kimi deyil,məmur kimi gəlmişdi.Əbu Bəkr müsəlmanlara Peyğəmbər (s.a.s) tərəfindən namazda imam təyin edilmişdi.Bu hadisə mutəvatir xəbərdir.O,Peyğəmbər (s.a.s)-in hicrət zamanı yoldaşı olmuşdur. Bu hədisdə yenə deyilir: “İbn Abbas qeyd etmişdir ki,Peyğəmbər (s.a.s) məscidə tərəf açılan bütün qapıların bağlanmasını əmr etmişdi.Yalnız məscidə yaxın olan Əlinin qapısını bağlatdırmamışdı.”

Bu rəvayyətin mötəbərliyi müzakirə obyektidir.Bəzi alimlər bu rəvayyətin uydurma,bəzisi isə doğru olduğunu bəyan etmişlər. Bu hədisdə həmçinin deyilir: “İbn Abbas libasını silkələyib, gələrək dedi: “Tfu,heç kəsdə olmayan 10 xüsusiyyətə sahib olan adam haqqında qeybət edirlər.”

Bu ifadə tarixi faktlara ziddir.Bu rəvayyətdə deyilir ki,Əli bir səfərdə Mədinədə vali təyin edilmişdi və biz qeyd etdik ki,digər səhabələr də bir çox səfərlərdə Mədinədə vali təyin olunmuşlardı.Bu rəvayyətdə deyilir ki,məscidə Əlinin qapısından başqa bütün qapıların bağlanması buyrulmuşdu.Biz isə bilirik ki,”Peyğəmbər (s.a.s) Əbu Bəkrin qapısından başqa bütün qapıların bağlanmasını əmr etmişdi.” (Tirmizi “Sünən” №3678) Bu hədis həmçinin “Səhih” kitabında da nəql olunur.

61)

İbn Abbasdan nəql olunan Əlinin 10 fəziləti haqqında olan hədisi müzakirə edərkən,Əbdulhüseyn 28-ci məktubda yazır: “Əmirəl-möminini söyən,onunla döyüşən və minbərlərdə Əlini söyməyi müsəlmanlara əmr edən Müaviyyə də belə hədsiz həyasızlığı və düşmənçiliyinə baxmayaraq “Mənzilət” hədisini inkar etməmişdir. Müslimin nəql etdiyinə əsasən, Sədd ibn Əbu Vəqqasa “Sənə nə mane oldu ki, Əbu Turabı söymürsən?” – dediyi vaxt onun cavabını inkar etmədi. Sədd cavab verdi: “Peyğəmbər (s.a.s)-in onun haqqında buyurduqları üç şeyi xatırladım və söyə bilmədim. Əgər onlardan biri məndə olsaydı, mənim üçün ərəbin ən əziz sərvətindən də qiymətli olardı. Peyğəmbər (s.a.s) onu bəzi döyüşlərdə Mədinədə saxladığı zaman eşitdim ki, ona buyurdu: “Razı deyilsənmi ki, sən mənə Harunun Musaya (vəsi) olduğu kimi olasan? Bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur.” Müaviyə sakit oldu və Səddi söyüş söyməkdən azad etdi.”

Müaviyyənin Əlini söyməyi əmr etməsi doğru deyildir.Musəvi Müslimin “Səhih” kitabına istinad edir.Orada Müaviyyənin Səddan belə soruşduğu nəql olunur: “Sənə nə mane oldu ki, Əbu Turabı söymədin?”

Bu ifadədə söyüş söyməyə təhriki yalnız xəstə,kinli şiə təfəkkürü olan adam görə bilər.Əgər biz bir adamdan misal olaraq soruşsaq: “Sənə zina etməyə nə mane olur?” Bu o demək deyil ki,biz həmin adamı bu pis əmələ dəvət edirik. Şiələrin ən çox istinad etdikləri ikinci rəvayyət isə Sünən ibn Macədə olan hədisdir.Rəvayyət belədir: “Bir dəfə Həcc mərasimi zaman Müaviyyə gəldikdə onun yanına Sad ibn Əbu Vəqqas daxil oldu.Əli haqqında söz etdilər və Müaviyyə onun əleyhinə bir söz dedi.Bu zaman Sədd hirsləndi və dedi....”

Birincisi,bu rəvayyətin ravi silsiləsi qopuqdur.Əbdurrahmən ibn Səbt ibn Əbu Vəqqasdan heç nə eşitməmişdir.Mizzi “Təhzib əl kəmal” (17/№3822)-da dedi: “Deyildi ki,ibn Səbt Sad ibn Əbu Vəqqasdan eşitməmişdir.” Həmçinin,orada deyilir ki,Yəhya ibn Muin Əbdurrəhmanın Səddan nəsə eşitdiyini qəbul etməmişdir. İkincisi,fərz edək ki,bu rəvayyət səhihdir.Burada Müaviyyənin Əlini söyməsi və ona təşviq etməsindən söhbət belə getmir.Sindinin qeyd etdiyi kimi biz Müaviyyənin Əli haqqında həmin toplantıda konkret nə dediyini bilmirik.Bizim bu haqqda ehtimal etdiyimiz ən pis rəy bu ola bilər ki,Müaviyyə Əlini bəzi məsələlərdə tənqid edərək onun səhvini qeyd edərmiş.

Şiələrin öz kitablarında dəlillər vardır ki,Müaviyyə nəinki Əlini söyməyə təşviq etmir,hətta bu cür edənləri qınayırdı.Beləki,bir dəfə Müaviyyənin yanında olan bir nəfər Əlini ən xəsis adam adlandırdı.Müaviyyə ona dedi: “Vay olsun sənə! Sən Əlini necə xəsis adlandıra bilərsən ki,əgər onun iki evi ola,onlardan biri qızıldan,digəri samandan ola,o qızıldan olan evi digər evdən daha tez söküb,onu Allah yolunda xərcləyərdi.” (“Nəhcul Bəlağa” Feyzulislamın şərhi ilə,c.1,səh 23)

Həmçinin,nəql olunur ki,bir dəfə Müaviyyənin yanında Əlini “ən bəlağətsiz adam”adlandırdıqda o dedi: “Vay olsun sənə! O,xitab etmə baradə necə səriştəsiz ola bilər!? Allaha and olsun ki,ondan başqa heç kim Qureyşliləri bəlağətli danışmağa öyrətməmişdir!” (“Nəhcul Bəlağa” Feyzulislamın şərhi ilə,c.1,səh 26)

62)

Əbdulhüseyn yazır: “İbn Həcər “Səvaiq”(səh 107)-də deyir: Əhməd nəql edir ki, bir nəfər Müaviyyədən bir məsələni soruşdu. Muaviyə ona dedi: Bu məsələni Əlidən soruş ki, o daha bilikli və daha agahdır. O, şəxs dedi: “Sənin cavabın mənə Əlinin cavabından daha əzizdir. Muaviyə dedi: “Pis danışdın. Elə bir kəsdən narahatsan ki, Allahın Rəsulu (s.a.s) onu elmin parlaq çöhrəsi adlandırmış və ona buyurmuşdur: “Sən mənə Harunun Musaya (vəsisi) olduğu kimisən, bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur.” (Məktub 28)

Bu rəvayyət İmam Əhmədin “Fədailus səhabə” kitabında nəql olunur:

حدثنا محمد بن يونس نا وهب بن عمرو بن عثمان النمري البصري قال حدثني أبي عن إسماعيل بن أبي خالد عن قيس بن أبي حازم قال : جاء رجل الى معاوية فسأله عن مسألة فقال سل عنها علي بن أبي طالب فهو اعلم فقال يا أمير المؤمنين جوابك فيها أحب إلي من جواب علي فقال بئس ما قلت ولؤم ما جئت به لقد كرهت رجلا كان رسول الله صلى الله عليه و سلم يغره العلم غرا ولقد قال له رسول الله صلى الله عليه و سلم أنت مني بمنزلة هارون من موسى غير انه لا نبي بعدي وكان عمر إذا اشكل عليه شيء يأخذ منه ولقد شهدت عمر وقد اشكل عليه شيء فقال ها هنا علي قم لا أقام الله رجليك

Ravilər silsiləsi Muhəmməd ibn Yunusdan başlayır,daha sonra Vəhb ibn Əmr ibn Osman və atası gəlir. Vəhb haqqında məlumatı yalnız ibn Hibbanın “əs Siqat”kitabında tapa bildim.İbn Hacər “Təqrib”-də onun haqqında deyir: “Məstur” yəni,ravi olaraq onun halı məchuldur.

63)

Musəvi 32-ci məktubda yazır: “Peyğəmbər (s.a.s) onun evinə gedər, ona hədis söyləyər və söhbət edərdi. Günlərin bir günü ona buyurdu: “Ümm Səlim! Əlinin əti mənim ətimdən, qanı mənim qanımdandır. Onun mənimlə nisbəti Harunun Musaya olan nisbəti kimidir.”

Şeyx Albani “Silsilə əhadis əd daifə” (4993)-də rəvayyəti uydurma olaraq qeyd etmişdir.İbn Adiy bu rəvayyəti “Kamil fi duafa” (4/228/№1046)-da Abdullah ibn Dəhr ər Razi adlı ravi haqqında bəhs edərkən, onun rəvayyət etdiklərinə misal olaraq nəql etmişdir.Eyni yerdə ibn Adiy qeyd etmişdir ki,Yəhya ibn Muin bu ravi haqqında deyir: “o heçnədir” Abdullah ibn Dəhr bu rəvayyəti rafizi olan atasından nəql edir.” (“Mizanul itidal” 2/3/№2587)

Hər iki ravi ibn Əsakirin kitabında keçən eyni tipli rəvayyətin sənədində iştirak edir.Bu rəvayyət Təbərani tərəfindən də nəql olunmuşdur.əl Heysəmi “Məcməu zəvaid” (№14654)-də yazır: “Sənəddə Həsən ibn Hüseyn əl Aruni vardır ki,o zəifdir.”

64)

“Buna bənzər hədis Həmzənin qızının əhvalatıdır ki, Əli, Cəfər və Zeyd arasında onun haqqında söhbət gedən zaman Peyğəmbər (s.a.s) buyurdu: “Ey Əli, sən mənim üçün Harunun Musaya olan nisbəti kimisən...“(Məktub 32)

Haşiyədə yazır: “İmam Nəsai bu hədisi “Xəsais” kitabında səhifə 19-da nəql etmişdir.”

İmam Nəsainin kitabında bu rəvayyət aşağıdakı sənədlə nəql olunur: “əl Qasim ibn Yezid əl Curmi-İsraildən, o ibn İshaqdan,o Hubeyra ibn Yərimdən,o Hani ibn Hanidən,o da Əlidən.”

Bu ravi silsiləsində bir neçə qüsur vardır.

1) Hani ibn Hani.İmam Şafii demişdir ki,o Hanini tanımır.Əli ibn Mədini bu ravini məchul adlandırmışdır. İmam Mizzi “Təhzib əl kəmal”-da qeyd edir ki,bu ravidən Əbu İshaqdan başqa heç kəs nəql etməmişdir.

2) Hubeyra ibn Yərəm.Nəsai onun mötəbər olmadığını,ibn Hiraş isə onun zəif olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” 4/293/№9209)

3) Əbu İshaq isə öz tədlisləri ilə tanınırdı.Bu rəvayyəti də o, bunu birbaşa özünün eşidib-eşitmədiyini bildirmədən nəql etmişdir.

Səhih Buxaridə varid olan uzun bir hədisdə Bəra ibn Əzib dedi: “Peyğəmbər (s.a.s) Zilqadə ayında ümrə etmək istədikdə Məkkəlilər onunla şəhərdə yalnız üç gün qalmaq şərti ilə razılaşmaq istədilər.Müsəlmanlar hazırlanan sazişdə bunu qeyd etmişdilər: “Bu şərtlər əsasında Allahın elçisi Muhəmməd (s.a.s) sülh bağlamağa razıdır.”

Sənədlə tanış olan Qureyşlilər dedilər: “Biz bu sözlərlə razı deyilik.Əgər biz sənin Allahın peyğəmbəri olduğunu qəbul etsəydik,səninlə döyüşməzdik.Biz səni Muhəmməd ibn Abdullah kimi tanıyırıq.” Peyğəmbər (s.a.s) dedi: “Mən Allahın elçisiyəm və mən Muhəmməd ibn Abdullaham.” Sonra Əliyə “Allahın elçisi sözünü sil” dedi. Əli (r.a) dedi: “Allaha and olsun ki,mən bunu silməyəcəyəm.” Onda Peyğəmbər (s.a.s) bu vərəqi aldı və bunu yazmağı əmr etdi: “Muhəmməd ibn Abdullah bu şərtlərlə razılaşdı: O Məkkəyə silahsız olaraq girəcək.Məkkədən ona qoşulmaq istəyən olsa da heç kəslə özünü aparmayacaq və heç bir səhabəsinə Məkkədə qalmağa mane olmayacaqdır.” Müddət bitdikdən sonra Məkkəlilər Əlinin yanına gəlib dedilər: “Dostuna de ki,bizi tərk etsin,onun müddəti bitib.” Peyğəmbər (s.a.s) şəhəri tərk etdi və onunla bərabər Həmzənin qızı da qaçdı. Qızı Əli qəbul edib, Fatiməyə dedi: “Sənin qarşında əmin qızıdır,onu qəbul elə.” Bundan sonra Əli,Zeyd və Cəfər onun haqqında mübahisə etməyə başladılar.Əli dedi: “Mənim ona daha çox haqqım çatır.Çünki,o mənim əmim qızıdır.” Cəfər dedi: “O mənim də əmim qızıdır.Bundan başqa mən onun xalası ilə evliyəm.” Zeyd isə dedi: “O mənim qardaşımın qızıdır.” Bundan sonra Peyğəmbər (s.a.s) qızı xalasının himayəsinə verərək, dedi: “Xala ana kimidir.” Sonra Əliyə dedi: “Sən məndənsən,mən də səndənəm.”,Cəfərə dedi: “Sən mənə həm zahirən,həm də əxlaqca bənzəyirsən.” Zeydə isə dedi: “Sən bizim qardaşımız və azadlımızsan.” (Zubəydi “Müxtəsər səhih Buxari” № 1128,2699)

Şiələrin Əli haqqında varid olan hər fəziləti onun vilayətinə yozmalarını nəzərə alaraq, qeyd etmək istəyirəm ki, “Sən məndənsən,mən də səndənəm.” ifadəsini Peyğəmbər (s.a.s) təkcə onun haqqında işlətməmişdir.Buxari və Müslim nəql edirlər ki,Peyğəmbər (s.a.s) əşari qəbiləsi haqqında demişdir: “onlar məndəndir,mən də onlardanam.”

Müslim (№2472) nəql edir ki,Peyğəmbər (s.a.s) buyurdu: “Culeybib məndəndir,mən də ondanam.”

65)

Əbdulhüseyn yazır: “Bundan başqa bir gün Əbu Bəkr, Ömər və Əbu Ubeydə Cərrah Peyğəmbər (s.a.s)-in yanında idilər. O həzrət Əliyə söykənərək əlini onun çiyninə qoyub buyurdu: “Ey Əli, sən möminlərdən ilk iman gətirən və İslamı qəbul edən ilk şəxssən. Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir.”(Məktub 32)

Şeyx Albani “Silsilə əhadis əd daifə” (4938)-də rəvayyəti münkər adlandırmışdır.Hakim “Kunyə”-də,ibn Əsakir “Tarix”-də bu rəvayyəti aşağıdakı sənədlə qeyd etmişlər: “İbrahim ibn Səid əl Cəvhəri - Xəlifə Məmundan,o Xəlifə Rəşiddən,o Xəlifə Mənsurdsan,o atasından,o da atasından,o da ibn Abbasdan.” əl Mənsurun atasından başlayaraq ibn Səid əl Cəvhəriyə qədər olan ravilərin etibarlılığı haqqında məlumat yoxdur.

66)

Musəvi haşiyədə yazır: “İbn Əbdul Birr “İstiab” kitabında Əlinin şərhi-halında deyir: “Allahın rəsulu (s.a.s) mühacirlər arasında qardaşlıq peymanı bağladı və sonra mühacirlər və ənsar arasında qardaşlıq bərqərar etdi. O, hər dəfə Əliyə buyurdu: Sən bu dünyada və axirətdə mənim qardaşımsan.” (Məktub 32)

Güc və qüdrət yalnız Allaha məxsusdur! Bu mətnlə olan bütün rəvayyətlər bizə zəif ravilər tərəfindən nəql olunmuşdur.Şeyx Albani rəvayyəti “Dəif Tirmizi”-də zəif olaraq qeyd etmişdir.Bu mətnlə olan rəvayyətlər Cami ibn Umeyra və Hakim ibn Cubeyra adlı zəif şiə ravilər tərindən nəql olunmuşdur.

67)

Rafizi yazır: “Zeyd ibn Əbu Aufadan çatmış hədisi də qeyd etmək olar. Bu hədisi imam Əhməd Hənbəlin “Mənaqibi Əli” kitabında, ibn Əsakirin öz tarix kitabında, Bəğəvi və Təbərani öz “Məcmuə”lərində, Barudi “əl-Məricət”də və İbn Adiy və başqaları söyləmişlər. Hədis uzundur. “Qardaşlıq peymanı”nda belə deyilir: “Əli dedi: Ey Allahın rəsulu, qəlbim sındı. Çünki, gördüm məndən başqa əshabələrinə qardaş seçdin, amma mənə yox. Əgər bu, mənə qarşı qəzəbin nəticəsidirsə, səndən bağışlanmağımı istəyirəm və sən kəramətli və əzəmətlisən. Peyğəmbər (s.a.s) buyurdu: Məni haqq üzrə peyğəmbərliyə qəbul edən kəsə and olsun ki, səni özüm üçün axıra saxlamışam. Sən mənə Harunun Musaya olan nisbəti kimisən, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur! Sən mənim qardaşım və varisimsən. Əli ərz etdi: Mən səndən nə irs ala bilərəm? Peyğəmbər (s.a.s) buyurdu: Məndən əvvəlki peyğəmbərlərin qanunlarının irsi, Allahın kitabı və sünnəsi. Sən behiştdə qızım Fatimə ilə mənim qəsrimdəsən.Sən mənim qardaşım və yoldaşımsan.” Sonra Peyğəmbər (s.a.s) ayənin bu hissəsini tilavət etdi: “Qardaşlardır ki, (behiştdə) taxt üstündə üzbəüz oturmuşlar.” Yəni, o adamlar Allah xətrinə bir-birlərini sevənlərdir.” (Məktub 32)

Şeyx Albani “Silsilə əhadis əd daifə” (№4935)-də rəvayyəti zəif adlandırmışdır.Bu mətnlə olan rəvayyəti əl Qatiy “Zəvaid fədailu səhabə”,ibn Əsakir “Tarix”,Təbərani “Kəbir” kitablarında aşağıdakı sənədlə nəql etmişlər: Əbdulməmun ibn Abbad-Yezid ibn Məandan,o Abdullah ibn Şurəhbildən,o da Zeyd ibn Əbu Aufdan.

“Əbdulməmun adlı ravini Əbu Hatim və Buxari zəif hesab etmişlər.” (“Mizanul itidal” 2/670/№5275)

Şurəhbildən sonra olan məchul ravi də sənəddə olan qüsurlardandır.əl Heysəmi “Zəvaid” (№14925) –də buna bənzər rəvayyəti Təbəraniyə istinad edərək nəql etmiş və qeyd etmişdir ki,sənəddə ona məlum olmayan ravilər vardır.

Buxari “Tarixu əs saqir” (1/№1035)-də bu rəvayyətin ilk hissəsini aşağıdakı sənədlə nəql etmişdir: “Hisan ibn Hisa – İbrahim ibn Bişr Əbu Amr əl Yəzdi – Yəhya ibn Muin əl Mədəni – İbrahim Qureyşi – Səid ibn Şurəhbil – Zeyd ibn Auf.” Daha sonra Buxari yazır: “ravilər silsiləsi məchuldur və belə sənədə istinad edilməz.Həmçinin, imam yazır: “Bəziləri İsmail ibn Xəliddən,o Abdullah ibn Əbu Aufdan,o da Peyğəmbər (s.a.s)-dən nəql etmişlər.Bunun əsası yoxdur.”



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


---rossiya-islam.html

---rpublique-algrienne-6.html

---sindrom-l-fraumen-2.html

---so-manga-hadith-o-2.html

---so-manga-hadith-o-7.html