1 ... 9 10 11 12 13 14 15 16 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə13/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

60 


lə  zənginləşir. Kamran özünün xırda 

hisslərdən yüksəkdə dayandığını, mərd-

lik və mətanətini bir daha nümayiş etdirir. 

Nərmin yanıldığını, özünə xəyanət etdiyi-

ni başa düşür. Onu da dərk edir ki, geri 

qayıtmaq mümkün deyil. İndi özü sərbəst 

yol seçməlidir”

1

İsmayıl Şıxlı Cəmilin iç üzünü, rəzilli-

yini açır. Onun bu xüsusiyyətlərini gös-

tərmək üçün əsərin süjet xətlərinə diqqət-

lə yanaşır. Konkret olaraq Cəmilin hərə-

kətlərini açıq  şəkildə  tənqid edir. Öz 

əvəzinə  Kərəm dayı kimi namuslu bir 

adamı  həbsxanaya göndərmək istəyində 

olmaq rəzillikdən başqa bir şey deyil. 

İsmayıl  Şıxlı “Unuda bilmirəm”  əsəri-

nin səhnə taleyinin uğur qazanması  sə-

bəblərini də araşdırır. Onun gəldiyi qə-

naətlərdən biri budur ki, bu tamaşanın 

quruluşçu rejissoru Tofiq Kazımov surət-

lərin daxili aləmini aça bilən aktyorları 

seçib və gözəl ansambl yaradıbdır. “Rejis-

sorun mizanları  mənalıdır. O, səhnə im-

kanlarından maksimum dərəcədə istifadə 

edərək qəhrəmanlarının zəngin daxili 

aləmini açmağa müvəffəq olmuşdur. 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.305 

      –         – 

61

Sevindirici halın biri də odur ki, səh-

nədə zahiri pafosa, təbiiliyə  xələl gətirən 

hərəkətlərə rast gəlmirik. Aktyorlar surət-

lərin daxili aləmini açmaq üçün həm fərdi 

cizgilər tapır, həm də öz oyunları ilə bir – 

birini tamamlayırlar”

1

İsmayıl Şıxlı “Unuda bilmirəm” tama-

şasının bədii tərtibatının  əsərin ruhuna 

uyğun olmasını, musiqisinin lakonik və 

emosionallığını nailiyyət kimi qiymətlən-

dirir.  İsmayıl  Şıxlıya görə, yeni fikir, 

təmiz amal uğrunda mübarizə insanı 

həmişə düşündürməlidir. Bəli, professor 

Möhsünzadənin dediyi bu sözlər də 

adamı düşündürür: “İnsan hər  şeydən 

əvvəl vətəndaş olmalıdır”. 

“İnsan hər  şeydən  əvvəl vətəndaş 

olmalıdır” fikri hər bir zaman insanı dü-

şündürməlidir. Həyat olan yerdə problem 

var. Problem olan yerdə insan var. İnsan 

olan yerdə münasibətlər var. Münasibət-

lər olan yerdə saf, təmiz münasibətlərlə 

yanaşı, ziddiyyətli, barışmaz münasibət-

lər də  var.  Bu  mənada insan və onun 

taleyi ilə bağlı  məsələlərdən bəhs edən 

hər bir əsər bütün dövrlərin oxucularının 

                                                 

1

 Səməd Vurğun yenə sıramızdadır. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s. 306 

      –         – 

62 


maraq dairəsindədir. Bütün dövrlər üçün 

aktualdır. Odur ki, “Unuda bilmirəm” 

əsəri də, onun tamaşası da oxucuların və 

tamaşaçıların mənəviyyatının zənginləş-

məsində böyük əhəmiyyət kəsb edir. 

Mənasız mübahisələr, yersiz müzaki-

rələr, yüngül söhbətlər sözün həqiqi mə-

nasında insanları yorur. Ədəbi mühitdə 

də belədir.  Əsər var ki, ədəbi mühitə 

gümrahlıq gətirir,  ədəbi mühit də, oxucu 

da, ədəbi tənqid də bu əsərlə tanış olduq-

dan sonra yüngülləşir. Oxucu özündə 

yeni əsər oxumaq gücünü toplayır, yazıçı 

yeni  əsər yazmaq istəyində olur, ədəbi 

tənqid axtarmaq, araşdırmaq, təhlil etmək 

ovqatı üzərində köklənir. Bir sözlə, tale-

yini belə  məqamlarda  ədəbiyyata bağ-

layanlar özlərini xoşbəxt sayırlar. 

İsmayıl Şıxlı yazır: “Bəzən yorulursan. 

Bir anlığa da olsa ədəbi söhbətlərdən 

uzaqlaşmaq istəyirsən. Çalışırsan ki, zeh-

nin dincəlsin,  ədəbi mübahisə  və mü-

naqişələri unudasan. Lakin İmranla 

görüşən kimi hər  şey yaddan çıxır. Özün 

də hiss etmədən bu və ya digər  əsər 

haqqında söhbətə başlayırsan. Dəqiqələr 

      –         – 

63

ötür, mövzu dairəsi genişlənir”

1

. Söhbət 

İmran Qasımovdan gedir. İmran Qasımov 

taleyini  ədəbiyyata bağlamış yazıçıdır. 

Onun müxtəlif illərdə yazdığı “Xəzər 

üzərində  şəfəq”, “İnsan məskən salır”, 

Həsən Seyidbəyli ilə birlikdə yazdığı 

“Dəniz cəsurları sevir”, “Nə üçün 

yaşayırsan?” əsərləri teatr tamaşaları kimi 

həmişə maraq dairəsində olmuşdur. 

İsmayıl  Şıxlı  İmran Qasımovun  ədəbi 

mühitdə oynadığı rolu çox sərrast xarak-

terizə edir. O, həyatını  ədəbiyyata bağla-

mış bu yazıçı barədə yazır: “İmran hə-

mişə axtarış aparan sənətkardır. Mən bu 

sözü təkcə onun bədii söz vasitələri, ya da 

mövzu axtarması ilə  məhdudlaşdırmaq 

istəmirəm. Çünki bu sahədə onun kifayət 

qədər təcrübəsi var. İmranın axtarışları 

xalqımızın tarixi, onun mətanətli insanları 

ilə bağlıdır. Dünyanın  ən ucqar guşəsin-

dən bir azərbaycanlı balasından yaxşı 

soraq gəlirsə, İmran bir yazıçı və vətəndaş 

kimi dərhal onunla maraqlanır, onun 

haqqında axtarış aparır.  Əgər belə olma-

saydı onun H.Seyidbəyli ilə birlikdə yaz-

                                                 

1

 Səmimi yazıçı, həssas insan. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.308 

      –         – 

64 


dığı “Uzaq sahillərdə” əsəri yaranmazdı”

1

Deməli,  İsmayıl  Şıxlı  İmran Qasımovu 

həmişə axtarışda olan, xalqımızın tarixi 

ilə maraqlanan, mətanətli insanların 

sorağında olan bir yazıçı kimi xarakterizə 

edir. Eyni zamanda o, İmran Qasımovu 

bu sahədə kifayət qədər təcrübəsi olan bir 

yazıçı kimi dəyərləndirir. Bununla belə, 

İsmayıl  Şıxlı “Uzaq sahillərdə”  əsərinin 

ədəbiyyatımızın, xalqımızın tarixində oy-

nadığı rolu və  əhəmiyyəti də xüsusi ola-

raq qeyd edir. İsmayıl Şıxlı yazır: “Burada 

iki başlıca cəhəti qeyd etmək lazımdır. 

Birincisi  əsərin bədii keyfiyyətidir.  İkin-

cisi isə uzaq İtaliya torpaqlarında alman 

faşistləri ilə  qəhrəmancasına vuruşub hə-

lak olmuş  şair qəlbli, rəssam təbiətli bir 

azərbaycanlı  gəncin yenidən həyata qay-

tarılmasıdır. Mənə elə  gəlir ki, yazıçının 

ucaltdığı heykəl bütün abidələrdən güclü  

və  əbədidir. Tuncdan tökülmüş heykəl 

bəlkə  də zaman keçdikcə dağıla bilər, 

lakin ədəbi heykəl ömürlükdür. Bu məna-

da “Uzaq sahillərdə”  əsəri Mehdi Hü-

seynzadənin ədəbi heykəlidir”

2

.  


                                                 

1

 Səmimi yazıçı, həssas insan. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s. 309-310 

2

 Yenə orada. s.310 

      –         – 

65

“Uzaq sahillərdə”  əsəri Mehdi Hü-

seynzadəni milyonlara tanıdan bir əsərdir. 

Bu  əsər olmasaydı, milyonlarla insanın 

Mehdi Hüseynzadənin qəhrəmanlığından 

xəbəri olmazdı. Məhz bu əsər Mehdi 

Hüseynzadənin  şərəfini ucaltmaqla, ona 

əbədiyyət abidəsi yüksəltməklə xalqımı-

zın şərəfini yüksəklərə qaldırmışdır. 

İsmayıl Şıxlı İmran Qasımovun bir in-

san kimi, yazıçı kimi şəxsi keyfiyyətlərini, 

qayğıkeşliyini, dosta və yoldaşa münasi-

bətini həssaslıqla qeyd edir. İmran Qası-

movda olan elə insani keyfiyyətləri qeyd 

edir ki, bu keyfiyyətlər insanlara olduqca 

lazımdır. Nədir həmin insani keyfiyyət-

lər? Nədir həmin qayğı? Bütün bunlar ba-

rədə  İsmayıl  Şıxlı yazır: “İmran söhbətlə-

rində atasının insanlara yaxşılıq etmək 

fikrini ona təlqin etməsini tez – tez xatır-

layır. Mən ondan “insan gərək hər dəqiqə 

insanlara lazım olduğunu hiss etsin” söz-

lərini çox eşitmişəm. Bu, yalnız söz deyil. 

İmran istər  ədəbi məsələlərdə, istər  şəxsi 

münasibətlərində  həmişə yoldaşlarına 

qayğıkeşlik göstərir. Mən onun gənc yazı-

çılarla söhbətlərində bu qayğını çox gör-

müşəm. Dostlarının  ən kiçik arzularını 

həyata keçirməyə, çətinliyə düşdüklərini 



Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--90.html

--nbyev--e---moslemzadeh--95.html

--nbyev--e---moslemzadeh-.html

--nbyev--e--n--dostyar.html

--nhcl-bla-mam-li-leyhis-2.html