1 ... 99 100 101 102 103 104 105 106 ... 131

2 8 - Ma qs ud ha c I y e V

səhifə103/131
tarix24.12.2017
ölçüsü468.88 Kb.

4 2 8


İKİNCİ KİTAB


larm oğlan  və qızları  ilə birgə həyat qurması  halı  tək-tük və ya tə­
sadüfi hal deyildir.
Belə  qarışıq  nikahların  nəticəsində  (amillərdən  biri  kimi) 
milli  mədəniyyətlərin yaxınlaşması baş  verdi  və  ailə-məişət norma 
və adətlərinin tədricən yaxınlaşmasına səbəb oldu, münasibətlər və 
ənənələr yaxınlığı  əm ələ  gəldi.  Adətən ananın  dili  (ana rus,  ermə­
ni,  azərbaycanlı  və  s.)  ata  ailəsində  uşaqlarm  da dili  olur.  Əlbəttə, 
başqa  etnik  qrupdan  tat  ailəsinə  düşən  qadın,  şübhəsiz  ki,  onu 
əhatə  edən  mühitin  dilini  öyrənir.  Bu  ətraf mühitlə  olan  gündəlik 
münasibətlər  üçün  son  dərəcə  zəruri  bir  tələbdir  (bu  hal  əsasən 
kənd yerlərində müşahidə  olunur).  Şübhəsiz ki, uşaqlar da qonşuda 
kənd uşaqları  ilə oynadıqda ətraf mühitin  dilini -  ata dilini öyrənir­
lər.  Çox  vaxt  ata  öz  uşaqlarını  özünün  ana  dilində,  ana  isə  özünün 
ana  dilində  danışdırır.  Beləliklə,  bir sıra başqa  etnik qruplarda  mü­
şahidə olunduğu kim i146, belə tat ailələrində  ikidillilik əmələ  gəlir. 
Kənd  yerlərində  çox  vaxt  kəndin  dili  -   ata  dili  qalib  gəlir.  Başqa 
etnik  qrupun  nümayəndəsi  olan  ananın  dili  isə  tədricən  ailə  üçün 
arxa plana çəkilir.  Şəhərlərdə isə bu əksinə müşahidə olunur.  Yəni 
əksərən  ananın  dili  bir  qayda  olaraq  ailənin,  uşaqların  dili  olur. 
Nəticədə tat ailəsinə düşmüş rus qadının ana dili tərbiyəsi ilə böyü­
müş uşaqlar rus məktəbinə gedirlər.  Qeyd etməliyik ki,  tatların son 
dərəcə  azlığına görə məktəb və  idarə dili  olmadığı və rəsmi dövlət 
dili  Azərbaycan  dili  olduğu üçün,  hətta xalis  tat ailəsində böyüyən 
və  əsla  Azərbaycan  dilini  bilməyən  (tatlar  Azərbaycan  dilinə 
«türki»  deyirlər)  uşaqlar Azərbaycan  dilində  dərs  deyilən  məktəb­
lərə  getməlidirlər.  Bu,  əlbəttə,  məlum  çətinliklər  yaradır147.  Belə 
ki, bir sıra tat  kəndlərində  birinci və  ikinci siniflərdə  çox vaxt mü­
əllim tat  dilində  müəyyən  izahat verməli  olur.  Məlumdur ki,  mək­
təbdə  Azərbaycan  dilində  təhsil  alan uşaq evə  gələndən sonra yal­
nız tat  dilində danışır (çünki  çox vaxt əsasən ata-ana, yaxud onlar­
dan  biri  Azərbaycan  dilini  bilmir).  Bu  da,  şübhəsiz,  olduqca  hiss 
olunacaq dərəcədə təhsili mənimsəməklə tat uşaqlarının qarşısında 
duran çətinliklərdəndir.
Talaq  vermə  tatlar  arasında  son  dərəcə  az  yayılmışdır.  Bu 
hala  bütün  kənd  əhli  xüsusi,  qeyri-adi  bir  hadisə  kimi  baxır.

TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ


4 2 9


Adətən talaq son dərəcə ağır cinayət üstündə (oğurluq,  ərə xəyanət 
və  s.)  verilə  bilər.  Qalan  hallarda  isə  kənd  əhalisi  hər  iki  tərəfi 
danlamaq,  utandırmaq  yolu  ilə  ərlə  arvadı barışdırar,  onların sazişə 
gəlməsinə  səy  göstərərlər.  Ərlə  arvad  arasında  bu  və  ya  başqa 
ixtilaf olduqda,  qadın öz atası evinə  gedir,  bir müddət ərinin qəzəbi 
soyuyana  qədər  orada  qalır.  Əgər  arvadın  evdən  getməsinə,  daha 
doğrusu, küsməsinə ər səbəb olmuşsa,  o,  bir neçə gündən sonra qa­
dınının  evə  qayıtması  üçün  xəbər  göndərir,  əksər  hallarda  isə  onu 
gətirməyə  özü  gedir.  Tat  qadmları  ərə  getdikdən  sonra  da  öz  ata 
evlərində  sonsuz m əhəbbətlə yaşayırlar.  M əsələn,  əgər  həmin  qa­
dının ərilə qaynı (qadının qardaşı) arasında ciddi narazılıq və ya da­
laşma baş vermişsə,  hətta əgər onun qardaşı günahkar da olsa qadın 
ərinin evindən gedib öz qardaşının yanında qalır.
Bu,  qadının  ərinə  qarşı  narazılıq  əlaməti  kimi  qiymətləndi­
rilir.  Belə  hallarda  adətən  ev  qadınının  bu  hərəkəti  barışdırıcı  rol 
oynayır.  N əticədə  narazı  tərəflər  barışır,  qadın  da  öz  ərinin  evinə 
qayıdır.  Belə  hallarda  tatlar  arasmda  geniş  yayılmış  barışıq  aşı 
deyilən  şam  qonaqlığı  təşkil  olunur ki,  orada  bir neçə  qohum-qar­
daşın  gözü  qabağında  incik tərəflər  öpüşüb-qucaqlaşırlar.  Bu  o  de­
məkdir  ki,  bu  dəqiqədən  etibarən  hər  iki  tərəf  öz  incikliyini 
tamamilə unutdu.
Ümumiyyətlə  isə,  indiki  dövrdə  yaxın  keçmişdəki  yeni 
sosialist ruhlu  sovet  ailəsinə  məxsus  prinsiplər tat  ailələrində  hələ 
də  hökm sürməkdədir.  M əhz çox nadir hallarda baş  verən  talaq  da 
qanun, məhkəm ə yolu ilə, ədalət prinsipləri əsasında həll olunur.

430

İKİNCİ KİTAB


TATLARDA  MƏNƏVİ-ƏXLAQİ  DƏYƏRLƏR


Tatlar  içərisində  rəsmi  sənədlə  vəsiyyət  etmə  hallan  yalnız 
son  illərin  məhsuludur  ki,  bu  da  olduqca  az  təsadüf olunur.  Tatlar 
bu  məsələdə  yüz  illərdən  bəri  keçib  gəlmiş  qarşılıqlı  inam 
prinsipinə riayət edirlər.  Tatlar öz vəsiyyətlərini iki-üç nəfər inanıl­
mış  adamın yanmda edir. Nəinki təkcə bu m əsələdə, ümumiyyətlə, 
bir sıra alış-veriş, borc, satmaq,  dəyişmək və s.  kimi həyati əməliy­
yatlarda  sənəd  tələb  olunması  tatlar  içərisində  əsla  yayılmamışdır. 
H ər şey hətta bir neçə  illər müddətinə borc  almaq belə əsasən qar­
şılıqlı  inam  əsasında  icra  olunur.  Tatlar  çox  vaxt  iltizam,  etibarna­
mə,  vəkalət  və  s.  sənədlərin  nə  olduğunu  bilmirlər.  Çünki  buna 
heç  lüzum  da yoxdur.  Bu kəndin tatı  həmin  kənddə  olan başqa bir 
adamm  adından  qonşu  kənddən  at  istəməyə,  inək  almağa,  borc 
götürməyə gedərsə mütləq arzusu yerinə yetirilmiş halda geri qayı­
dacaqdır.  Orada müraciət etdiyi adam ondan nə sənəd istəyəcək, nə 
də özü sənəd verəcəkdir.
Tatlar  olunmuş  vəsiyyətə  mütləq  əməl  etməyi  özlərinə  borc 
bilirlər.  Nəyin  bahasına  olursa  olsun  ölənin  vəsiyyətini  yerinə  ye­
tirmək  üçün  mərhumun  övladları,  qohum-qonşu  həddi-əksər  səyi 
göstərəcəklər.  Bu  hal  bir  sıra  cəhətlərdə  yaxşı  olsa  da,  bəzən  ic­
timai  mahiyyət  nöqteyi-nəzərindən  arzu  olunmaz  nəticələr  də 
verir.  Belə  ki,  bəzən  ölən  adam  hələ  kiçik  olan  qızını  filankəsə 
almağa  (və  ya  əksinə)  vəsiyyət  edir,  yaxud  öz  cavan  oğluna  filan 
qızı  almağı  tapşırır.  Belə  hallarda  onun  vəsiyyəti  bəzən  onun 
övladma arzu olunan xoşbəxtliyi  gətirmir.  Çünki  cavanlar bir-birini 
ola  bilsin  ki,  heç  sevməsinlər.  Lakin  buna  baxmayaraq  bütün 
qohum-qardaş  ölənin  vəsiyyətinə  eynilə  əməl  etməyi  özünə  borc 
bilir.  Oğlu  isə  bunu  atasının  son  vəsiyyəti  kimi  qiymətləndirməli, 
xatirəsini  əziz  saxladığı  üçün  bu  vəsiyyətə  əməl  etməlidir.  Bu 
sətirlərin  müəllifi  təqribən  on  beş-iyirmi  belə  fakt  (təkcə  Quba ra­
yonunda) bilir ki,  ata  və  ananın vəsiyyəti  ilə  hələ  körpə olan uşaq­
lar  sonralar  böyüyəndə  bir-birini  sevmədikləri  halda  evlənmişlər. 
Bir  çox  başqa  xalqlar  və  etnik  qruplara  da aid  olan  evlənmənin bu

TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ


431
forması  -   yəni  vəsiyyət  şəklinin  tatların  adətlərində  özünəməxsus 
yeri vardır.
Tatlar içərisində irsilik, yəni  ata malına sahib olmaq məsələsi 
aşağıdakı prinsip əsasındadır.  Əgər ölənin oğlu varsa, onun hər şeyi 
ona (və ya oğullarına) qalır. Onlar arasında bölüşdürülür.  Kiçik qar­
daşlar  böyük  qardaşm  himayəsindədirlər.  Kişinin  oğlu  yoxdursa, 
onun  varisi  qızıdır.  Əgər  ölənin  heç  övladı  olmamışsa,  onun  varisi 
qardaşları yoxdursa, anası, ən nəhayət bacısıdır.
Əgər  ata  öz  var-dövlətini,  əmlakını  yeganə  qızma  vəsiyyət 
etmişsə,  bu  mal-dövləti,  əşyaları  başqa  kəslərə  verməmək  üçün 
mərhumun  sağ  qalan  ən  yaxın  qohumları  qızı  həmin  ailəyə  ən 
yaxın olan evə  getməyə sövq edirlər.  Belə hallarda  hətta qohumlar 
onların  içərisindən  bir  oğlanı  seçməyi  onun  öz  ixtiyarına  da  qoya 
bilirlər.  Lakin əsl mətləb bundadır ki, miras qalan şeylər başqa yerə 
getməsin.  Qeyd  etməliyik  ki,  qədim  ailə-məişət  məsələsində  mü­
şahidə olunan patriarxal bir qayda tatlarda indi də müşahidə olunur. 
Belə ki,  qız əgər ərə getməmişsə, o, atanm varisi ola bilər.
Ərə  gedən  qız  isə  hər  cür  ata  irsindən  məhrumdur.  Göstər­
diyimiz  kimi,  hətta  ərə  getməmiş,  lakin  qardaşı  (qardaşlan)  olan 
qız yenə də ata irsindən pay ala bilmir.  Bu irs yalnız oğlanlara çatır. 
Lakin  öz  bacılarının  cehizini  düzəltmək  və  onu  ləyaqətlə  ərə 
vennək isə qardaşlarm borcudur.
Ata hələ sağ ikən öz oğluna toy edirsə,  onların irsi paymı ay­
ırır,  ona  (və  ya  onlara)  imkanı  daxilində  bir  neçə  heyvan  verir,  ev 
tikdirir,  ev-eşiyinə,  təsərrüfatı  idarə  etməsinə  nəzarət  edir,  ehtiyac 
olduqda isə  imkan daxilində yenə də maddi köməklik göstərməkdə 
davam edir.  Bu da şübhəsiz  ki, patriarxal ata nəslini  saxlamaq üçün 
əsas  şərtdir.  Ayrılmış  oğlanların  daha  ata  evindən  bir  şey  tələb 
etmək  haqqı  yoxdur.  Atanm  evində  qalan  hər  şey  onun  hələ 
evlənməmiş  və  ya hələ körpə olan kiçik oğluna çatmalıdır.  Göstər­
məliyik ki, bu hal bir çox xalq  və tayfaların da irsi  ailə qanunların­
dan  idi.  Məlumdur  ki,  tatar  və  monqol,  oğuz,  qıpçaq  tayfalarmda 
ata  evində  qalan  ən  kiçik  oğul  «yurd»un  sahibi  olurdu.  Elə  buna 
görə  də  Cuci  kiçik  oğul  olduğu  üçün  Çingizin  «yurd»una  sahib

:

Language -> 2017
2017 -> Nitq mədəniyyətinin əsasları
2017 -> Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru
2017 -> Genealoji TƏHLİLİ (Azərbaycan tatlarının dilinin materialları əsasında)
2017 -> İbrahim Bayramov
2017 -> Güney Az ərbaycanda 2013-cü ilin
2017 -> Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ ƏBÜLFƏz quliyev
2017 -> BuludHeyderEliyev indd
2017 -> Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


692--chto-ne-otnositsya-k.html

693-256-slh-mdniyyti.html

694--vsepoddannejshie.html

694a-xarici-dil-2.html

695-bap--zhilzhimajtin.html