1 2 3 4 5 6 7 8 9 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə6/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

26 


İsmayıl  Şıxlı  ədəbiyyatda müasirlik 

məsələsinə mövqeyini bildirərkən müasir 

mövzular və tarixi mövzular məsələsinə 

də toxunur, burada yazıçının düzgün 

mövqe tutmasını, məsələyə həssas yanaş-

masını, prosesləri və hadisələri düzgün 

dərk etməsini bir axtarış kimi qiymət-

ləndirir. “Müasir məsələlərdən yazmaq 

tarixi mövzularda əsər yazmaqdan xeyli 

fərqlidir. Bu fərq birinci növbədə ondan 

ibarətdir ki, tarixi mövzulardan yazan 

yazıçı nisbətən tamamlanmış, artıq müəy-

yənləşmiş hadisələrdən bəhs edir, müasir 

mövzudan yazan yazıçı isə  hələ davam 

etməkdə olan prosesləri qələmə alır. Bu 

prosesin düzgün bədii inikasını vermək 

yazıçıdan uzaqgörənlik və həssaslıq tələb 

edir”


1

. Müasir mövzulara münasibətdə 

müasirliyin çətin olduğunu bilir və bu 

bildiyini həssaslıqla ifadə edir: “Müasir 

mövzuda nəsr  əsərləri yazmaq geoloji 

axtarışlara bənzəyir. Burada büdrəmələr 

da ola bilər, qazılan quyu neft verməyə 

də bilər. Buna görə axtarışı dayandırmaq 

olmaz. Çünki müasirlik həmişə yeni 

axtarışlarla vəhdətdə olmuşdur”

2

.                                                   

1

 

Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980,  s.327 

2

 Yenə orada. s.327 

      –         – 

27

İsmayıl Şıxlı ürəklərə yol tapmaq üçün, 

oxucuların məhəbbətini qazanmaq üçün 

yaxşı yazmağı, məhz yaxşı yazmağı  əsas 

məsələlərdən biri hesab edir. Bunun üçün 

yazıçı, şair müdrik olmalı, üzaqgörənliklə 

hadisələri qələmə almalıdır. O, oxuculara 

təqdim edəcəyi  əsərin məsuliyyətini 

dərindən dərk etməli, hadisələrə analitik 

münasibətlə yanaşmalı, beyinlərə, ürək-

lərə  təsir edə biləcək bütün imkan və 

vasitələrdən istifadə etməlidir. Ona görə 

də  şair, yazıçı özünü tapana qədər axta-

rışda olmalıdır. O, özünü şeirdə, yaxud 

da nəsrdə tapa bilmirsə, onda oxucuların 

hissi ilə oynayacaq, onların tələbləri ilə 

ayaqlaşa bilməyəcəkdir. 

İsmayıl  Şıxlı adətən gəncliyin  ədəbiy-

yata gəlişində  şeirə marağın üstün oldu-

ğunu qeyd edir. O yazır: “Adətən insan, 

gənclik illərində  qəlbində doğan duyğu-

ları poetik vasitələrlə ifadə etməyə çalışır. 

O hər yerdə  və  hər hadisədə  şeriyyət 

axtarır. Bu təbiidir. Çünki əslində gənclik 

özü  şeriyyət deməkdir. Lakin bu həyati 

şeiriyyəti poetik vüsətlə vermək üçün 

təbii və böyük istedad lazımdır. Həyatın 

şeiriyyətini nəsrlə  də vermək mümkün-

dür, nəzmlə  də. Lakin bir şərtlə: istedad 

      –         – 

28 


təbii olmalıdır. Qafiyə kasadlığı çəkməklə, 

fikir yoxsulluğunun əlində həlak olmaqla 

yaxşı  əsər yazmaq olmaz. Necə deyərlər, 

şair olmaq üçün şeir yazmaq, nasir olmaq 

xatirinə kağız qaralamaq boş zəhmətdir”

1

İsmayıl Şıxlı şeir və nəsr əsəri yazma-

ğın mahiyyətində hansı  dəyərləri ölçüyə 

çevirməyin vacibliyini nəzərə çatdırmaq 

üçün özünün həyat yolundan, sənət 

yolundan nümunələr gətirməyə üstünlük 

verir, bununla da qarşı tərəflə münasibət-

də  səmimi bir körpü yaradır. Belə ki, 

İsmayıl Şıxlı əvvəlcə şeirə maraq göstərdi-

yini, sonra isə bu ötəri həvəsin ötüb keç-

diyini, nəsrin imkanlarının geniş oldu-

ğunu dərk edərək nasir olmağa çalış-

dığını  və bununla da düz yol seçdiyini 

qeyd edir

2

İsmayıl  Şıxlı  sənətdə zahiri cəhəti 

axtarmağı acizlik saymış, yazıçının, şairin, 

sənətkarın uğur qazanmasında məsuliy-

yət hissini meyar hesab etmişdir. Həyat 

yolu, sənətkar yolu, eləcə də niyyəti düz-

gün olduğu üçün çəkinmədən özü - 

özünü təhlilə cəlb edərək yazmışdır: “Ha-

disənin daxili dramatizmini açmaqda 

                                                 

1

 Ürəklərə yol tapmalı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.351 

2

 Yenə orada. s.351

 

      –         – 

29

çətinlik çəkdiyimə görə təsiredici ifadələr, 

“şairanə” sözlər axtarmışam.  Əlbəttə, bu 

zəiflik əlamətidir. Mən bu qənaətə gəlmi-

şəm ki, sənətdə zahiri effekt axtarmaq 

ancaq acizlik əlamətidir. Mən hər hansı 

bir sənəti seçərkən, hər hansı bir peşəyə 

sahiblənərkən insanlarda məsuliyyət his-

sinin güclü olmasını  əsas meyar kimi qə-

bul etməyi vacib bilirəm. Yaradıcılıq 

aləminin adamlarında isə bu məsuliyyət 

hissi birə - on qat güclü olmalıdır”

1

.  Yazıçı  əsəri,  şair  şeiri təkbaşına yazır, 

ancaq bu yazılanlar ümumxalqın malı 

olması üçün müxtəlif proseslərdən üzüağ 

çıxmalıdır. Belə ki, şair, yazıçı yazdıqla-

rını  dəfələrlə ölçüb - biçməlidir. Böyük 

məsuliyyət hissi ilə yanaşaraq yazdıq-

larının üzərində  dəfələrlə  işləməlidir. 

Yazılmış  əsər üzərində bütün işlər çapa 

qədər görülüb qurtarmalıdır. Bu mənada 

İsmayıl  Şıxlı  nəyi təqdir etdiyini, nəyi 

inkar etdiyini çox dəqiq və dürüst bil-

məklə yanaşı, onu dəqiq və dürüst şəkil-

də  təqdim etməyi də ustalıqla bacarır. 

Fikir verək: “Yazıçı müdrik olmağa çalış-

malıdır. Oxucular onun fikir ziyasından 

                                                 

1

 Ürəklərə yol tapmalı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980,. s.351 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--104.html

--nbyev--e---moslemzadeh--109.html

--nbyev--e---moslemzadeh--113.html

--nbyev--e---moslemzadeh--118.html

--nbyev--e---moslemzadeh--122.html