1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə23/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

106 


nəsrimizə, geniş  mənada  ədəbiyyatımıza 

gələn yazıçıları – H.Mehdini, Mir Cəlalı, 

S.Rəhimovu, M.İbrahimovu,  Əbülhəsəni, 

Ə.Vəliyevi istedadlı yazıçı kimi qiymət-

ləndirir və sonrakı  nəslin onlardan çox 

şey öyrəndiyini, bununla da irəli getməyə 

çalışdıqlarını yaxşı  mənada etiraf etmiş-

dir


1

. Bununla da ədəbiyyatın bədii-estetik 

tələblərinin genişləndiyi, nəsrimizin yeni 

keyfiyyətlərlə  zənginləşdiyi həssas və 

obyektiv bir şəkildə qiymətləndirilmişdir. 

Deməli,  İsmayıl  Şıxlı  ədəbi nəslin nüma-

yəndələrini və onların xidmətlərini unut-

mur, varislik prinsipinin ədəbi nəsillər 

arasında qorunduğunu ürəkaçıqlığı ilə 

qiymətləndirir. Onun fikrincə, “Nəsrimiz-

də  nəsillər estafeti davam edir. Hazırda 

savadlı, geniş dünyagörüşlü, ağıllı yazıçı-

larımız yetişir”

2

. İsmayıl Şıxlı həmin yazı-

çılar sırasında Anarın, Elçinin, İsi Məlik-

zadənin, Sabir Azərinin, Sabir Əhmədo-

vun və digərlərinin adlarını çəkir. Onların 

yaradıcılığının müsbət cəhətlərini belə 

xarakterizə edir: “... həyatın dramatikli-

yini, daxili hərarətini göstərə bilirlər. Süni 

möhtəşəmlik və monumentallıqdan, gu-

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.323 

2

 Yenə orada. s.324 

      –         – 

107


rultulu pafosdan uzaqdırlar. Həyata 

münasibətləri müəyyən mənada mikro-

münaibətdir, lakin onlar belə mühitdə də 

ciddi  şey görə bilirlər. Eyni zamanda, 

həmin gənclərin  əsərlərində bir narahat-

lıq, insani kədər, meşşanlığa, eyniləş-

məyə, xırdaçılığa qarşı etiraz var”

1

.  

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.324-325 



      –         – 

108 


 

 

 

Ədəbi  

tənqidə  

tənqidi baxış 

 

İsmayıl  Şıxlı o tipli yazıçılardandır ki, 

o,  ədəbi tənqid haqqında, təbii ki, tən-

qidçilər haqqında fikir yürüdür. Ədəbi 

mühitdəki boşluğu aradan qaldırmaq 

üçün tənqidçilərimizin yüksək səviyyəli 

məqalələr yazmağını, onların istedadlı 

yazıçıların yazdıqları əsərləri təbliğ etmə-

lərini vacib sayır. Bunun üçün tənqidçinin 

özü də istedadlı olmalıdır. Bu mənada 

İsmayıl  Şıxlı istedadlı yazıçı olmaqla 

yanaşı,  ədəbi mühiti və onun bütün 

incəliklərini dərindən bilən tənqidçi idi. 

Ona görə  də  tənqidçi-filosof Asif Əfəndi-

yev onunla nəsrimiz barəsində polemika 

apararkən  ədəbi tənqid barədə  İsmayıl 

Şıxlının mövqeyini, fikrini bilmək istəyir-

di. Bu mənada tənqidçi barədə açıq da-

      –         – 

109


nışmaqla  İsmayıl  Şıxlını açıq münasibətə 

dəvət edirdi, buna da nail olurdu. Asif 

Əfəndiyev deyirdi: “Bizim ədəbi tənqidə 

istedadlar az gəlir. Tənqidçilik xüsusi 

istedad  tələb edir. Hamı  tənqidçi ola 

bilməz. Mənə belə  gəlir ki, tənqidçidə üç 

cəhət birləşməlidir – filosofluq, yazıçılıq 

və  cəngavərlik. Bizdə isə çox vaxt bun-

ların biri olmur. İndi  ədəbiyyatımızın 

ətrafında nağılçı  tənqidçilər, simasız tən-

qidçilər də dolanır. Bəziləri fəğan edirlər 

ki, yazıçı bizi öz əsiri edib. Bunlara deyən 

gərək,  əsl tənqidçi üçün yazıçı heç vaxt 

səcdəgah ola bilməz. Belinskinin mənəvi 

aləminə  Şekspir, Bayron, Puşkin, Qoqol, 

Lermontov kimi nəhənglər sığırdı”

1

.  


İsmayıl  Şıxlıdan Asif Əfəndiyev tən-

qid barədə soruşanda onun (İsmayıl Şıxlı-

nın) cavabı düşünülmüş  və duyulmuş, 

həssaslıq və  təbiiliyin vəhdətini özündə 

birləşdirən cavab olmuşdur. İsmayıl Şıxlı-

nın fikrincə, “... bizdə dörd tip tənqid var: 

birinci,  ədəbi prosesdən təcrid edilmiş 

akademik tənqid – bu tənqid ədəbi prose-

sə  təsir gücündən məhrumdur; ikinci, 

ədəbi prosesi izləməyə çalışan, lakin sə-

viyyəsi olmayan, şərhçi tənqid; üçüncü, 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.326 



      –         – 

110 


məddah tənqid; dördüncü, ədəbi proseslə 

bağlı, cəsarətli, yüksək səviyyəli, vətən-

daşlıq hissi ilə yaşayan  əsl tənqid. Dör-

düncü tip tənqid, təəssüf ki, azdır. Hal-

buki  ədəbiyyata yalnız belə  tənqid isti-

qamət verə bilər”

1

.  


Ədəbiyyatımızın bu günü və sabahı 

İsmayıl Şıxlını həmişə düşündürüb, bu is-

tiqamətdə vacib problemlərə onun tərə-

findən cavab axtarılıbdır.  

Ədəbiyyatın qarşısında ictimai məsə-

lələrin həllinə kömək, bəşəriyyətin xilas 

olunması üçün aparılan mübarizələrdə 

düzgün istiqamət seçmək, düzgün yol 

seçmək vəzifəsi durur.  

İsmayıl  Şıxlı “yeni ədəbiyyat”, “yeni 

nəsr” kimi mücərrəd, mübahisəli, meto-

doloji cəhətdən yanlış istilahların ortaya 

atılmasını yaradıcılıqda təhlükəli hal he-

sab edir. “Ona görə ki, əvvəla, yeni ədə-

biyyat cəmiyyətin ictimai-siyasi həyatın-

da böyük inqilabi dəyişikliklər yarananda 

meydana çıxır”

2

İsmayıl  Şıxlı Oktyabr inqilabından 

sonra yaranmış  ədəbiyyata, altmışıncı il-

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.326 

2

 “Ulduz” jurnalının sorğusuna cavab. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, 

s.345 

      –         – 

111


lərdə yaranmış ədəbiyyata münasibət bil-

dirir, “ictimai-siyasi məzmunlu  ədəbiy-

yatın inkarı və şübhə altına alınması kimi 

yanlış bir meylin – zərərli olduğunu” 

qeyd edir. İsmayıl Şıxlı  bədii  ədəbiyyatın 

təsvir və  tədqiq etdiyi insanı ictimai-

siyasi hadisələrdən təcrid etmir, insanı 

ictimai-siyasi hadisələrdən ayırmır, insanı 

ictimai mühitin məhsulu kimi ictimai-

siyasi problemlərdən təcrid etmir. Onun 

fikrincə, “Hər  şeydən  əvvəl ona görə ki, 

dünyada mücərrəd, həyatdan, ictimai-si-

yasi hadisələrdən təcrid olunmuş insan 

yoxdur və ola da bilməz.  İnsan ictimai 

mühitin məhsuludur. Onu ictimai hadisə-

lərdən ayırmaq mümkün olmadığı kimi, 

bədii  ədəbiyyatın  əsas tədqiq və  təsvir 

obyekti insan və onun bədii obrazı da cə-

miyyətdən, ictimai problemlərdən təcrid 

edilə bilməz”

1

.  İsmayıl  Şıxlı  ədəbiyyatın sabahı barə-

də ciddi düşünür və  ədəbiyyata gələn 

gənclərdən konkret olaraq tələb edir. 

Onun tələbi belədir: “Mən istərdim ki, 

ədəbiyyata gələn gənclərimiz sənətin da-

ha böyük yollarına çıxsınlar. Cılız mövzu-

                                                 

1

 “Ulduz” jurnalının sorğusuna cavab. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.346 



      –         – 

112 


lardan, cılız insanların təsvirindən uzaq-

laşsınlar, dövrümüzün böyük məsələləri 

ilə səsləşən yetkin əsərlər yazsınlar”

1

İsmayıl  Şıxlı müasir Azərbaycan 

şeirində  və  nəsrindəki meyllər barədə  də 

maraqlı mövqedə durur, konkret fikir 

bildirir.  Əlbəttə, o, ədəbi yaradıcılığa 

canlı bir proses kimi yanaşır. Bu prosesdə 

həmişə  təkmilləşmə, yeniləşmə getdiyini 

də  təsdiq edir. Eyni zamanda ədəbiyyata 

gələn yeni nəslin yeni yaradıcılıq manera-

larını, yeni təsvir üsullarını normal bir hal 

kimi qəbul edir. O, ədəbiyyata gələn yeni 

nəslin “novatorluğuna” iki baxımdan 

qiymət verir. Birincisi, “Əgər bunlar 

həqiqi yaradıcılıq axtarışları  məqsədini 

daşıyırsa, “novatorluq” xatirinə edilmirsə 

öz xeyirli bəhrəsini verir. Bizim şeir və 

nəsrimizdə də belə bir proses gedir. Gənc-

lərimiz fikrin poetik ifadəsinin daha 

kamil, daha incə olmasına çalışırlar. Onlar 

ən çox insanın psixoloji aləminin zəngin-

liklərini açmağa meyl edirlər. Çalışırlar 

ki, klassik şeir formalarından, nəsrimizin, 

dramaturgiyamızın  ənənələrindən bəhrə-

                                                 

1

 

“Ulduz” jurnalının sorğusuna cavab. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.346 

      –         – 

113


lənsinlər. Yenə  təkrar edirəm: bunlar öz 

müsbət təsirini göstərir”

1

.  İkincisi, “Lakin elə  şair və nasirlər də 

tapılır ki, öz poetik istedadsızlığını gizlət-

mək üçün yenilik adı altında sənətin əbə-

di və əzəli qanunlarından qaçır, “yeni” is-

tilahlar icad eləyirlər: “intellektual şeir”, 

“primitiv şeir”, “novator şair” və s. Unu-

durlar ki, tarix boyu əsl  şairlər və  sənət-

karlar heç vaxt insana xas olan iki cəhəti: 

düşünmək və duymağı bir-birindən ayır-

mamışlar. İdrak və hiss həmişə vəhdətdə 

olmuşdur”

2

.  Təbii ki, ədəbi yaradıcılıq elə bir pro-

sesdir ki, onun nailiyyətləri, nəticələri tez-

gec görünür. Ədəbi yaradıcılıqda kimlər 

klassik  ədəbiyyatımızın nailiyyətlərindən 

bəhrələnir və müntəzəm axtarışda olursa, 

onlar uğur əldə edirlər, ədəbi mühitdə öz 

yerlərini tuturlar.  

İsmayıl Şıxlı ədəbiyyat tarixində əbədi 

yaşayanların tərəfində dayanır və onlar-

dan həmişə  gəncliyin faydalanmasını la-

zım bilir. Bunu bir daha onun fikri təsdiq 

edir: “Kökünə arxa çevirən xudbinlər isə 

                                                 

1

 “Literaturnaya Armeniya” jurnalının suallarına cavab. – İsmayıl Şıxlı. Daim axtarışda. B., 

Yazıçı, s.349-350  

2

 

Yenə orada. s.350 

      –         – 

114 


gec-tez  ədəbi aləmdən çəkiləcək, onları 

yalnız ədəbiyyat tarixi ilə məşğul olanlar, 

lazım olsa, ötəri xatırlayacaqlar”

1

.  

İsmayıl Şıxlı ədəbiyyatda müsbət qəh-

rəman məsələsinə  də münasibət bildirir, 

ona aydınlıq gətirir. Müsbət qəhrəman 

problemi həmişə  ədəbiyyatın mübahisə 

və fikir müxtəlifliyi yaradan məsələlərin-

dən biridir. Bəzən müsbət qəhrəman mə-

sələsinə çox yanlış və bəsit bir şəkildə ya-

naşılmış, nəticədə  ədəbiyyatda kor-kora-

nə müsbət qəhrəman obrazı yaradılmış-

dır. Müsbət qəhrəman məsələsində yanlış 

mövqe tutanlara İsmayıl  Şıxlı çox dəqiq 

bir cavab verir: “Onlara elə gəlir ki, müs-

bət qəhrəman hər  şeyi dərhal yerindəcə 

həll edir, insana xas olan sarsıntılardan, 

ziddiyyətli çarpışmalarda çəkilən iztirab-

lardan, qüsurlardan uzaq bir varlıqdır, 

bəlkə  də fövqəlbəşər bir insandır. Bu cür 

yanlış  və sxematik anlayışa istinad edən-

lərin yaratdığı müsbət qəhrəmanlar mü-

qəvvaya çevrilirlər. Həmin qəhrəmanlar-

ın yaşadığı mühit o qədər səthi və hamar 

təsvir edilir ki, əsərin əvvəlindən baxanda 

sonu aydın görünür. Buna görə də oxucu-

                                                 

1

  “Literaturnaya Armeniya” jurnalının suallarına cavab. – İsmayıl Şıxlı. Daim axtarışda. B., 

Yazıçı, s.350 

      –         – 

115


nu maraqlandırmır, müsbət qəhrəman isə 

istehzalı  təbəssümlə qarşılanır”

1

.  İsmayıl 

Şıxlı müsbət qəhrəman necə yaranmalı-

dır, onun hərəkəti, düşüncəsi, mövqeyi, 

əqidəsi necə olmalıdır məsələlərinə də də-

qiq izahlar verir. İsmayıl  Şıxlıya görə, 

“Müsbət qəhrəman yazıçının istəyindən 

yox, cəmiyyətin, həyatın özündən, zid-

diyyətlərindən yaranmalıdır. O, yaşadığı 

dövrün, zamanın aparıcı ideyalarından 

qüvvət alaraq, sərbəst hərəkət etməli, de-

yilənlərə kor-koranə inanmamalı, analitik 

təfəkkürə malik olmalı, öz fikri, öz sözü, 

öz düşüncəsi olmalıdır. O hər cür ədalət-

sizliyə,  əyriliyə, qanunsuzluqlara qarşı 

amansızcasına çarpışmalıdır. Bu döyüş-

lərdə qəhrəman məğlub da ola bilər, məh-

rumiyyətlərə də düçar olar, amma əqidə-

sindən dönməz. Bu o zaman mümkündür 

ki, qəhrəman, uğrunda vuruşduğu ideya-

nın doğruluğuna ən əvvəl özü inansın və 

buna başqalarını da inandırsın. Heç şüb-

həsiz, bu məsələlər yazıçılarımızı  həmişə 

düşündürmüş, düşündürür və  gələcəkdə 

də düşündürəcəkdir”

2

.  

                                                 

1

 

Həyatın tələbi. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s.355 

2

 

Yenə orada. s. 355 

      –         – 

116 


İsmayıl  Şıxlı yazıçılarımızın müasir 

mövzuda  əsər yazmalarını da ədəbi mü-

hitdə mühüm bir hadisə kimi qiymətlən-

dirir. Hiss olunur ki, İsmayıl  Şıxlı  təkcə 

yazmır, təkcə yazıçılıq etmir, o, ədəbi pro-

sesin hər anını və dəqiqəsini izləyir. Ədə-

bi prosesin uğurlarına sevinir, problem-

lərinə şərik olur. Bunu onun mövqeyi təs-

diq edir: “İndi yazıçılarımızın böyük ək-

səriyyəti müasir mövzularda əsərlər ya-

zır. Hətta müəyyən dövr tarixi əsərlər ya-

zan yazıçılarımızın çoxu yenidən müasir 

mövzuya qayıtmışlar”

1

. O daha sonra da-

vam edir: “... Onlardan bir neçəsinin adını 

çəkə bilərəm. Xalq yazıçısı  İlyas  Əfəndi-

yev kənd həyatından bəhs edən “Pərican” 

pyesinin üzərində  işləyir.  İsa Hüseynov 

“Eşq dəlisi” adlı romanını tamamlamış və 

“Azərbaycan” jurnalına təqdim etmişdir. 

Nəriman Həsənzadə “Kimin sualı var?” 

poemasını bitirmişdir. ... Bəxtiyar Vahab-

zadə  Cənubi Azərbaycan mövzusuna 

həsr etdiyi poema üzərində işləyir. Əlbət-

tə, bu adların sayını artırmaq da olar”

2

İsmayıl Şıxlı öz həyat və fəaliyyətində 

olduğu kimi, ədəbi mühitə münasibətdə 

                                                 

1

 Həyatın tələbi. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988,  s. 355 

2

 

Yenə orada. s. 355-356 

      –         – 

117


də ali, ülvi duyğularla, qayğıkeşliklə, sə-

nətə düzgün qiymət verməklə, inam, 

əqidə və məslək sahibi olmaqla ədəbi mü-

hitin inkişaf etməsinə xidmət göstər-

mişdir.   

      –         – 

118 


M Ü N D Ə R İ C A T  

 

 

 

Ədəbi proses                                    

və  tənqidçi mövqeyi.................................... 3 

Ədəbi proses                                                     

daim inkişafda olmalıdır.......................... 11 

Ədəbi proses və                                      

yaradıcılıq məsuliyyəti ............................ 18 

Dünya ədəbiyyatı                                     

tənqiddə ....................................................... 78 

Yazıçı və zaman                                        

problemi....................................................... 97 

Ədəbi tənqidə                                           

tənqidi baxış ............................................  108 

      –         – 

119


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Buludxan Əziz oğlu Xəlilov 

 

İSMAYIL ŞIXLININ 

ƏDƏBİ – TƏNQİDİ 

GÖRÜŞLƏRİ 

 

 

 

Bakı - 2014 

 

 


      –         – 

120 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çapa imzalanıb: 31.01.2014 

Format: 84x90 1/32 

Ofset çap üsulu 

Fiziki çap vərəqi: 3,75 c.v. 

Sifariş: 42 

Sayı: 500   

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--22.html

--nbyev--e---moslemzadeh--27.html

--nbyev--e---moslemzadeh--31.html

--nbyev--e---moslemzadeh--36.html

--nbyev--e---moslemzadeh--40.html