1 ... 10 11 12 13 14 15 16 17 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə14/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

66 


gördükdə onlara yardım etməyə çalışır. 

Hiss edirsən ki, İmran insanlara lazım ol-

duğuna görə fərəhlənir”

1

İsmayıl  Şıxlı  İmran Qasımovun yazıçı 

kimi keçirdiyi bütün hisslərə, duyğulara, 

uğurlara rəğbətlə yanaşır. Hətta  İsmayıl 

Şıxlı  İmran Qasımovun uğurlarının bəzi 

məqamları barədə yazır: “Bizim mübahi-

sələrimiz çox olur. Həmin mübahisələrin 

mövzularından biri yazıçının başqa dillər-

də  səslənməsi və öz xalqına bağlılığı  mə-

sələsidir. Növbəti görüşlərin birində  İm-

ranın Moskvada Akademik Malı Teatrda 

tamaşaya qoyulan “İnsan məskən salır” 

pyesindən söhbət düşdü. Mən ondan so-

ruşdum ki, “sənin  əsərlərin Moskva səh-

nəsində göstərilərkən nə kimi hisslər ke-

çirirsən?” İmran bir az susdu və təmkinlə 

dilləndi: “Böyük, mərkəzi şəhərlərdə əsə-

rin oynanılması çox yaxşıdır. Səhnədən 

Azərbaycan adları  eşidirsən, tamaşaçılar 

Azərbaycan sözlərini təkrar edirlər. Teatr 

elanlarında azərbaycanlı adlarını görür-

sən, azərbaycanlı imzalarını oxuyursan. 

Lakin  əsas məsələ  hər sənətkarın öz xal-

qının qəlbində yer tutmasıdır”

2

                                                 

1

 Səmimi yazıçı, həssas insan. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.310-311 

2

 Yenə orada. s.311 

      –         – 

67

Dilin,  ədəbiyyatın keşiyində dayan-

mağın bir bariz nümunəsi yüksək səviy-

yəli  əsərlərin yazılmasıdır. Belə  əsərləri 

yazmaq üçün təkcə istedadlı olmaq kifa-

yət etmir, həm də yazıçı daim axtarışda 

olmalıdır. Yeni mövzular axtarışında ol-

maq, onu zamanın tələblərinə, tələbkar və 

zövqlü oxucuların tələblərinə uyğun 

yazmaq  ədəbiyyatın inkişafına kömək 

edir. Məhz İsmayıl Şıxlı İmran Qasımovu 

həmişə axtarışda olan, mövzu axtarışında 

olan  ədib kimi yüksək qiymətləndirir. O 

yazır: “İmran Qasımov yeni ədəbi axtarış-

larla məşğuldur. Onun axtarışı bu dəfə 

Fransa torpağında olacaqdır. İmran Qası-

mov orada bir “ceyranın” izinə düşmüş-

dür. Bu “ceyran” müharibə illərində 

Fransada faşistlərə qarşı gizli mübarizə 

aparan Azərbaycan balalarının – parti-

zanların toplaşdıqları bir çayxananın adı-

dır. Onun rəhbəri azərbaycanlı qız olmuş-

dur. “Ceyran” sözü həmin adamların 

fəaliyyəti ilə bağlıdır. Mövzu maraqlıdır. 

Hadisələr gərgindir. Bu iz bəlkə  də yeni 

bir qəhrəmanın, ya da qəhrəmanların dö-

yüşlərlə dolu olan həyat yollarına aparıb 

çıxaracaqdır. Bəlkə  də indiyə  qədər tanı-



      –         – 

68 


madığımız Mehdi Hüseynzadələrlə tanış 

olacağıq? 

Qoy axtarışlar davam etsin”

1

.  

İsmayıl  Şıxlı  ədəbi mühitə amal, məs-

lək uğrunda mübarizə kimi yanaşır, cəsa-

rət və prinsipiallıq göstərərək diqqətini 

çəkən, onu narahat edən, yaxud da ürə-

yindən xəbər verən hər bir məsələyə 

münasibət bildirir. O, ədəbi mühitdə baş 

verənlərə münasibət bildirməkdən kənar-

da qalmır. Bu barədə fikrini açıq söyləyir, 

mövqeyini açıq bildirir, məqsədini və 

istəyini açıq bəyan edir. Əlbəttə,  ədəbi 

mühitə bu cür münasibət bildirmək üçün 

qətiyyətli, cəsarətli, mövqeli və olduqca 

prinsipial olmaq vacib şərtdir. 

İsmayıl Şıxlı bir ədəbiyyat adamı kimi, 

eləcə  də  ədəbi mühitə münasibətdə  həs-

sas bir ədib kimi vicdanla danışan, vic-

danla yazandır. Qətiyyən məsələlərə mü-

nasibətdə ciddiliyini itirmir, ötəri, keçici, 

boğazdanyuxarı münasibət bildirmir. Dü-

zü düz, əyrini  əyri deyir və ona görə  də 

dediklərində  və yazdıqlarında səmimiy-

yətdən kənarda heç nə görmək olmur. O, 

“Tofiq Bayrama açıq məktub”da yazır: 

                                                 

1

 Səmimi yazıçı, həssas insan. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.312 

      –         – 

69

“Sözün düzü, mən sənin ilk şeirlərini 

oxuduqda ritorik cəhətin gələcəkdə üs-

tünlük təşkil edə biləcəyindən qorxur-

dum. Çünki sənin bəzi  şeirlərində zahiri 

təmtəraq, daxili məna və  məzmun dərin-

liyindən güclü idi. Mən elə zənn edirdim 

ki, sənin ilk qələm təcrübələrin ötəri gənc-

lik həvəsinin məhsuludur. Sən də bir çox-

ları kimi şairliyin zahiri cəhətlərinə aludə-

sən, xitabət kürsülərində  şeir oxuyarkən 

dinləyicilərin alqışını qazanmaq yeganə 

məqsədindir. Məndən incimə. Özün bilir-

sən ki, belələri çoxdur. Ömrünü – gününü 

ədəbiyyatın ətrafında keçirib, saç – saqqal 

ağardan “cavan şairlər” mövcuddur. On-

lar müxtəlif vasitələrlə qəzet və nəşriyyat-

lara soxulur, bu və ya başqa yolla beş – on 

şeir çap etdirir, hətta, dərsliklərə belə yol 

tapa bilirlər. Ancaq bir şeyi unudurlar ki, 

qəzetlərdə  çıxış etmək, bir – iki kitabça 

buraxdırmaq, bəlkə  də Yazıçılar  İttifaqı-

nın üzvlük biletini almaq şair olmaq de-

mək deyil”

1

.  İsmayıl  Şıxlının bu fikrində 

səmimiyyətdən kənarda heç nə yoxdur. O, 

şeirdə zahiri təmtəraq axtaranlar, dinlə-

yici alqışından məst olanlar, müxtəlif va-

                                                 

1

 Tofiq Bayrama açıq məktub. -  İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.312 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--127.html

--nbyev--e---moslemzadeh--131.html

--nbyev--e---moslemzadeh--136.html

--nbyev--e---moslemzadeh--140.html

--nbyev--e---moslemzadeh--18.html