1 2 3 4 5 6 7 8 9 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə4/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

16 


çap olunan qəzet və jurnalların sayı indiki 

qədər çox olmamışdır. Ancaq bu qəzet və 

jurnallarda  ədəbi tənqidin meydanı arzu 

olunan səviyyədə deyildir. 

İsmayıl  Şıxlı tənqidin vəziyyətini yax-

şılaşdırmaq və obyektiv, qərəzsiz fikrə 

meydan vermək üçün qəzetlərin, jurnal-

ların  ədəbi prosesə qarışmasını vacib 

sayır, bu barədə belə bir mövqedə olur: 

“Son vaxtlar “Azərbaycan kommunisti” 

jurnalının  ədəbi prosesə qarışmasını  və 

yuxarı da dediyimiz “sükunəti” pozmaq 

cəhdini istisna etsək, qalan qəzetlərimiz 

susurlar. Bu isə xoşagəlməz hallarla nəti-

cələnir. Nə üçün “Kommunist”, “Ba-

kiniski raboçi” qəzetləri  ədəbiyyatımızı 

istiqamətləndirən kəskin məqalələrə öz 

səhifələrində yer verməsin?!”

1

 Yeri gəl-

mişkən onu da qeyd edək ki, çağdaş 

ədəbi prosesi, ədəbi bədii nümunələri 

daha çox əks etdirən “Azərbaycan”, 

“Ulduz” jurnalları, “Ədəbiyyat”, “Kaspi”, 

“525-ci qəzet”, “Kredo” və s. qəzetləridir. 

Bunlar  ədəbi mühitimiz üçün hadisədir. 

Ancaq çox istərdik ki, bu mətbuat 

orqanlarının səhifələrində çağdaş ədəbiy-

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.347 

      –         – 

17

yatımızı silkələyən tənqidi yazılar, ədəbi– 

bədii prosesi istiqamətləndirən məqalələr 

çap olunsun. Bu sıradan olanların azlığı 

mətbuat orqanının yox, ədəbi – tənqidin, 

tənqidçinin problemidir. Ədəbi–tənqidi 

və tənqidçini düşündürməli problemdir. 

 

 

 



      –         – 

18 


 

 

 

Ədəbi proses və 

yaradıcılıq 

məsuliyyəti 

 

İsmayıl  Şıxlı  nəsr aləmini, gənc nasir-

lərin mövzu rəngarəngliyini və eləcə  də 

bir sıra vacib məsələləri təhlil edir, fikir, 

mülahizələrini bölüşürdü. O, bədii nəsr 

üçün  ən zəruri  şərhlərdən biri kimi “Də-

rin həyati müşahidə, hadisələri, insanları 

bütün təfərrüatı ilə öyrənmək və bunları 

dövrün ictimai məsələləri ilə, qabaqcıl 

ideyaları ilə üzvi bir vəhdətdə götürüb 

təsvir etmək”

1

 bacarığını  məsuliyyətə çe-

virməyə çalışırdı. O, gənc nasirlərə möv-

zu seçmək, seçilmiş mövzunu işləmək və 

onu həyat hadisələri ilə bağlamaq, bu 

həyat hadisələrini bədii yüksəkliyə qal-

dırmaq baxımından yanaşır və iki əsas 

xüsusiyyətin nəzərə çarpdığını qeyd edir. 

                                                 

1

 Gənc nasirlər haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.194 

      –         – 

19

Bu mənada İsmayıl Şıxlı yazır: “Gənc na-

sirlərin  əsərlərinə bu cəhətdən yanaşdıq-

da iki xüsusiyyət nəzərə çarpır: birincisi 

budur ki, onların bəzilərində həyat müşa-

hidəsi zəngindir, təsvir vasitələri təbii və 

sadədir, ikincisi isə onların bəzilərində 

müşahidənin azlığı, tiplərin solğunluğu, 

dilin və hadisələrin süniliyidir”

1

.  İsmayıl 

Şıxlı birinci qrup nasirlər sırasında Sabir 

Əhmədovun, Altay Məmmədovun, Tahir 

Hüseynovun və  Nəriman Süleymanovun 

hekayələrini bədii cəhətdən zəngin hesab 

edir, onlarda sağlam yaradıcılıq eşqinin 

olduğunu söyləyir, yaratdıqları  qəhrə-

manların həyat tərzinin, fəaliyyətinin dol-

ğunluğunu göstərir

2

.  


İsmayıl Şıxlı ikinci qrup nasirləri oxu-

duqlarını  təqlid edənlər hesab edir. 

 

Belələri özlərindən süjet xətti quraşdırır, 

süni  şəkildə obrazlar yaradır, süni kon-

filiktlər düzəldir, mövzu və mövzudakı 

tiplər həyatdan götürülmədiyi üçün hər 

şey cansıxıcı olur. “Bu xüsusiyyətlər Rə-

himə Zeynalova, Xalid Əlimirzəyev və 

                                                 

1

 Gənc nasirlər haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.195 

2

 Yenə orada. s.196 



      –         – 

20 


Vasif  Əfəndiyevin hekayələrində özünü 

daha qabarıq şəkildə göstərir”

1

.  İsmayıl  Şıxlı  ədəbiyyata bir qrup sağ-

lam nasirlərin gəldiyini görür, onların 

yaradıcılığını qiymətləndirirdi. Onların 

içərisindən gələcəkdə  ən gözəl roman 

müəlliflərinin yetişəcəyinə inanırdı. Eyni 

zamanda gənc yazıçıların diqqət yetirə-

cəkləri keyfiyyəti də unutmurdu: “Gənc 

yazıçılar yadda saxlamalıdırlar ki, realist 

sənətdə  təbiilik və  səmimiyyət olmalıdır. 

Bu isə  həyatı  və insanları düzgün 

müşahidə etməklə  yaradıla bilər”

2

.  İsmayıl  Şıxlı  gənc nasirlərin dili ilə 

bağlı maraqlı fikirlər irəli sürür, onların 

dil və üslub xüsusiyyətlərinə orijinal mü-

nasibət bildirir: “Bəzi gənc nasirlər əsərin 

dilini, yaxşılığını ürəyə toxunan sözlərin 

çoxluğunda görürlər. Bu, tamamilə yan-

lışdır. Dilin gözəlliyi, hər  şeydən  əvvəl, 

onun sadəliyi təbiiliyindədir. Xalq ifadə-

lərinin çox yerində işlədilməsindədir. Hər 

tipin xarakterinə, yaşına, sənətinə, uyğun 

fikir tərzini, ifadə formasını tapmaqdır”

3

.                                                   

1

 Gənc nasirlər haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.196

 

2

 Yenə orada. s.204 

3

 Yenə orada. s.203

 

      –         – 

21

İsmayıl  Şıxlı  ədəbiyyatda müasirlik 

məsələsinə çox ciddi yanaşır, bədii nəsri-

mizin materialları  əsasında inandırıcı  və 

əsaslı müqayisələr aparır, qənaətləri hesa-

bına əsərlərin təhlilini verir. 

O, müasirlik problemi və onun bədii 

ədəbiyyatda inikasından bəhs edərkən üç 

başlıca cəhəti qeyd edir. Hadisələr üç cür 

münasibətin üzərində xüsusi olaraq 

dayanır. “Bu münasibətlərin biri hər  şeyi 

təsdiq edərək qeyd – şərtsiz qəbul etmək, 

ətrafımızda baş verən hadisələrin ictimai 

və  fəlsəfi mahiyyətini dərk etmədən, bu 

və ya digər məsələnin törəməsinə  səbəb 

olan sosioloji amilləri araşdırmadan, 

onun nə kimi əxlaqi keyfiyyətlərlə bağlı 

olması ilə maraqlanmadan bütün məsə-

lələrlə razılaşmaqdan ibarətdir”

1

.  İsmayıl 

Şıxlı bu cür həyat anlayışı üzərində yazı-

lan  əsərləri  əhəmiyyətsiz  əsərlər hesab 

edir. Ona görə ki, belə “... əsərlərin mər-

kəzində  dərin ictimai konfliktlər, xarak-

terlər toqquşması, psixoloji gərginliklərlə 

dolu olan səhnələr dayanmır. Yazıçının 

özü və  qəhrəmanları müstəqil düşüncə 

qabiliyyətindən məhrum olduqlarına 

                                                 

1

 Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.322 


:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--68.html

--nbyev--e---moslemzadeh--72.html

--nbyev--e---moslemzadeh--77.html

--nbyev--e---moslemzadeh--81.html

--nbyev--e---moslemzadeh--86.html