1 ... 72 73 74 75 76 77 78 79 ... 87

وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ - Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları...

səhifə76/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ

)

2İbn Əbil-Hədid «Nəhcül-Bəlağənin şərhi» kitabında bu hissədə haqqa və həqiqətə uyğun olaraq yazır:

إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل

«Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan Mə’qil çayı quruyub öz əhəmiyyətini itirər». Bu rəbbani kəlam və müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli və bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin də bu sözlərə yaxın və münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə və üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri və müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi və ya ucsuz-bucaqsız çöllər və səhralar və buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi və müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki və ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə və öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq və cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü və sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq və məhəbbətləri və hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Qur’anın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt və başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə İmam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan İmam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar və Allah-təalanın əzəmət və böyüklüyünə qəlbində və bədən üzvlərində yer verər, Ona diqqət yetirər və elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc və qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər də onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir.

1 Öz təsbih və şükrləri ilə göylərdə qovğa salan, narahatlıq və iztirab yaradan mələklərin Allah-təalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən və həqiqəti dərk edilməkdən pak və nöqsansızdır.

2 Qur’ani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: «

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

» «Göyləri və yeri yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun». Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: «Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir!»

1 Allah-təalanın icazəsi olmadan söz danışmır və Onun əmrinin ziddinə iş görmürlər. Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: «

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون

» «Kafirlər cəhalət və nadanlıqla dedilər: «Rəhman mələklərdən Özünə övlad götürdü!». O, belə sözlərdən pak və müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər».

2 Qur’ani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: «

اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

» «Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər və elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər və onların ümmətlərinin vəziyyətini görər». İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi:

وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ

«Mələklərin bir dəstəsi Allah-təalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil və tərcümandırlar, hökm və fərmanını çatdırmaq üçün gedib-gələrlər.»

1 Onların bir dəstəsi yağışın və qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi də yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü və əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.

1 Qur’ani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi:

يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ

«Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şə’ninə təriflər deyərlər».

2 Çünki Allahı tanımağın dərəcəsinin həddi hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmiş olsa, ondan daha yüksək mərtəbə də var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil.

1 Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından örnək götürərək Allaha ibadətdə onların ardınca getsinlər və şeytanların vəsvəsələrindən uzaqlaşsınlar.

1 Bu fəsildə yerin yaradılması və insan üçün çox faydalı olan buludu, yağışı, nuru, bitkiləri, cansızları və çayları xəlq etməkdə Allah-təalanın hikməti, uzaqgörənliyi Onun qüdrəti və gücü xatırlanmaqla bəyan edilmişdir.
1 (Necə ki, Qur’ani-Kərimin Səcdə surəsinin 27-ci ayəsində buyurulur:

أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ

Məgər görmürlərmi ki, Biz otsuz torpaqlara yağış göndərib onunla heyvanlarının və özlərinin yedikləri bitkilər yetişdiririk? Məgər Allahın bütün bu qüdrət nişanələrini görmürlər?

2 Qur’ani-Kərimin Həcc surəsinin 5-ci ayəsində buyurulur:

وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ

«Yer üzünü qupquru, otsuz görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bitki yetirər.»

1 Necə ki, Qur’ani-Kərimin Zuxruf surəsinin 10-cu ayəsində buyurulur: «

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

» «O Allah ki, orada yerləşəsiniz deyə yeri sizin üçün beşik kimi açdı və istədiyiniz yerə gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı ki, bəlkə doğru yola çatasınız.»
2 Bu o demək deyil ki, Adəm bu işi görməyə məcbur idi və ondan uzaqlaşmaq gücündə deyildi. Çünki Allah-təalanın elmi məlumun səbəbi deyil və bu, Adəmin həmin işi mütləq görməli olmasına səbəb ola bilməz. Allahın elmi məlumu göstərir. Belə olmasaydı, onu bu işinə görə danlayıb qınamazdı. O da günah və itaətsizliyi özünə aid etməzdi. Qur’ani-Kərimin Ə’raf surəsinin 22 və 23-cü ayələrində də belə buyurulur: «

فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ

» Şeytan Adəm və Həvvanı aldatdı. Adəm və Həvva o ağacın meyvəsindən daddıqda libasları düşdü. Ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarını bir-birinə yapışdıraraq ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacın meyvəsini yeməyi qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, deməmişdimmi?» Dedilər: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq». Bu incə məqam, kitabın I hissəsində 1- ci xütbənin Adəm barəsindəki parçasının şərhində verilməyib və burada xatırladıram: Şiə alimlərin əqli və nəqli dəlillərinə, ortaq fikirlərinə əsasən peyğəmbərlərin əleyhimus-salam ömürlərinin əvvəlindən axırlarına qədər mə’sum və hər bir kiçik və ya böyük günahdan pak olduqları sübuta yetirilmişdir. Deməli, Allah-təalanın həmin ağacın meyvəsini yeməyi Adəmə qadağan etməsi tənzihi qadağa, başqa sözlə müstəhəb və daha üstün əməli tərk etməkdir. Adəm o meyvəni yedikdən sonra özünü zülmkar və ziyankar adlandırmasına, yaxud da Allah-təala başqa bir yerdə də Qur’ani-Kərimin Taha surəsinin 121-ci ayəsində:

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--ius-bonumque---kbler-.html

--johns-hopkins.html

--kak-pomogayut-bozhii.html

--kii-allah-olamaz--.html

--kirish--1-4.html