©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

§ 10. İNZİBATİ ORQANLARIN MÜQAVİLƏLƏRİ - Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I

§ 10. İNZİBATİ ORQANLARIN MÜQAVİLƏLƏRİ



I. ÜMUMİ QEYDLƏR

İnzibati  idarəetmə  orqanlarının  müqavilə  formasında  həyata  keçirdiyi  inzi -

bati  fəaliyyət  sayca  və  tətbiqetmə  baxımından  inzibati  idarəetmə  aktları  qədər

olmasalar da, onların inzibati fəaliyyətin həyata keçirilməsində önəmli yeri var.

Çünki inzibati idarəetmə orqanları istədikləri məsələ ilə bağlı birtərəfli qaydada

çıxarılan, icrası məcburi qərarlar verə bilməz. İş görülməsi və ya nəsə alınması

üçün  idarəetmə  orqanları  birtərəfli  icra  edilməli  qərar  qəbul  edə  bilmirlər.

Bunlar müqavilə bağlamaqla həyata keçirilir. Bu məsələlərdə birtərəfli məcburi

qərarlar  çıxarmaq  hüquq  və  azadlıqların  məhdudlaşdırılması  kimi  çıxış  edir.

Fövqaladə vəziyyət halları istisna olmaqla, dövlət orqanları şəxslərin mülkiyyə -

tindəki əmlakı özünün təyin etdiyi məb ləğə ala bilməz, yaxud zorla başqalarına

iş gördürə bilməz.

İdarəetmə  orqanları  səlahiyyətlərini  ancaq  yazılı  qanunvericlik  aktlarından

alır. Lakin qanunlarla ona verilmiş funksiyanı həyata keçirmək üçün çox hallar-

da idarəetmə orqanları müxtəlif mallara və xidmətlərə ehtiyaç hiss edə bilər və

bunları  həmin  orqanın  özünün  təmin  etməsi  həmişə  mümkün  olmur.  Belə  hal -

larda  idarəetmə  orqanları  ehtiyaclarını  müqavilə  bağlamaq  yolu  ilə  təmin

edirlər.


581

Hüqüqi şəxs olan idarəetmə orqanlarının bağladığı müqavilələr  arasında iki

cür  müqavilələr  var: inzibati  orqanlarının  qarşı  tərəflə  bərabər  statusda  olduğu

xüsusi  (özəl)  hüquq  müqavilələri   və inzibati  orqanlarının  üstün  vəziyyətdə

olduğu  ictimai  xidmətlə  əlaqədar



inzibati/administrativ  müqavilələr.

582


İdarəetmə  orqanlarının  bağladığı  özəl  hüquq  müqavilələri  mülki  hüquqi

müqavilələrdən  fərqlənmir;  hətta  inzibati  ədliyyə  olan  ölkələrdə  də  bu  cür

müqavilələrdən yaranan mübahisələrə mülki hüquq normalarına əsasən ümumi

yurisdiksiyalı ədliyyə  məhkəmələrində  baxılır.

583

  Daşınmaz əmlakın  icarəyə



verilməsi,  daşınar  mallarla  daşınmaz  malların  satılması  xüsusi  hüquq

müqavilələridir.  Düzdür,  idarəetmə  orqanı  bağladığı  xüsusi  hüquq  müqa-

vilələrində  xüsusi  hüquq şəxsləri  kimi  sərbəst  deyil  və  ancaq  qanunvericiliyin

ona  icazə  verdiyi  məsələlərlə  bağlı  müqavilələr  bağlaya  bilər.  Onun  istədiyi

şəxslə  istədiyi  predmet  barədə  müqa vilə  bağlamaq  səlahiyyəti  yoxdur.

Azərbaycan  pozitiv  hüququnda  bu,  27  Dekabr  2001-ci  il  tarixli  «Dövlət

581

Günday Metin, 

İdare hukuku, 

3.Baskı, İmaj Yayıncılık, Ankara, 1998,  s.140.



582

  Bunlara bəzən “ ümumi hüquq müqavilələri” – “public law conracts”  də deyilir.

583

Özay İl Han, 

Günışığında yönetim

, Alfa Yayıncılık, İstanbul, 1996,  s.411.



İnzibati hüquq



287

satınalmaları  haqqında»  Qanun  və Prezidentin  fərmanı  ilə  təsdiq  edilmiş

«Dövlət  müəssisələrinin  idarəetməyə  verilməsi  haqqında»

Əsasnamədə

göstərilib.

İnzibati ədliyyə rejiminin tətbiq edildiyi ölkələrdə inzibati müqavilələr həm

xüsusiyyətləri,  həm  tətbiq  edilən  maddi  hüquq,  həm  də  aidiyyət  baxımından

özəl hüquq müqavilələrindən fərqlidir. Nəhayət, inzibati müqavilələri başqaların-

dan  ayıran ən  vacib  meyar  müqavilə  tərəfı  olan  idarəetmə  orqanlarının  qarşı

tərəfdən daha üstün səlahiyyətlərinin olması və imtiyazlardan istifadə etməsidir.

Bunlar  müqavilədə  göstərilir.  İdarəetmə  orqanlarına  bu  səlahiyyətlərin  tanın -

ması dövlət orqanlarının gördükləri işin üstünlüyü ilə bağlıdır. Bu da idarəetmə

orqanlarının  fəaliyyətini  düzgün  icra  edə  bilməsi  üçün  mütləq şərtdir.  Buna

görə  də ictimai  xidmətin  icra  edilməsi  ilə  bağlı  d övlət  orqanları  xüsusi  hüquq

müqavilələri bağlaya bilməzlər. Belə müqavilə bağlanarsa, mübahisə yarandıq -

da məhkəmələr buna xüsusi hüquq prinsipləri ilə deyil, ümumi (dövlət) hüquq

prinsipləri və qaydalarına uyğun baxmalıdırlar.

Ictimai xidmət  prinsiplərindən  olan  ictimai  marağın  xüsusi  maraqlardan

daha  üstün tutulması,  xüsusi  hüquq  qaydaları  ilə  üst-üstə  düşmür.  Bu, ümumi

hüquq qaydasıdır.



II. İNZİBATİ MÜQAVİLƏ İLƏ XÜSUSİ/ÖZƏL HÜQUQ



MÜQAVİLƏSİNİN FƏRQİ

Terminlər  Azərbaycan  dilinə  dəqiq  tərcümə  edilmədiyindən  bu  fərqi  düz-

gün əks etdirməkdə müəyyən çətinliklər ola bilər. Bu bölgü fransız hüququndan

gəlir. Buna görə də bu müqavilələr fərqli hüquqi rejimə tabe olurlar. İdarəetmə

orqanının tərəf olduğu müqavilənin xüsusi hüquq, yoxsa ümumi (dövlət) hüquq

rejiminə  tabe  olması  müqavilənin  mahiyyətinə  əsasən  təyin  edilir.

584

  İnzibati



idarəetmə orqanının bağl adığı müqavilənin “inzibati” müqavilə sayılması üçün

aşağıdakı kriteriyalara cavab verməlidir.

Birincisi,  tərəflərdən  biri  inzibati  idarəetmə  orqanı,  dövlət  orq anı,  yaxud

bələdiyyə orqanı olmalıdır. Bu şərtə görə, ictimai xidmət funksiyasını icra edən

«Barmek» kimi şirkətin, özəl hüquq şəxsləri ilə bağladığı abobnent müqaviləsi

“administrativ”  müqavilə  sayılmır.

585

  İnzibati  idarəetmə  orqanının  müqavilə



584

Günday, eyni əsər, s. 141.

585

«Barmek»in yerini tutan “Bakıelektrikşəbəkə”, sərmayəsi dövlət mülkiyyətli olduğundan, müqa -



vilənin bir tərəfi kimi inzibati orqan qismində çıxış edə bilər.

Fərhad Mehdiyev



288

tərəfi  olmadan  ancaq  bəzi  işləri  görməsini  və  ya  tarif  təyin  etməsini  nəzərdə

tutan müqavilələr də administrativ müqavilə sayılmır.

586


Digər tərəfdən, müqavilə hər hansı məsələ ilə bağlı deyil, ictimai xidmətin

görülməsi ilə bağlı olmalıdır. İctimai (mülki) xidmət dövlə t orqanı və ya onla-

rın nəzarəti altında ümumi və kollektiv ehtiyaçları tətmin etmək, ictimai mənafe

üçün  icra  edilən  daimi  və  müntəzəm  fəaliyyətdir.

587

  İctimai  xidmətin  orqanik



tərkibi  xidmətin  dövlət  və  ya  bələdiyyə  orqanı  və  ya  onların  nəzarəti  altında

icra  edilməsini  ifadə  edir.

588

  Ancaq ictimai  xidməti  qeyri-dövlət,  kommersiya



təşkilatı icra etsə də, onun üzərində istiqamətləndirmə, müntəzəm nəzarət səla -

hiyyətləri  ictimai  mənafeyin  təmin  edilməsinə  məsul  olan  əlaqədar  idarəetmə

orqanına aid olur.

589


Maddi  baxımdan  verilən  tərifə  görə, ictimai  xidmət ictimai  mənafeyin  tə-

min edilməsindən ibarət ehtiyaçları ödəmək üçün həyata keçirilən fəaliyyətdir.

Müqavilənin administrativ müqavilə sayılması üçün  təkcə ictimai xidmətlə az-

çox bağlı olması  yetərli deyil. Müqavilə ictimai xidmətin icra edilməsi ilə bir-

başa bağlı olmalıdır.

590


Üçüncüsü,  bu  şərtlərə  əlavə  olaraq  müqavilə  inzibati  idarəetmə  orqanına

müqavilənin qarşı tərəfinə nisbətən daha üstün səlahiyyətlər və imtiyazlar ver-

məlidir.  Özəl  hüquq  müqavilələrində  tə rəflərin  hüquqi  statusu  bərabərdir.  Bir

tərəfin iradəsi qarşı tərəf üçün məcburi deyil. O, qanunda nəzərdə tutulan hallar

istisna olmaqla, birtərəfli qaydada müqaviləni dəyişdirə və ya xitam edə bilməz.

Inzibati müqavilələrdə isə vəziyyət başqadır, inzibati idarəetmə orqanı istədiyi

zaman müqaviləyə xitam verə biləcəyi kimi, ictimai xidmət işini görən müəssi -

səni dövlətləşdirə, satın ala, müqavilə müddəalarında dəyişiklik edə bilər. Bunu

AR Nazirlər  Kabinetinin  34  saylı  Qərarı  ilə  təsdiq  olunmuş  tipik  satın alma

müqaviləsi formasının 17-ci maddəsində görmək mümkündür: həmin maddəyə

görə İO müqavilənin icrasına nəzarət etmək mümkündür. Administrasiyanın bu

imtiyazları  dövlət  hüququ  prinsiplərinə  (ictimai  mənafeyin  özəl  mənafeden

üstün  olması) əsaslanır.  Inzibati  müqavilələrdə  ictimai  mənafe  ilə  xüsusi

mənafe  qarşı -qarşıyadır,  ictimai  mənafeyin  üstünlüyü  prinsipinə  görə,  ictimai

586

Belə şərtlər  iki şirkətin  öz  arasında  bağladığı  müqavilədə  göstərilə  bilər.  Məsələn  bi r  tərəfin



ödəyəcəyi xidmət haqqı, Tarif Şurasının təyin etdiyi bir qiymətə görə dəyişə bilər. Giritli İsmet,

Akgüner Tayfun, 

İdare hukuku dersleri II, 

Filiz Kitabevi, İstanbul, 1987, s.175.

587

Sıddık Sami Onar, 

İdare hukukunun  ümumi esasları, I Cild, 

3.Bası, İsmail Akgün Matbaası,



İstanbul, 1966, s.13.

588


İsmet Giritli, Pertev Bilgen, 

İdare hukuku dersleri I

, Filiz Kitabevi, İstanbul, 1979, s.21.

589


Lütfi Duran, 

İdare hukuku, 

Fakülteler Matbaası, İstanbul, 1982, s.304.

590


Odyakmaz  Zehra, 

Genel  olarak  idarenin  sözleşmeleri

,  Gazi  Üniversitesi  Hukuk  Fakültesi

Jurnalı,  Prof.Dr.İhsan  Tarakçıoğluna  Armağan,  Haziran-Dekabr  1998,  II  Cild,  Sayı:  1-2,

Hazırlayanlar: Oğuz Kürşat Ünal, Zehra Odyakmaz, Kudret Güven; s. 149.

İnzibati hüquq



289

mənafeyi  təmsil  edən  və  qoruyan  dövlət  orqanlarına  üstün  səlahiyyətlər

verilməsi  təbiidir.

591


  Fransa  Dövlət Şurası  müxtəlif  qərarlarında administrativ

müqavilənin  “idarəetmə  orqanına  üstünlük  və  xüsusi  status  tanıyan”  xüsusiy-

yətinin olduğunu qeyd etmişdir.

592


İnzibati  müqavilələrdə  xüsusi  hüquq şəxsinin  mənafeyini  qorumaq  üçün  2

xüsusi institut var; bunlardan biri «Fait du Prens», o biri isə «Imprevision» insti-

tutudur.  Bunlardan  istifadə  yolu  ilə  inzibati  müqavilənin  qeyri-administrasiya

tərəfi  məhkəmə  qaydasında  müqavilənin  dəyişdirilməsi,  xitam  olunması,  kom -

pensasiya  ödənilməsi,  öhdəliklərinin  yüngülləşdirilməsi  kimi  tələblər  irəli  sürə

bilər.


Dilimizdə “fö dü prens” kimi oxunan «Fait du Prens»

593

 qaydası müqavilə

bağlayan inzibati orqanın müqavilə münasibətindən kənar qəbul etdiyi bəzi in -

zibati aktlarla bağlı müqavilə tərəfinin maddi vəziyyətini ağırlaşdırdıqda tətbiq

edilir.  Məsələn,  Nazi rlər  Kabineti  X şırkəti  ilə  inzibati  müqavilə  bağladıqdan

sonra  müqavilənin  icra  prosesində  istifadə  olunan  xammalın  ölkəyə  gətirilmə-

sini çətinləşdirən normativ akt qəbul eləsə və X şirkəti üçün müqavilənin icrası

xeyli  çətinləşsə,  iqtisadi  baxımdan  səmər əsiz  olsa, «Fait  du  Prens»  qaydasın-

dan istifadə oluna bilər.

594


«İmprevision»  nəzəriyyəsi  I  Dünya  Muharibəsindən  sonra  yaranan  iqtsadi

böhran  zamanı  ortaya  çıxmışdı.  İlk  dəfə  onu  Fransada  Dövlət Şurası  1916-ci

ildə  kömür  qiymətlərindəki  aşırı  artımla  bağlı bir  şirkətin  qaldırdığı  iddiada

tətbiq  etmişdi. «İmprevision»  qaydasının  tətbiq  edilməsi  üçün  müqavilənin

bağlandığı vaxt nəzərə alına bilməyən elə bir hal ortaya çıxmalıdır ki, o, iqtisadi

şəraiti kökündən dəyişdirsin və xüsusi hüquq tərəfi üzərinə fövqal adə dərəcədə

ağır öhdəlik qoysun. Bu şərtlə yanaşı nəzərə alına bilməyən hal müqavilə tərəf -

lərinin istəyi və təsiri üzündən  yaranmamalıdır. Qabaqcadan nəzərə alınmayan

bu fövqaladə hal uzunmüddətli olarsa, xüsusi hüquq şəxsi, ümumiyyətlə, müqa -

vilənin  xit am  olunmasını  da  tələb  edə  bilər.  Strasburq İnzibati  Məhkəməsi

1995-ci ildə verdiyi qərarda «ipmrevision» qaydasını tətbiq edib. Bələdiyyənin

içməli  su  təminatı  tenderində  qalib  gələn şirkət ,  suyun  gətirildiyi  mənbənin

kimyəvi  çirklənməsi  nəticəsində  suyu daha  uzaqlardan  gətirmək  məcbutiyyə-

tində qalmışdı. Şirkət müqavilənin dəyişməsi üçün bələdiyyəyə müraciət etmiş,

lakin bələdiyyə bunu qəbul etməmişdi. Şirkət inzibati məhkəməyə müraciət et -

591


Odyakmaz, s. 149.

592


Özay, s. 415.

593


Mənasını “hökmdarın (dövlətin) səhvi” kimi ifadə etmək olar.

594


Richer, 

Droit des Contrats administratifs

, 1995, s.229; nəql edən: Gözübüyük, Tan, I cild, s. 407.

Fərhad Mehdiyev



290

miş,  məhkəmə  isə  müqaviləyə  xitam  verərək şirkətin  xeyrinə  kompens asiya

ödənilməsini qət etmişdi.

595


III. AZƏRBAYCAN HÜQUQUNDA İNZİBATİ



MÜQAVİLƏLƏR

Rusiya və Azərbaycan inzibati hüququnda administrativ müqavilə institutu

yeni yarandığına görə, nəzəriyyədə onunla bağlı fikir birliyi yoxdur.

Bazar  iqtisadiyyatının  olmadığı,  istehsal  vasitələrinin  dövlətin  əlində  cəm-

ləndiyi  SSRİ-də,  administrativ  müqavilə  qurumunun  olmaması  təbii idi.  Lakin

SSRİ-nin  dağılması  və  geniş  özəlləşdirmə  prosesində  dövlət  satınalmaları  və

sifariş metodları məcburi olaraq dəyişdi. Dövlət müəssəsəl ərinin bir qismi müx-

təlif səbəblərdən yararsız vəziyyətdə idi. Bunlardan bəziləri özəlləşdirildi, bəzi -

lərinin  özəlləşdirilməsi  strateji  cəhətdən  məqsədəuyğun  sayılmadığına  görə

uzun  müddətli  idarəetməyə  verildi.  Buna  görə  də ictimai  xidmətin  icrasında

inzibati idarəetmə orqanları xüsusi hüquq şəxslərinin xidmətlərindən istifadə et -

mək məcburiyyətində qaldılar.  Məsələn, hamımız bilirik ki 2006-2008 tarixləri

arasında  Bakıdakı  körpü  tikintilərində  türk  inşaat  şirkətlərindən  sub -podratçı

qismində yararlanıblar.

İdarəetmə  formalarından  biri  kimi idarəetmə  fəaliyyətinin   həyata  keçiril-

məsi vasitələrindən olan inzibati hüquq müqavilələrinin xüsusiyyətləri, onların

mahiyyəti  nəzəriyyədə  ixtilaflara  səbəb  olur. İnzibati  hüquq  münasibətlərinin

şaquli  xarakteri,  üfiqi  xarakterin  xüsusi  hüquq  münasibətərinə  məxsus  olması,

buna görə də inzibati müqavilələrin inzibati funksiya daxilində tədqiq edilməsi -

nin  mübahisəli  olması  fikri  irəli  sürülür.

596

  Fransız  hüququndakı  idarəetmə



orqanlarının  inzibati  müqavilələri  və  özəl  hüquq  müqavilələri  bölgüsü,  post-

sovet  məkanında  hələlik  qəbul  edilmədiyi  üçün  idarəetmə  orqanlarının  bağla -

dığı  müqavilələr  elmi  cəhətdən  sistemləşdirilməyib.   Yəni  hansı  müqavilələr

ümumi hüquqa, hansıları ilə xüsusi hüquqa tabe olmalıdır məsələsi, anlaşılm a-

yıb və aydınlanmayıb.

Rusiya  hüquq  nəzəriyyəsində  də  inzibati  müqavilələr  baxımından ətraflı,

dərin  və  mübahisəsiz  nəzəriyyə  olmadığını  iddia  etmək  mümkündür.  Rusiya

hüququnda  bu  məsələdə  öz  institutlarını  yaratmaq əvəzinə  müqayisəli  hüquq -

dan faydalana bilərldilər; bu yolla daha məntiqli və düzgün nəticələr əldə oluna

bilər. Fransız hüququnda  geniş  və  ətraflı  şəkildə  incələnmiş  inzibati  müqavilə

institutu ümumi cəhətləri ilə həm Rusiya, həm də Azərbaycan hüququnda tətbiq

595


Tribunal Administratif Strasbourg, 9 Février 1995, SOGEST c/commune de Staffelfelden

596


Бельский, Козлов, Колибаба, c. 264.

İnzibati hüquq



291

edilə bilər. Azərbaycan hüququnda  E. Abdullayev  inzibati müqavilələr institu-

tuna müqayisəli hüquq baxımından yanaşaraq bu institutu inkişaf etdirib, lakin

yenə də tam və qaneedici sistemləşdirmə apara bilməyib.

İnzibati məhkəmə  sisteminin olmadığı  Azərbaycanda  administrativ  müqa -

vilə  institutunun  düzgün  tətbiqinin nə  qədər effekt  verəcəyi  sualı  yarana  bilər.

Lakin unudulmamalıdır ki, Rusiyanın özü administrativ ədliyyə sistemini tətbiq

etmək  istəyir  və  bu  dəyişiklik  Azərbaycan  hüququna  da  gec -tez təsirini  göstə-

rəcək. Digər tərəfdən, inzibati müqavilələrə mülki  hüqüq deyil, dövlət hüququ

(public law) prinsiplərinin tətbiq edilməsi zərurəti onun əhəmiyyətini artırır.

İnzibati  müqavilə  institutunun  Azərbaycan  hüququnda  hüquqi  cəhətdən

sistematik  və  məntiqli  əsasa  dayandırılmasına  ehtiyaç  o lduğunu  qeyd  etmək

lazımdır.  İdarəetmə  orqanlarının  müqavilə  tipli  əqdləri  artdığından  bunların

hüquqi  rejimi  müxtəlif  ehtiyaçları  təmin  edən şəkildə  tənzimlənməlidir.  Çünki

ictimai  maraqlarla  bağlı  müqavilələrdə  mülki  qanunvericilik  müddəalarını  tət -

biq  etmək  düzgün  olmazdı. Digər  tərəfdən,  ictimai  xidmətin  icrası  ilə  bağlı

müqavilələr  müəyyən  hallarda  xidmətin  pisləşməsinə  səbəb  ola  biləcəyindən,

bu müqavilələri xüsusi hüquq qaydalarına bağlamaq da düzgün deyil.

Qeyd edilməlidir ki, “inzibati hüquqi müqavilə” adı ilə Rusiya və Azərbay-

can  hüququnda  idarəetmə  orqanlarının  bütün  müqavilələri  tədqiq  edilir  və

müqayisəli hüquqda  olan  bölgü  nəzərdən  qaçırılır.  Başqa  sözlə,  ictimai  xid -

mətlə  bağlı  müqavilələr  müstəqil  kategoriya  kimi  qeyd  olunmur  və  inzibati

müqavilələr –  dövlət  orqanlarının  xüsusi  hüquq  müqavilələri  bölgüsü  yoxdur.

Misal  olaraq  «Barmek»lə  Nazirlər  Kabineti  arasında  bağlanmış  və  Prezident

fərmanı ilə təsdiq edilmiş müqavilədə dövlətə üstün hər hansı səlahiyyət tanın -

mır; bu müqavilə elektrik təminatı kimi mühim ictimai xidmət sahəsini tənzim-

ləyir. Adı çəkilən bölgünün olmaması nəzəriyyədə bir çox suallara və mübahi -

sələrə səbəb olur. Yanlış fikirlərin yaranmasının ən böyük səbəbi isə hansı mü -

qavilələrə ümumi (dövlət) hüququ, hansı müqavilələrə xüsusi hüquq qaydaları-

nın  tətbiq  edilməli  olduğunun  bilinməməsidir.  Rusiya  hüquq  nəzəriyyəsində

olan haqlı bir fikrə görə,  müqaviləni, sadəcə, administrasiyanın bağlaması ona

administrativ  müqavilə  statusu  qazandırmır.  Bu  zaman  alqı-satqı  tipli  müqa-

vilələrin adi xüsusi hüquq müqaviləsi olması fikri irəli sürülür.

597


Bəlli  olduğu  kimi,  özəl  hüquq  müqavilələrində  tərəflər  bərabər  statusda

olurlar.  İnzibati  hüquq  müqavilələrində  isə  tərəflərdən  biri  hakimiyyəti  təmsil

edən dövlət, qarşı tərəf isə ona tabe ola n şəxslərdir. Bəzi müqavilələrdə dövlət

hakimiyyəti  ilə  hüquq  bərabərliyi  müxtəlif  formalarda  özünü  göstərə  bilər.

597

Бельский, Козлов, Колибаба, c. 264.



Fərhad Mehdiyev



292

Əslində,  administrativ  müqavilə  olan  bu  cür  müqavilələrin  nəzəriyyədə  admi-

nistrativ müqavilə,  yoxsa mülki hüquq müqaviləsi olduğuna dair anlaşılmazlıq

administrativ müqavilə institutunun düzgün başa düşülmədiyini göstərir. Misal

olaraq  sərnişin  daşıma  müqaviləsi  göstərilir:  xüsusi  hüquq  müqaviləsi  olduğu

halda,  bir  tərəfin  dövlət  avtobuslarında  biletsiz  getməsi  səlahiyyətli  orqana

inzibati  qaydada  cərimə  tətbiq etmək  hüququ  verir.

598


  Ancaq  dövlət  orqanları-

nın biletsiz sərnişini cərimə etməsini müqavilə ilə əsaslandırmaq, bilet almayan

sərnişinin hər hansı müqavilə bağladığını da iddia etmək mümkün deyil.

İnzibati müqavilələrdə tərəflərin hüquq bərabərliyinin olmadığı iddia edilir,

lakin  nəzərdən  qaçırılır  ki,  bunu  bütün  müqavilələr  baxımından  iddia  etmək

imkansızdır.  Məsələn,  27  Dekabr  2001-ci  il  tarixli  qanunla  qüvvədən  düşmüş

“Tender  haqqında”  Qanuna  görə  bağlanan  müqavilələr  üçün  Nazirlər

Kabinetinin 12 May 2000-ci il tarixli qərarına əsasən “tipik müqavilələr” nəzər -

də  tutulmuşdu.  “Tipik  müqavilə”  müddəalarında  idarəetmə  orqanlarına  müqa -

vilə müddəti və qiymətini dəyişməyən dəyişikliklər etmək səlahiyyəti tanındığı

kimi (16-cı bənd), idarəyə “məqsədəuyğun” (24-cü bənd) saydığı hallarda mü-

qaviləyə birtərəfli qaydada xitam vermək səlahiyyəti tanınırdı. 15 Yanvar 1992 -

ci  il  tarixli  «Xarici  invenstisiyaların  qorunması  haqqında»  Qanununun  5-ci

maddəsi  icra  hakimiyyətinə  (Nazirlər  Kabinetinə)  bu  mövzuda  bağladığı  mü-

qavilələrdə  müqavilə şərtlərinə  əməl  edilib-edilmədiyinə  nəzarət etmə  səlahiy-

yəti  verir.  Lakin  qanunvericiliyimizdə  bütün  müqavilələr  baxımından  bu  cür

tənzimləmə mövcud deyil.

Inzibati  müqavilələr  ictimai  mənafe  məqsədi  ilə  bağlanır. Lakin  Azərbay-

can  hüququnda  ictimai  xidmətlə  bağlı  olan  müqavilələr  də  səhv  olaraq  xüsusi

hüquq rejiminə tabe edilir. Yəni müqavilədə idarəetmə orqanı özünə imtiyazlar

verməsə, mübahisə yarandıqda birtərəfli qərar qəbul edə bilməz və məhkəməyə

müraciət  etməli  olacaq.  Müqavilənin  əsasında  ictimai  mənafe  dayandığından,

bu  prinsiplər  əsasında  həll  edilməsi  lazım  olan  belə  müqavilələrdən  yaranan

mübahisələrə iqtisad məhkəməsində mülki hüququn öhdəlik hüququ qaydaları-

na əsasən baxılır.

Digər  tərəfdən,  inzibati  müqavilələr  müəyyən  məsələlərin  həll  edilməsində

özünü  administrativ  qurumun  fəaliyyətinin  hüquqi  forması  kimi  göstərərək  an -

caq qanunvericilikdə nəzərdə tutulmuş hallarda bağlana bilər. Yuxarıda deyildi -

yi  kimi,  bunun əsası  «Dövlət  satınalmaları  haqqında »  Qanunda  ümumi  şəkildə

müəyyən  edilib.  Qanunun  2-ci  maddəsinə  görə,  tenderə  çıxarılan  işlər arasında

istehsalat,  malların  satın  alınması,  işlərin  və  xidmətlərin  görülməsi  kimi  məsə-

lələr var. Mallar hər növ malı, işlər əsasən inşaat, layihələndirmə, təmir  işlərini,

598

Abdullayev E., 

İnzibati Hüquq, “

Təhsil” nəşriyyatı, Bakı, 2001, s. 185.



İnzibati hüquq



293

xidmətlər  isə  hər  hansı  alqı -satqı  predmetini  təşkil  edə  bilər.  Göründüyü  kimi,

əslində  hər  hansı ictimai  xidmətin  göstərilməsini  də  bu  qanuna  uygun  olaraq

həyata  keçirmək  mümkündür.  Amma  tenderə,  əsasən,  alqı-satqı  və  inşaat

işlərində müraciət edilir.

599


  Bununla  belə,  ictimai  xidmətlə  bağlı  müqavilələr

«Dövlət  satınalmaları  haqqında»  Qanunla  deyil,  9  Fevral  1996 -cı  il  tarixli Fər-

manla  təsdiq  edilmiş  “Dövlət  müəssisələrinin  müqavilə  əsasında  idarəetməyə

verilməsi  haqqında” Əsasnamənin  qaydalarına uyğun  bağlanır.  İctimai  xidmət

işinin xüsusi (mülki) hüquq şəxslərinə gördürülməsinin örnəklərindən biri kimi

də  Bakı  şəhəri  və  Sumqayıtda  elektrik  paylama  işlərinin  qapalı  tender  yolu  ilə

Türkiyənin  «Barmek  Holdinq» şirkətinə  verilməsi ni  göstərmək  olardı.  Lakin

ictimai  xidmət  inhisarı  meydana  gətirən  və  25  illiyə  bağlanmış  bu  müqavilədə

dövlətə  üstün  səlahiyyətlərin  tanınmaması  diqqət  çəkən  məqamdır.

600


Yenə

Nazirlər  Kabinetinin  5  Avgust  1999-cu  il  tarixli  qərarı  ilə  təsdiq  edilmiş

Zaqatala  və  Qax  rayonların ın  elektrik  şəbəkələrinin  istismarı  üzrə  bağlanmış

müqavilələrdə  dövləti  təmsil  edən  “Azərenerji”  SC-yə  də  hər  hansı  imtiyaz

verilmir.

601


  Başqa  normativ  aktlarla  da  müqavilə  bağlamaq  səlahiyyəti  tanınır.

Məsələn, «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin  26-cı maddəsinin 5-ci

bəndini də buna misal göstərmək olar.

Qanunvericiliyimizdə  belə  bir  fikir  irəli  sürülür  ki, inzibati  müqavilələrin

tabe  olduğu  hüquqi  rejim  xüsusi  hüquq  müqavilələri  kimi  məhkəmə  təminatı

vermir  və tərəflərə  məhkəmə  yolu  ilə  maddi  sanksiyalar  tətbiq  edilməsini

imkansız  edir.

602


  Bu  fikirlə  razılaşmaq  mümkün  deyil.  Yuxarıda  misal

göstərilən  Zaqatala  və  Qax  rayonlarının  elektrik  şəbəkəsinin  uzun  müddətli

idarəetməyə  verilməsi  ilə  bağlı  müqavilələrin  “arbitraj”  başlıqlı

4-cü


maddəsində  mübahisələrə  iqtisad  məhkəmələrində  baxılacağı  göstərilir.

Tərəflərdən biri müəyyən zərərə məruz qalarsa, zərərçəkmiş tərəfin məhkəməyə

müraciət  edib  Mülki  Məcəllə  müddəalarına  görə  kompensasiya  tələb  etməsi

mümkündür.  İnzibati ədliyyə  rejiminin  olduğu  ölkələ rdə  isə ictimai  xidmət

barədə  inzibati  müqavilələrin  icrası  ilə  bağlı  mübahisələrə  inzibati

599


«Respublika» qəzeti, 16 Yanvar 2002 -ci il, s. 6

600


«Azərbaycan» qəzeti, 8 Noyabr 2001-ci il, s. 2. Nazirlər Kabinetinin tender nəticəsində bağlanan

müqavilələr  üçün  idarəetmə  orqanına  müəyyən  üstünlüklər  tanımasına  dair  qərarı  «Barmek»lə

bağlanan müqavilədə həyata keçirilməmişdi; bununla belə, bu müqavilə Prezidentin 7.11.2001 -ci

il tarixli Fərmanı ilə təsdiq edi lib. Fərmanların isə Nazirlər Kabinetinin qərarlarından daha yüksək

qüvvəsi var.

601


Bununla belə, müqavilə tərəfi AZMEK şirkətinin nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsinə

görə,  NK  7  Mart  2001-ci  il  tarixli  qərarı  ilə  bu  müqaviləni  təsdiq  edən  05.0 8.1999-cu  il  tarixli

qərarını  qüvvədən  saldı.  Müqavilədə  belə  bir  imkan  nəzərdə  tutulmasa  da,  ümumi  hüquq

qaydaları ictimai marağın qorunması üçün bunu mümkün sayır.

602

Abdullayev, s. 187.



Fərhad Mehdiyev



294

məhkəmələrdə 

baxılır

603


İnzibati


ədliyyənin 

olmadığı 

Azərbaycanda

mübahisələrin  bu şəkildə həlli mümkün  deyil,  bununla  yanaşı,  inzibati

müqavilə praktikasının artması şəraitində zaman keçdikçə bununla bağlı hüqüqi

bazanın, prosessual prinsip və qaydaların inkişaf edəcəyi labüddur.

Burada  yenə  “Dövlət  satınalmaları  haqqında”  Qanuna  istinad  etməliyik.

Çünki  İO  bir  ictimai  xidməti  xüsusi  hüquq şəxsinə  gördürmək  istəsə,  b unu

“işlərin  satınalması ”ndan  istifadə  etməklə  həyata  keçirəcək  və  bununla  bağlı

müqavilə bağlayacaq. Müqavilənin forması daha əvvəl adını çəkdiyimiz NK 34

saylı  Qərarı  ilə  təsdiq  edilmiş  nümunəvi  müqavilə  formasında  (orada

müqavilənin  ümumi şərtləri  göstə rilir)  olmalıdır,  oraya  İO  müqavilənin xüsusi

şərtlərində (MXŞ) əlavə lazımi müddəalar qoymalıdır.

Inzibati müqavilələrlə mülki hüquq müqavilələri arasında əsas fərq odur ki,

inzibati  müqavilələrin  qanuni  əsasını  xüsusi  hüquq  qayda ları  deyil,  inzibati

hüququ,  yəni  dövlət  hüququ

604

(public law) qaydaları  təşkil  edir.  İnzibati



idarəetmə  orqanı  müqavilə  növündə  əqdləri  ancaq  qanunvericilikdə  nəzərdə

tutulmuş  predmetlərə  aid  bağlaya  bilər.  Bəzən  inzibati  orqanların  fəaliyyətinə

geniş yanaşılır, müəyyən məsələ ilə bağlı həm akt, həm də müqavilə bağlamaq

səlahiyyəti  nəzərdə  tutulur.  Məsələn,  15  Mart  2002 -ci  il  tarixli  «Bələdiyyə

torpaqlarının  ayrılmasına  dair  sənədlərin  hazırlanması  və  razılaşdırılması

qaydaları  haqqında

Əsasnamə»nin  9-cu  bəndi  ümumi  istifadədə  olan

torpaqlarda mövsümi obyektlərin qurula bilməsini, bunun bələdiyyə aktı və ya

müqavilə  əsasında  həyata  keçiriləcəyini  nəzərdə  tutur.  Lakin  bizdə  inzibati

müqavilələrin  hamısına  aid  edilə  biləcək  ümumi  qanunvericilik  normaları

yoxdur,  özəl  qaydalar  vardır və  bunlar  da həm  qanunlarda,  həm  də  başqa

normativ aktlarda əksini tapıb.

Qanunvericilik  normaları bəzi müqavilə  növlərini,  onların  məqsədlərini  və

formasını  tənzimləyir.  Dövlət  hakimiyyətini  həyata  keçirən  idarələr  arasında

bağlanan müqavilələr “müqavilə” və ya “saziş” adlandırılır. Məsələn, «Nəqliy -

yat  haqqında»  11  İyun  1999-cu  il  tarixli  Qanunun  10-cu  maddəsi  “saziş”  tipli

müqavilə növünü nəzərdə tutur; bu müqavilələr yüklərin, sərnişinlərin, ba qajın

və  poçtun  daşınması  üçün  xüsusi  nəqliyyat şirkətləri ilə  idarəetmə  orqanı  ara -

sında bağlanır. Lakin “saziş” tipli müqavilələrin həm də xarici hüquqi şəxslərlə

(məsələn,  neft şirkətləri  ilə)  bağlandığını  görürük.  “Saziş”in  başqa  müqavilə -

lərdən  fərqini  təyin  etmək  mümkün  deyil.  Örnək  olaraq  Bakı  və  ətrafında

“Azərənerji” ilə «Barmek Holdinq» arasında müqavilə “müqavilə” adı ilə bağla -

603

Ведель Джордж., 

Административное право Франции, 

Москва 1973, с. 183.



604

“Public  law”  anlayışının  tam  tərcüməsi  “ictimai  hüquq”  olmaqla  bərabər,  mənanı  yaxşı əks

edtdirmədiyi üçün onun əvəzinə “dövlət hüququ” anlayışından istifadə etdik.

İnzibati hüquq



295

nıb. Əlavə  olaraq  tərəflar  arasında  “Elektrik  enerjisinin  satın  alınması  haqqında

Saziş”  imzalanib.

605


Digər  tərəfdən,  qanunvericilikdə  bəzən  inzibati  hüquqi  akt

yerinə  “müqavilə”  sözündən  istifadə  edildiyini  görmək  mümkündür. Məsələn,

Bakı Şəhəri İcra Hakimiyyəti  Başçısının  06.09.1999-cu  il  tarixli  “Bakı  Şəhə-

rində  reklam  və  məlumat  daşıyıcılarının  yerləşdirilməsi  və  istifadə  qaydaları

haqqında”  sərəncamı  reklam  lövhələrini  asmaq  üç ün  şəhər  icra  hakimiyyətin-

dən faktiki icazə alınmasını nəzərdə tutur. Bu tənzimləməyə görə, uyğun şəxs-

lərlə  inzibati  orqan  “müqavilə”  bağla malıdır. Idarəetmə  orqanlarının  mühafizə

fəaliyyətinə  aid  olan  bu  fəaliyyətin  adi “icazə  vermə”  olduğu  aydındır.

606

  La-


kin normativ xarakterli aktda səhv olaraq “müqavilə” sözündən istifadə edilir.

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  müxtəlif  qanunlarda  tənzimlənmiş

idarəetmə  orqanlarının  bağladığı  müqavilə  tipli  əqdlər  həmişə  onlara  üstün  və

imtiyazlı  səlahiyyətlər  vermir.  Qanunvericiliyin müvafiq  müddəaları  müqavilə

tərəflərinin mənafeyi arasında tarazlığın olması məqsədini güdür.

607


 «İcarə haq-

qında»  Qanunun  13-cu  maddəsi  dövlət  mülkiyyətini  icarəyə  vermiş  idarələrə

müqavilədə nəzərdə tutulmayan hallarda birtərəflı ləğv  etmə səlahiyyəti vermir.

Administrativ  müqavilənin  müstəqil şəkildə deyil,  müəyyən üsulla bağlan-

dığını qeyd etmək lazımdır. Tender vasitəsilə bağlanan müqavilələrin forma v ə

proseduru «Dövlət satınalmaları haqqında» Qanunda göstərilib.

Digər  tərəfdən, administrasiyanın  bağladığı  müqavilələrin  hüquqi  rejiminin

bir qismi yuxarıda adı çəkilən qanunlar çərçivəsində mülki hüquq müddəalarına

tabe  olmurlar. Məsələn,  26  Dekabr  1997-ci  il  tarixli  Su  Məcəlləsi  dövlət  mül-

kiyyətində  olan  sahil  suları  üzərində  müxt əlif  xüsusi  istifadə  müqavilələrinin

bağlana biləcəyini tənzimləyib, 42 -ci maddə müvafiq icra hakimiyyəti  orqanına

birtərəfli  olaraq  bu  müqavilələrə  xitam  vermə  səlahiyyəti  tanıyıb.  10  Aprel

1998-ci  il  tarixli  «Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  ha qqında»

Qanunun  19-cu  maddəsi yerli  əhəmiyyətli  icarəyə  verilmiş  daşınmaz  memarlıq

abidələri ilə əlaqədar müqavilə müddəalarının xüsusi hüqüqla pozulması zamanı

idarəetmə orqanına birbaşa müqaviləyə xitam vermə səlahiyyəti verir. Ancaq bir

çox müqavilələr baxımından belə bir hal nəzərdə tutulmayıb; bu müqavilələrdə

müqavilə müddəalarının pozulması Mülki Məcəllə çərçivəsində həll olunur. 13

Yanvar 1995-ci il tarixli «İnvestisiya fəaliyyəti haqqında» Qanunun 11 -ci mad-

dəsi dövlət inkişaf proqramlarının bir pa rçası olan özəl investisiyalar üçün bəzı

imtiyazlar, vergi  güzəştləri

608


, amortizasiya  güzəştləri, subsidiyaların verilməsi,

605


«Azərbaycan» qəzeti, 8 Noyabr 2001-ci il, s. 2.

606


Duran, s. 268.

607


Abdullayev, s.  188.

608


Adı çəkilən maddədə nəzərdə tutulan vergi güzəştlərinin tətbiqi artıq qüvvəsini itirib.

Fərhad Mehdiyev



296

ölkəyə mal gətirmə kimi imtiyazlar nəzərdə tutub; bunlar dövlət orqanı ilə bağ -

lanacaq  müqavilədə  göstərilməlidir  və  daha  sonra  fərdi  aktlarla  həyata  keçiril-

məlidir. Başqa sözlə, bunlar xüsusi hüquqi rejimin tətbiq ediliməsinə səbəb olur.

Daha bir xüsusi hüquqi rejim cinayət axtarış fəaliyyəti ilə bağlı müqavilələr

üçün nəzərdə tutulub. 28 Oktyabr 1999 -cu il tarixli “Əməliyyat-axtarış tədbirləri

haqqında”  Qanunun  17-ci  maddəsi  cinayət-axtarış  fəaliyyəti  zamanı  polisə  kö-

nüllü sürətdə kömək edən şəxslərin istintaq orqanları ilə müqavilə bağlamasına

imkan  verir  və  bunun  hüquqi  statusunu -  staj,  sosial  təminat,  cinayət  məsuliy-

yətindən azad etmə kimi halları tənzimləyir. Aydındır ki, bu da ümumi (dövlət)

hüquq sahəsinə aid müqavilədir və mülki qanunvericiliyin öhdəliklər hüququna

aid müddəalarına tabe deyil. Məsələn, şəxs gördüyü işin çox təhlükəli olmasın -

dan dolayı və cinayət tərkibli əməllər törətmək məcburiyyətində qaldığına görə

bu  müqavilədən  çıxmaq  istəsə,  ondan  hər  hansı  kompensasiya  istəmək,  yaxud

öhdəliyini  icra  etmək,  onun  hesabına  öhdəliyi  başqasının  icra  etməsini  tələb

etmək mümkün olmayacaq.

Yuxarıda qeyd etdik ki, idarəetmə orqanlarının bağladığı müqavilələrdə qa-

nunvericilk  ümumi  qayda  kimi  idarəetmə  orqanına  üstün  səlahiyyətlər  ver mir.

Bunlar  müqavilədə  nəzərdə  tutulduqda  tətbiq  edilir.  Hətta  ictimai  mənafeyin

açıq  göründüyü  müqavilələrdə  də  bu  üstünlüyün  tanınmadığına  şahi d  oluruq.

Ancaq  bu,  səhv  praktikadır.  Neft  yataqlarının  istismarı  barədə  xarici şirkətlərlə

bağlanan heç bir müqavilə Azərbaycan dövləti adından çıxış edən orqana üstün -

lük  vermir,  qarşı  tərəfin  razılığı  olmadan  müqavilənin  dəyişdirilməsi   belə

qadağan  edilir.

609

  Bununla  yanaşı,  praktikada  bəzən  dövlət  orqanının  üstün



səlahiyyətlər  tətbiq  etdiyini  görürük.  Buna  misal  olaraq  6  Sentyabr  1997 -ci  il

tarixli  “Dövlət  mülkiyyətindən  daha  səmərəli  istifadə  edilməsi  haqqında”

Prezidentin Fərmanının  həyata  keçirilməsin i  göstərmək  olar; fərmanda  dövlət

mülkiyyəti üzərində sərəncam vermək səlahiyyəti (icarəyə vermə, satma) Dövlət

Əmlak  Komitəsinə  verilib,  Dövlət  Əmlak  Komitəsinə  əvvəllər  bağlanmış

müqavilələri  nəzərdən  keçirmək  tapşırılıb.  Dövlət  Əmlak  Komitəsi  mövcud

icarə  və  xidmət  müqavilələri  əvəzinə  yeni  müqavilələr  bağlayıb.  Adı  çəkilən

fərman  “İcarə  haqqında”,  “İnvestisiya  fəaliyyəti  haqqında”  qanunlar  və  Mülki

Məcəllənin  öhdəlik  hüququna  (müddəti  bitməyən

müqavilələrə  yenidən

baxılması) açıq-aşkar  uyğun  gəlmir  və onun  legitimliyi  mübahisə  predmeti

deyil.


609

Azərbaycan  Dövlət  Neft Şirkətinin  Kura  Valley  Development  Company,  Amoko  Nord  Petrol,

Itochu  Caspian  kimi  şirkətlərlə  bağladığı  bütün  müqavilələrdə  b u  müddəaya  rast  gəlmək

mümkündür.



İnzibati hüquq



297

Azərbaycan hüququnda inzibati müqavilələr aşağıdakı şəxslər arasında bağ -

lana bilər:

a) dövlət idarələri arasında bağlanan müqavilələr (administrasiyadaxili müqa -

vilələr);

b) dövlət idarələri ilə yerli özünüidarə orqanları arasında bağlanan müqavilələr;

c) idarəetmə orqanları ilə xüsusi hüquq şəxsləri arasında bağlanan müqavilələr.

Başqa sözlə, qanunda üfiqi və şaquli müqavilə tipləri nəzərdə tutulur.

610

 Lakin


bəri  başdan  qeyd  etmək  lazımdır  ki,  müqavilə  tərəfləri ndən  birinin  xüsusi  hüquq

şəxsi  olması  müqaviləni  “şaquli  münasibətli”  müqavilə  tipinə  aid  etmir;  bunun

üçün ayrıca müqavilə müddəalarına görə idarəetmə orqanına üstünlük verən səla -

hiyyətlərin  olması  şərtdir.  Çünki  qanunvericiliyi miz  və  məhkəmə  praktikası

müqavilə  hüququ  sahəsində  idarəetmə  orqanına fərdi  aktlar  vasitəsilə icra

xarakterli  qərar  çıxarmaq  səlahiyyəti  tanınmır.  İdarəetmə  orqanı  ancaq  normativ

akt qəbul edərək müqavilədə nəzərdə tutulmayan hallara istinad edə bilər.

Beləliklə,  fransız  hüququnda  “administrativ  müqavilə”  adlanan  müqavilə

növü MDB hüquq  nəzəriyyəsində  “şaquli  inzibati  hüquq  müqavilələri”  kimi

tədqiq edilir. Onlarda bu xüsusiyyətlər nəzərdə tutulur:

-

dövlət hakimiyyəti səlahiyyəti olan tərəfın müəyyən üstünlüklərinin olması



(məsələn, qarşı tərəfə əmr vermək, onun icrasına nəzarət etmək, müqavilə

şərtlərini birtərəfli dəyişdirmək, müqaviləni pozmaq);

-

qarşı tərəfin maliyyə yardımı almaq hüququnun olması.



611

Fransız hüququndan fərqli olaraq, müqavilənin ictimai xidmətlə bağlı olma -

sı şərtı yoxdur.

Azərbaycan hüququna görə, ancaq bəzi məhdud hallarda müqavilə inzibati

hüquqi aktla dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilə pozulduqda bəzi sank-

siyalar  nəzərdə  tutula  bilər;  məsələn,  müqaviləni  pozan  tərəf  maddi  kompen-

sasiya hüququna, dövlət yardım və güzəştinə son qoyulması, lisenziyaların ləğ -

vi,  və  s.  kimi  sanksiyalara  məruz  qala  bilər.  Misal  olaraq  qüvvədən  düşmüş

«Tender haqqında» Qanunun 27-ci maddəsini göstərmək olar - tenderi udmuş,

amma  yekun  müqaviləni imzalamaqdan  yayınan tərəf  tender  məbləğinin  5% -ə

qədəri məbləğində peniya ödəməlidir.

612


610

Алехин, Кармолицкий, Козлов, с. 260.

611

Abdullayev, s. 185.



612

“Dövlət satınalmaları haqqında” Qanunda  belə  bir şərt  nəzərdə  tutulmadığına  görə,  tətbiq  oluna

bilməsi üçün bunun tender şərtlər toplusunda göstərilməsinə e htiyaç var.

Fərhad Mehdiyev



298

Müqavilədən  yaranan  öhdəliklərin  qanuni  təminatında  natamam  qorunma

mexanizmi  nəzəriyyədə  tənqid  olunur.

613


  Ümumi  hüquq  prinsiplərinin  tətbiq

edilməsi  dövlət  hakimiyyəti  orqanlarının  və  icti mai  mənafeyin  üstünlüyünü

nəzərdə tutduğuna görə, idarəetmə orqanını sanskiyalara məruz qoymaq düzgün

sayılmamalıdır; ancaq maddi zərər vurulması istisna təşkil edir.

«Dövlət satınalmaları haqqında» Qanunun 36.10 -cu  maddəsi xüsusi hüquq

şəxsinə hansı güzəş tlərin edilə biləcəyini nəzərdə tutur. Bununla bağlı NK-nin

28.10.2002  tarixli  165  sayılı  Qərarı  da  var. Lakin  administrativ  (şaquli)

müqavilələrdə  özəl  hüquq şəxslərinin  maliyyə  yardımı  almaq  hüququ -nun

olması  da  həmişə  nəzərdə  tutulmur.  “Fait  du  prince” və  “emprevision”

institutları müəyyən dərəcədə 30 Aprel 1992-ci il tarixli «İcarə haqqında» Qa -

nunun 8-ci maddəsində nəzərdə tutulur. Bu qanunla həm dövlət, həm də xüsusi

mülkiyyətdə  olan  müxtəlif  daşınar  və  daşınmaz əmlakın,  müəssisələrin  müqa -

vilə əsasın da icarəyə  verilməsi nəzərdə tutulur. Qanuna görə, dövlətin qiymət -

ləri,  tarifləri,  rüsum,  ödəniş  və  amortizasiya  normalarını  artırması  zamanı  tə -

rəflərdən biri icarə məbləğinin dəyişdirilməsini tələb edə bilər. Nəzərə alınma -

yan  və  kəskin  inflasiya  artımı   müqavilə  tərəfinə  müqavilənin  dəyişdirilməsini

tələb  etmək  hüququ  verir. İcarə  haqqı  ilə  bağlı  nəzərdə  tutulmuş  bu  tənzimlə -

mənin  başqa  sahələrdə  tətbiq  edilməsi  mümkün  deyil.  Müqavilədə  maliyyə

balansının pozulması, dövlət hakimiyyəti daşıyan tərəfin təq siri olmadığı və ya

təqsirli olduğu qəbul edilməyən hallar nəticəsində (məsələn, vergi qanunverici -

liyinin  dəyişməsi  və  s.)  maliyyə  balansının  bərpa  edilməsi  öhdəliyi  idarəetmə

orqanına aid edilmir.

614

 Burada məsələ tamamilə Mülki Məcəllənin öhdəlik hü-



ququ, yəni xüsusi hüquq müddəalarına görə həll edildiyi üçün vəziyyət belədir.

«Dövlət  satınalmaları  haqqında»  Qanunun  40.4 -cü  maddəsi  də  adı  çəkilən  qa -

nun  çərçivəsində  bağlanan  müqavilələrin  Mülki  Məcəllə  müddəalarına  tabe

olduğunu göstərir.

Nəzəriyyədə  başqa  qarışıqlıq  administrasiyadaxili

(inzibati  orqanlar

arasında) müqavilələrə  aiddir.  Birincisi, ierarxiya  münasibəti  olan  idarəetmə

orqanları  arasında  müqavilələr  bağlana  bilməz,  bunlar  arasında  münasibət

ancaq  birtərəfli  aktlarla  həyata  keçirirlir.  Müqavilə  icra  xarakterli  qərar  qəbul

edilə  bilmədiyi  yerdə  bağlanır, ierarxiya  münasibəti göstəriş  vermək  səla -

hiyyətini  nəzərdə  tutsa  da,  o  da  birtərəfli  qərarla,  əmrlə  icra  edilir. İdarəetmə

orqanları  arasında  fəaliyyətin  birtərəfli  icra  qərarı əvəzinə  müqavilə lər

vasitəsilə yerinə yetirilməsinin idarəetməyə demokratiya gətirəcəyini düşünmək

səhvdir. Əksinə, bu hal müqavilənin bağlanmaması zamanı dövlət icraatının və

613

Abdullayev, s. 190.



614

Abdullayev, s  188.



İnzibati hüquq



299

ictimai xidmətin ləngiməsina səbəb olacaq və ümumilikdə dövlət idarəetməsinə

mənfi təsir göstərə cək.

Müqavilənin  tərəfləri  baxımından  yanaşdıqda  söhbət  aşağı  pillədəki  (az

səlahiyyətli)  administrasiya  ilə  yuxarı  pillədəki  idarəetmə  orqanları  arasında

bağlanan  müqavilələrdən  gedir.  Əslində,  administrativ  vahidlər  arasında  ierar -

xiya münasibəti yoxdur sa, yerli icra hakimiyyətinin yuxarı pilləli, bələdiyyənin

isə  aşağı  pilləli  orqan  olması  fikri  irəli  sürülə  bilməz;  yəni  aşağı  və  yuxarı

pilləli inzibati orqan bölgüsü ancaq ierarxiya münasibəti daxilində mövcud ola

bilər. İerarxiya münasibəti olmayan orqanlar baxımından isə müqavilə növündə

idarəetmə formaları ancaq tabeçilik qaydası olmayan icra hakimiyyəti orqanları

/bələdiyyələr  arasında  mümkündür; əks  halda  bunlar  arasında  administrativ

fəaliyyət  müqavilə  vasitəsilə  deyil,  inzibati  hüquqi  aktlar  vasitəsilə  həyata  ke-

çirirlir.  “Yuxarı  və  aşağı  pilləli  orqanlararası  müqavilə”  statusu  Rusiya  hüqu -

qunda  ortaya  atılıb  və inzibati  hüquq  prinsiplərinə  tamamilə  ziddir.  “Pillə”

münasibəti  tabeçilik  qaydasında,  yəni ierarxiya  münasibəti  olan  orqanlar  ara -

sında  olur;  bu  halda  isə  inzibati  funksiya  müqavilələrlə  deyil,  birtərəfli  gös-

tərişlər,  aktlarla  həyata  keçirilir.  Müqavilə  tabeçilik  qaydası  olmayan  şəxslər

arasında  mümkündür  ki,  bu  halda  da  yuxarı  və  ya  aşağı  pillədən  söhbət  gedə

bilməz.


Fərhad Mehdiyev



300



Kiməsə e tibar elə səndə, onu yoxlamağı unutma (Rus atasözü)

?


a-b-u-z--r-b-a--i-r-o-v-y-63.html

a-b-u-z--r-b-a--i-r-o-v-y.html

a-b-zhne-v---barisinda.html

a-ba--sp---a---ou.html

a-baixa-efectividade-da.html