©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

§ 5. Ticarət - Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u

§ 5. Ticarət


Xanlıqda  daxili  ticarət  nisbətən  zəif inkişaf etmişdi.  Çünki  əhali- 
nin istehsal fəaliyyətinin keyfiyyət yekcinsliyi xanlığm ayrı-ayrı hissəbri 
arasında  geniş  ticarət  əlaqələrinin  inkişafma  mane  olurdu.  İstehsahn 
başlıca məqsədi istehsalçılarm  özlərinin və feodallarm istehlak  tələbatı- 
nı  ödəməkdən  ibarət  idi.  Buna  görə  də  xanlıqda  mübadilə  hələ 
bütövlükdə  müntəzəm  ictimai təzahürə  çevrilməmişdi.  Yalnız  istehsalm 
müəyyən artıqları o da nadir hallarda satışa çıxarılırdı.
Xanlıq ərazisinin dağlıq relyefı, əlverişli yollarm və nəqliyyat vasi- 
tələrinin  olmaması  da  daxili  ticarətin  genişlənməsinə  əngəl  törədirdi. 
Qarabağ  xanlığmda  nəqliyyat  yolları  az  inkişaf etmişdi.  Üç  az  ya  çox 
dərəcədə  yararlı  böyük  yol  vardı.  Bu  yollardan  biri  Şuşadan  Gəncəyə, 
digəri  Şuşadan  Şəkiyə,  üçüncüsü  Araz  üzərindəki  böyük,  daşdan  inşa 
oluıımuş Xudafərin körpüsü vasitəsilə İrana  uzamrdı.  Bu  üç  böyük  yol- 
dan  savayı  bir  yol  Şuşadan  Gorusu  keçməklə  Naxçıvana,  digəri  Şuşa- 
dan  Vərəndə  məlikliyinin  ərazisini  keçməklə  Ordubad  və  İrəvana  uza-
82
nırdı.  Sonuncu  iki  yol dağların  dərin qar  örtüyü ib   örtülməsi nəticəsin- 
də dekabrdan aprelin sonunadək keçilməz olurdu.
Müxtəlif,  eyni  zamanda  bəsit  nəqliyyat  vasitəbrindən  istifadə 
olunurdu. At, dəvə, eşşək və qatır başlıca nəqliyyat vasitələri idi.
Geniş  satış  imkanlarının  olmaması  təsərrüfatm  genişbndirilməsi 
və  əməyin  intensivbşdirilməsinə  stimulu  sarsıdır,  təsərrüfatm  qapalı- 
lığına şərait yaradırdı.
Əmək  bölgüsünün inkişafı və şəhərin kənddən  ayrılmasımn güc- 
bnməsi  ilə  əlaqədar  möhtəkirlərin  və  tacirlərin  müdaxiləsi  ilə  xanlığın 
təsərrüfat vahidlərinin  qapalıhğı  getdikcə  daha  çox  pozulurdu.  Şuşada 
ticarətin  inkişafı  tədricən  kəndin  yuxarı  təbəqələrini  öz  orbitinə  cəlb 
edir,  yuxarı  hərbi-feodal  zümrələrinin  isral'çıhğınm  artmasına  səbəb 
olurdu.  Möhtəkiıiər  və  xırda  alverçilər  kəndbrdə  xüsusi  fəallıq  göstə- 
rirdibr.  Onlar çox vaxt vergi və rüsumların  toplanması vaxtı kəndə  gə- 
lirdilər.  Möhtəkirlər  kəndlilərin  satış  bazarları  ib  əlaqələri  olmamasın- 
dan istifadə edərək  feodallarla  ittifaqda  əhalini qarət  edir,  iqtisadi  əsa- 
rətə  sahrdılar.  Onlar  hazır  parçaiarı,  barama  qurdu  toxumunu,  duz, 
meyvə,  saxsı  məmulatı  ilə  dəyişirdilər.  Kəndlibrin  ümidsiz  vəziyyətin- 
dən  istifadə  edən  möhtəkirlər  və  tacirbr  tədricən  tut  bağlarını, 
üzümlükləri və  s.-ni öz əllərinə  alırdılar.  Zərurət  yarandıqda həm  kənd- 
lilərə, həm də feodallara mal və pul borca verirdildər.
Xanlığm  başlıca  daxili  və  xarici  ticarət  mərkəzi  Şuşa şəhəri  idi. 
Cümə  günləri  Şuşanın  ətraf  kəndbrindən  kəndlilər  şəhərə  gələrək  öz 
məhsullarmı  satır  və  lazımi  malları  alırdılar.  Həm  qala  daxilində,  həm 
də Şuşa darvazalarımn önündə bazarlar təşkil olunurdu [168,  s. 71  ].
Sənətkarlar,  kustarlar,  tacirlər,  kəndlibr,  feodallar,  həmçinin 
digər  xanlıqlardan və xarici  ölkələrdən  gələnlər  ticarətdə  iştirak  edirdi- 
lər.  Həm  vüsətinə,  həm  də  strukturasına  görə  şəhər  ticarəti  sənətkarlıq 
səciyyəsi daşıyırdı.  Şəhərdə  kənd təsərrüfatı məhsulları,  sənətkar-kustar 
istehsalı məhsulları, mal-qara satılırdı.
Adətən  kəndli  əkinçilik  məhsullax-mı,  sənətkar  isə  sənətkarlıq 
məhsullarmı  bazara  çıxarırdı.  Kəndlibr  ticarətb əsasən ona görə məşğ- 
ul  olurdular  ki,  feodal  vergiləri  və  rüsumları  ödəsinlər,  özlərinə  lazım 
olan ən zəruri malları  alsınlar.  Sənətkarlar və kustarlar öz istehsal məh- 
sullarmı satmaqla istehsal vasitələri və yaşayış üçün vəsait qazanırdılar. 
Şuşada  çoxlu  peşəkar  tacir  də  var  idi.  Çox  vaxt  kəndlinin  mal  almağa 
nağd  pulu  olmur,  əvəzini  natura  [buğda,  arpa,  yun,  ipək,  yağ,  toyuq, 
yumurta və  s.  ].  ilə  ödəyirdilər.  Bu  zaman  tacirlər  kəndlilərin  sadəlövh- 
lüyündən  istifadə  edərək  satdıqları  malın  dəyərini  olduğundan  daha 
yüksək,  kəndlinin verdiyi məhsulun dəyərini isə olduğundan daha aşağı 
hesablayırdılar.
83

Şəlıərdə ticarətlə məşğul olanlar xanın xəzinəsinə vergi və rüsum 
odəyirdilər.  Bundan  əlavə  onlar  bazar  işçilərinin  saxlanması  ilə  əlaqə- 
dar xərcləri də  -  bazarbaşı,  qapançı və s.  ödəyirdilər.  Bazar xadimlərinə 
peşkəş, rüşvət, çay pulu, cərimə kimi ödənişlər də verməli idi.
1823-cü ildə bazarda bir çətvər  buğda  18 man.  90  qəp., I çuval  ar- 
pa  6  man.3()  qəpik,  I  çuval  darı  5  man.,  I  batman  yağ  15  man.,  quzu 
yuııunun I batmam  10 man., I stil inək 4 man., I tilani batman yun iplik
15  maıı.,  I  ədəd  kilim  10  man.,  I  öküz  40-70  m anata  satılırdı.  Adətən 
xanlıq  kənardan  gətirilən  malların  üzərinə  15  faizə  qədər  əlavə  qiymət 
qoyulurdu [Bax,  168 s.  72 ].
Şuşanın bazarları  iqtisadi əlaqələrin genişlənməsinə,  əmək məh- 
suldarhğınm,  təsərrüfatın  əmtə  xarakterinin  artmasma,  mədəniyyətin 
yayılmasına  şərait  yaradaraq  böyük  müsbət  rol  oynayırdı.  İnsanlarm 
iinsiyyəti  onların  dünyagörüşünü  artırır,  onları  daha  dərkedici  edirdi. 
Bazarlar  həm  də  bir  növ  əhalinin  «tərbiyə  olunduğu  yer»  idi.  Hər  gün 
fərraş  bazarda  oğruların  ayaqlarmı  şallaqlayır,  sağ  qollarını  kəsir  və  s. 
cəza verirdilər.
Qarabağ xanlığında xarici ticarət daha çox inkişaf etmişdi.  Şuşa 
Cənubi  Qafqazm  ən  mühüm  ticarət  mərkəzlərindən  biri  idi.  Şuşadan 
digər Azərbaycan xanlıqlarına,  Gürcüstana, İrana,  Türkiyəyə və Rusiy- 
aya karvanlar gedirdi.
Daxili  ticarətdən  fərqli  olaraq  xarici  ticarət  demək  olar  ki, 
bütünliiklə  peşəkar  tacirlərin  əlində  cəmlənmişdi.  Xırda  və  orta  ticarət 
təşkilatları  ilə  yanaşı  1821-ci  ildə  Şuşada  bir  iri  ticarət  şirkətinin  döv- 
riyyəsi  I  milyon  rus  rubluna  [6  milyon  500  min  xan  manatı  ].  çatan  iri 
birliyi vardı.  Bu  birliyin Cənubi Qafqazın digər iri şəhərlərində, Rusiya, 
İran və Avropa ölkələrində agentlikləri vardı [94,  s.  75 ].
Qarabağ  xanlığınm  xarici  ticarətində  qonşu  xanlıqlar,  Rusiya, 
İran və Türkiyə mühüm yer tuturdu.
Tiflisdən  Şuşaya  çit,  güllü  pambıq  parçalar,  mahud,  müxtəlif 
rəngli  pambıq  parçalar,  döşək  üzünə  çəkilmək  üçün  möhkəm  zolaq- 
zolaq  parçalar,  sarı  rəngli  qalın  və  kobud  pambıq  parçalar,  qırmızı 
boyaq,  və  s.  Bakı  xanhğından  dəmir,  yazı  kağızı,  çini  qablar,  zəfəran, 
mazut  gətirilirdi.  Dərbənddən  qızıl  boya  [marena  ].,  Şəki  xanlığından 
tüfəng,  əldə  toxunma  mahud  şal,  xalçalar və  s.,  Gəncə  xanlığından zəy 
və  meyvələr,  Naxçıvan  xanlığmdan  qalın  kətan  parça  və  duz,  İrəvan 
xanhğından  duz,  Ərdəbil  xanlığından  «burmet»  parçalar  və  s.  gətirilir- 
di.  Qarabağ  xanlığı Azərbaycanm  mühüm  iqtisadi  mərkəzi Təbriz  xan- 
hğı  ilə  müntəzəm  və gur  ticarət  əlaqələrinə malik  idi.  Təbrizdən  Şuşaya 
ildə  300 yük  güllü parçalar [burmet ]., 400  yük  bez [ağ parça ].,  1000  ar- 
şın  qanauz  [ipək  parça  ].,  600  ədəd  müxtəlif rəngli  tafta,  200  ədəd  ko-
84
lenkor [qırmızı rəngli parça ].,  1000  ədəd  göy örtük gətirilirdi [168s.72].. 
Təbrizdən  həm  də  istiot,  darçm,  qərənfıl,  badam,  quru  meyvələr,  İran 
şəkəri,  həna,  tumac,  Şiraz  tütünü  və  s.  gətirilirdi.  Xoy  və  Urmiya  xan- 
lıqlarmdan  Şuşaya  qumaş,  bez,  çit  və  burmet  gətirilirdi.  Şamaxıdan 
müxtəlif ipək parçalar, qırmızı boya və qəhvə gətirilirdi.
Şəhərlər  həm  sənətkarlıq,  həm  də  ticarət  mərkəzi  idilər.  Daxili 
ticarət  dükanlarda  aparılırdı.  Dükanlarm  çoxu  həm  də  emalatxanalar- 
da idi.  Lakin yalnız  ticarətlə məşğul  olan dükanlar da var idi.  Dükanlar 
iri sahələri tutan şəhər  bazarlarında  cəmləşmişdi.  Bazarlar  satılan  mal- 
ların çeşidindən asılı olaraq hissələrə bölünürdü.
Daxili  ticarətlə  xarici  ticarət  bir-birindən  təcrid  olunmamışdı. 
Bazarlar həm daxili, həm də xarici ticarət mərkəzləri idi.  Bazarlaıda xa- 
rici ölkələrdən gətirilmə mallar  satılır,  yerli  tacirlərlə  xarici tacirbr  ara- 
smda sövdələşmələr olurdu.
Yerli  əhalinin  satdığı  məhsullardan  keyfıyyətindən  asılı  olaraq 
vergi  alınırdı.  Duz  satışmdan  [duz  pulu],  məhsulları  çəkmək  üçün  [qa- 
pan  pulu],  araq  və  şərab  məhsulundan  [şirəxana],  sabun,  dəri,  tütün, 
parçaların  boyanmasından  rəng  pulu  alınırdı.  Dükanlardan,  balıq,  ət, 
meyvə, odun satışmdan darğabazar adlanan vergi toplanırdı.
Qarabağ xanlığma İranm İsfahan şəhərindən qalın pambıq  par- 
çalar, zərbaf, qara ipək,  baş örtükləri,  ağ və mavi rəngli pambıqdan to- 
xunmuş  çadralar,  qənd,  Yəzddən  müxtəlif  ipək  məmulatı  və  pambıq 
örtüklər,  Təbriz şərlləri,  ipək  yayhqlar,  yorğan  üzü,  istiot,  iydə,  badam, 
quru  meyvə,  xına,  Şiraz  tütünü,  Xorasandan  Xorasan  xurcunları,  Xoy 
və  Urmiyə  şəhərlərindən  bez,  müxtəlif çitbr,  Ərdəbildən  qalın  pambıq 
parça gətirilirdi [2,  s.  107 ].
Bəzi  məlumatlara  görə,  İrandan  Qarabağa  gətiribıı  malların 
ümumi dəyəri  140  min gümüş rus manatma bərabər imiş.  Şuşa tacirləri- 
nin  Təbriz  və  nisbətən  Isfahanla  daimi  ticarət  əlaqələri  vardı  [173.2,  s. 
314-315  ].
Türkiyədən  meyvə  qurusu,  atlas,  müxtəlif  örtüklər,  müxtəlif 
ipək  mallar  və  qəhvə  gətirilirdi.  Gürcüstandan  müxtəlif  parçalar, 
mahud, çay, qənd, spirtli içki, Bakıdan dəmir, yazı kağızı, neft, müxtəlif 
şüşə  qablar,  duz,  zəfəran,  Dərbənddən  qızıl  boya,  Şəkidən  silahlar  və 
şallar,  yapıncı,  xalça  -  palaz,  Gəııcədən  meyvəbr,  Naxçıvandan  və 
Irəvandan duz gətirilirdi [173.2, s.314-315  ].
İsfahandan  Qarabağa  ildə  10  yük  burmet  parça,  2  yük  zərbaf 
parça,  500  ədəd  qara  ipək  kəlağayı,  200  ədəd  göy  və  ağ  çadra,  10  pud 
istiot,  darçın və  digər  ədviyyat,  12  pud  İran  şəkəri  gətirilirdi.  Yəzddən 
müxtəlif  ipək  parçalar,  Kaşandan  parça,  ipək  məmulatı  və  pambıq
85

yorğanlar [ədyallar ]., Xorasandan körpə quzu dərirləri və tünd sürməyi 
boyaq gətirilirdi [168,  s.73 ].
Qarabağ  xanhğmdan  olan  tacirlər  parça  məmulatı  almaq  üçün 
Rusiyanın  Moskva  və  Nijni  Novqorod  yarmarkalarma  gedirdilər. 
Bağdaddan quru  meyvələr,  ədviyyat,  tünd  sürmeyi  boya,  atlas,  qırmızı 
xara və ədyal gətirilirdi [168,  s.74 j.
Qarabağ  xanhğmdan  ixrac  olunan  mallar  arasmda  ipək  çox 
mühüm  yer  tuturdu.  Şuşa  tacirləri  nəinki  Qarabağ,  eləcə  də  Şəki, 
Şamaxı,  Gəncə xanlxqlarmda,  Car-Balakəndə  ipək  tədarükünü inhisara 
almışdılar.  Qarabağdan  eləcə  də  məşhur  Qarabağ  xalılan,  Qarabağ 
atları,  müxtəlif  parçalar,  iri  və  xırda  buynuzlu  mal-qara,  əkinçilik 
məhsulları ixrac olunurdu [168, s.74 ].
Xarici  ticarətin  inkişafı  bir  sıra  maneələrlə  üzləşirdi.  Əvvəla 
tacirlər  bu  və  ya  digər  xanlığm  ərazisindən  keçərkən  xanlarm  xeyrinə 
rəhdar rüsumu ödəməli idilər.  Bir  batman malrn gətirilməsi Təbrizdən 2 
xan hilahna qədər, Xoydan təxminən  1  manata,  Urmiyadan  1  manat  1 
abbasıya,  Ərdəbildən  1  manata,  Tiflisdən  isə  bir  pudun  gətirilməsi  6 
manat 2 abbasıya başa gəlirdi [168,  s.74 ].
Bu xərclərdən əlavə gətiribn və apanlan mallardan Təbriz, Xoy, 
Urmiya  və  Ərdəbildə  rəhdar  [I  taydan  6  man  50  qəp.  gümüş  manat  ]. 
rüsumu  almırdı  [168,  s.74  ].  Qarabağ  xanlığımn  özündə  ticarətdən  bir 
sıra kömrük və rüsumlar toplanırdı.
Sonsuz müharibələr ticarətin inkişafı üçün çox ciddi maneə idi.
Ticarətdə müxtəlif çəki və  ölçü vahidlərindən  istifadə  olunurdu. 
Gümüşdən  kəsilən  «pənahabad»  adlı  pula  xalq  arasında  sadəcə 
«pənavan» deyilirdi.  Bu pul rus gümüş  pulunun  15  qəpiyi dəyərində idi. 
Pənahabad  təklik  və  cütlük  şəklində  [30  qəp.  ].  zərb  olunurdu. 
Qarabağda  uzunluq  vahidi  kimi  «Xan  arşmı»ndan  istifadə  olunurdu. 
253/4  girehə  [verşoka  ].  [1  gireh  =  4,4  sm  ].,  yəni  113  sm-ə  bərabər  idi. 
Çəki  ölçüsü  kimi  batman,  misqal  və  noxuddan  istifadə  olunurdu.  Bir 
batman 48  stilə,  yaxud  25  futa,  1  stil 45  misqala,  yaxud  46  10/11  zolot- 
nikə,  1  misqal  24  noxuda,  1  1/11  zolotnikə,  1  noxud  isə  1/22 zolotnikə 
bərabər  idi  [168,  s.75  ].  Təxminən 800 qr.  ağırlığmda  olan «stil»lə bağlı 
xalq arasmda belə bir rəvayət yaranmışdı:
Ay qurtarıb, bayrama üç gün qalıb,
Pinti arvad qovurmanı qurtarıb.
Kişi gedib istil yarım yağ alıb.. .».[37,  s.317 ].
Buğda, arpa, darı, və s.-ni ölçmək üçün «çuval» və «çanaq»dan is- 
tifadə  olunurdu.  1  çuval  10  çanaq  idi.  Çuval  və  çanağm  şəhər. və  kənd 
növləri  var idi.  1  şəhər çuvalı  7  pud  14  funt buğdaya,  6  pud  12  funt  ar- 
paya,  8  pud düyüyə,  6  pud  10  l'unt darıya  bərabər  idi.  1  kənd  çuvalı  isə
86
6  pud  5  funt  buğdaya,  5  pud  20  l'unt  apraya,  7  pud  düyüyə,  5  pud  20 
funt danya bərabər idi.  60 zolotnikə bərabər olan tilani stilə un, kərpic, 
bir  sıra  ərzaq  məhsulları,  meyvələr,  neft  və  pambıq  parçanı  çəkirdilər. 
55 zolotnik  16  3/2  doliyə  bərabər  olan «mizani stillə»  ipək,  38  zolotnik 
26  doliyə  bərabər  olan star  stillə  şəkər,  çay,  qəhvə,  ədviyyat,  qurğuşun 
və  s-ni ölçürdülər.  Maye  malları  tunqla  [bir  tunq  9  fuııta  bərabər  idi  ]. 
və  parçla  [3  funt  78  zolotnikə  bərabər  idi  ].  ölçülürdü  [168,  s.7  j. 
Tərəzilər  xeyli  bəsit  idilər.  Çox  vaxt  tərəzi  kimi  adi  iplərlə  asılan 
qablardan ibarət tərəzilərdən istifadə olunurdu.
Çəki vahidlərinin müxtəlifliyi ticarəti çətinləşdirən amil idi.
Məlumdur ki, Azərbaycan xanlıqlarmın çoxunun öz pul vahidləri 
olmuşdur.  Qarabağ  xanlığmm  da  öz  pul  vahidi  var  idi.  Şuşa  şəhəri 
salmandan  sonra  Pənah  xanın  əmri  ilə  zərbxana  tıkildi,  burada 
gümüşdən  bir  misqal  ağırhğında  və  rus  rublunun  15  qəpiyi  dəyərində 
olan  «pən.ahabad»  sikkəsi  zərb  olunmağa  başlanmışdı.  Sikkənin  bir 
tərəlində Pənahabad, o biri tərəllndə «La iiahə illallah və Məhəmmədən 
rəsulullah»  sözbri yazılmışdı.  «Pənahabad»ın altısı  1  manat,  səkkizi  isə 
Qarabağ  tüməni  adlanırdı  [62,  s.18-19  ].  Pənahabadlar  həm  Qarabağ 
xanlığınm  daxilində,  həm  də  digər  xanhqlarm  ərazisində  işlənirdi. 
Xanlıq  daxilində  «yarımşahi»  də  tədavüldə  idi.  Ağa  Məhəmməd  şah 
qətlə  yetirildikdən  sonra  İranla  münasibətləri  nizamlamaq  xatirinə 
İbrahimxəlil  xanın  göstərişi  ib   Fətəli  şahın  adından  35,5  qəpik 
dəyərində  olan  «sahibqıran»  adlı  pul  buraxılmağa  başlaıımışdı 
[Sahibqıran  iki ulduz  bürcünün  birbşməsi  zamanı  doğulan  deməkdir  ]. 
[168, s.75  ].
Qarabağ  xanlığmda  xan  sikkələri  ilə  yanaşı  İran  şahlarının 
pulları  tümən  [4  gümüş  rus  rubluna  bərabər  ].,  real  [45,5  rus  qəpiyinə 
bərabər  ].,  Təbriz,  Xorasan,  İsfahan  və  digər  yerbrin  abbasıları  və  rus 
rublları  da  işlənirdi.  Xan  abbasılarında  4,5-dən  2,25  qrama  qədər 
gümüş,  nadiridə  11,5  qram  gümüş,  İran  abbasısmda  5,30  qrama  qədər 
gümüş  vardı  [168,  s.75  ].  Xan  sikkəbrinin  çəkisi  və  əyarı  tez-tez 
dəyişirdi  ki,  bu  da  pul  tədavülünü  və  xanhqlar  arasında  ticarəti 
çətinləşdirirdi. 
Pullarm 
qəlp 
olub-olmadığını, 
dəyərini 
müəyyənləşdirməkb bazarda oturan sərraflar məşğul olurdular.
Digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi,  Qarabağ 
xanlığında  da  sənətkarlıq  və  ticarətin  inkişafında  əngəb  çevrilən  çoxlu 
maneələr  var  idi.  Əmək  bölgüsünün  ləng  inkişafı  ilə  yanaşı  rəhdar 
adlandırılan  gömrük  yığımları  və  iltizam  sistemi  beb  maneələrdən  idi. 
Bəzən  eyni  məhsuldan  bir  neçə  dəfə  gömrük  pulu  ahnırdı. 
Tədqiqatçılardan  biri yazır  ki,  ipək  parçalar  istehsal  olunduqları  yerdə 
satıldıqda onun hər tayından  1  man.  30 qəp, xam ipəyin hər taymdan 5
87

man.  pul  almırdı.  Tacirbr  öz  məlısullarım  istehsal  olunan  yerda  sata 
bilməyib  başqa  şəhərə  apardıqlan  zaman  yenə  gömrük  verirdilər. 
Həmçinin,  tacirlər  hər  dəfə  tərəzi  pulu  adlanan  xüsusi  rüsum  ödəməli 
olurdular.  Əgər  tacirlər  Kür  çayından  keçməli  idilərsə,  həm  mallarma, 
həm də yük heyvanlarına görə vergi ödəməli idiiər [202 ].
Digər  xanhqlarda  olduğu  kimi,  Qarabağ  xanlığmda  da  gömrük 
rüsumlarımn  toplanması  iltizama  verilirdi.  İyrmiyə  yaxm  iltizam 
maddəsi  var  idi.  Zərbxana  maddəsinin  icarəyə  verilməsindən  xan  ildə 
47165  manat  gəlir  əldə  edirdi  [175,  v.297  ].  Biyan  kökü,  mizan, 
boyaqxana, sabun, dabbaqlıq və  s.  sahələrini iltizammdan da xeyli gəlir 
əldə edilirdi.  İltizamdan gələn gəlirlərin bir  hissəsi xanın qovulmalarma 
və yaxın adamlarma, digər hissəsi isə xanlığm xəzinəsinə daxil olurdu.
Xamn  miihüm  gəlir  mənbələrindən  biri  «boyaq  pulu»  vergisi 
idi.  Şəhər  əhalisnin  digər  təbəqələri  kimi  sənətkarlıq  da  «tüstü  pulu», 
bayramlıq, toy pulu və s. vergilər ödəyirdilər.
Xanhqda  sələmçilik  geniş  yayılmışdı.  Zəruri  ehtiyac  kəndliləri 
nıəcbur edirdi ki, varlı  qonşularından sələmlə pul götürsünlər.  Çox vaxt 
kəndlilər  yazda,  ötən  ilki  məhsul  ehtiyatı  tükəndiyi  zaman  borc 
götürürdü.  Borc  ya  pul,  ya  da  məhsul  şəklində  alma  bilər,  pul  ya  da 
məhsul şəklində özü və  faizi ödənilə  bilərdi.  Sələmlə  borc götürmək çox 
hallarda  kəndlinin  müllisləşməsinə  səbəb  olurdu.  Bəzən  sələmin  həcmi 
ildə 60-70 faizə çatırdı [168,  s.37 ].
Sələmçilərin  xidmətindən  yalnız  kəndlilər  deyil,  feodallann 
özləri,  tacirlər  də  istifadə  edirdilər.  İri  feordallar  daha  artıq  dərəcədə 
şəhər  sənaye  məhsulları,  zinət  şeyləri  almağa  meyl  edirdilər.  Onlarm 
israfçılığı  artırdı.  Sələmi  ödəmək  üçün  feodallar  kəndlilərin  vergibrini 
artırmağa çalışırdüar.

§ 6.  Şəhərdə sosial münasibətlər


Şuşa  şəhərində  əhalinin  joiksək  təbəqəsini  xan  başda  olmaqla 
dünyəvi  feodallar  və  ali  ruhanilər,  iri  tacirlər  təşkil  ndirdi.  Ustalar  və 
xırda  alverçilər  orta  təbəqəni,  usta  köməkçiləri,  şagirdlər,  muzdlu 
fəhlələr isə aşağı təbəqəni təşkil edirdibr.
Sənətkarların  bir  çoxu  peşələr  üzrə  həmkarlarda  birləşmişdibr 
[boyaqçılar, dərzibr, papaqçılar və s. ]..
Xanlar  həmkarlarm  daxili  həyatma  qarışmırdılar.  Həmkarlar 
iV/Jəri  vergiııi  və  mükəlbfıyyətləri  ustalar  arasmda  bölüşdürürdübr. 
Sexin  başçısı  -  ustabaşı  sənətkarların  ümumi  yığmcağmda  seçilirdi. 
Ustabaşı  ustalar  arasmda  yaranmış  mübahisəbri  həll  edir,  günahkarı 
cərimələyir,  sifarişlərin  vicdanla  yerinə  yetirilməsinə,  məhsulun
88
keyfiyətinə,  istehsal  olunan  məhsulun  satışına,  bayram  günləri  iş 
görülməməsinə nəzarət edirdi.
Sənətkar cmalatxanasına usta  başçilıq  cdirdi.  Onun  nəzarəti  al- 
tında  emalatxanada  usta  köməkçiləri  və  şagirdlər  işləyirdilər.  Şagirdə 
pul verirdilər,  lakin adətə görə usta şagirdi yedirtməli, geyindirməli,  ay- 
aqqabısım verməli idi.  Əgər  şagird  müstəqil surətdə  məhsul  istehsal et- 
məyi  bacarırdısa,  usta  ona «şagirdinə»  də ödəyə  bilərdi.  Usta  kömokçi- 
ləri  və  şagirdlər  müəyyən  qədər  işbyib  təcrübə  topladıqdan  sonra 
[müddətə sənətin xaraktcrindən və şagirdin bacarığından asılı olurdu.  ], 
şagird  usta  köməkçisi,  usta  köməkçisi  isə  usta  keçə  bibrdi.  Usta  keç- 
mək üçün usta köməkçisi ziyafət təşkil etməli və hədiyyələr verməli idi.
Şəhər  əhalisi  xanın  özünə,  onun  məhkəməsinə  və  məmurlarına 
tabe  olur,  müxtəlif vergilər və  mükəlləfiyyətlər  ödəyirdi.  Məsələn,  Təb- 
rizli  məhəlləsinin  sakinləri ildə  130 əşrəfi  məbləğində  «miqayat» ödəyir, 
60 yük odun verirdilər.  Bundan əlavə məhəllə sakinləri xanın bütün qo- 
naqlarmı və onlarm atlarını pulsuz saxlamalı, xanm tələbi ilə lazımi mi- 
qdarda işçi qüvvəsi, araba və qoşqu, tikinti üçün materiallar verməli idi- 
lər.  Eyni  zamanda  məhəllə  sakinləri  Rüstəm  bəyə  100  x.  manatı,  Bala 
bəyə 60 x.  manatı ödəməii, taqvilaninin hər əşrəfindən 50 x.  qəpiyi, qul- 
luqinin  lıər  əşrəlindən  30  x.  qəpiyi,  hər  odun  yükündən  20  x,  qəpiyi 
ödəməli  idilər.  Məhəllə cəmi 200 əşrəfi,  398  xan manatı və  60  yük odun 
ödəməli idi.  1805-ci il  Kürəkçay müqavibsindən sonra məhəllə sakinləri 
həm  də 'Rusiyaya  veriləcək  xərc  hesabma  ildə  200  əşrəfi  ödəyirdilər 

[176.S.4-5  ].


Xanlar özbrini xırda qayğılardan  azad etmək  üçün  ayrı-ayrı  tə- 
sərrüfat sahələrini müqatiyə verirdilər.
Kənd  icmaları və həmkarlardan fərqli  olaraq  Şuşa  bazarlarımn 
fəaliyyəti xan idarələri və məmuriarı tərəfindən idarə  olunurdu.  Şəhərdə 
polis  rəisi  vəzifəsini  darğa  yerinə  yetirir,  ticarət  və  bazara  bazarbaşı, 
ölçü  vahidbri  və  tərəzilər  üzərində  nəzarəti  mizandar  ycrinə  yetirirdi. 
Maliyyə məmurlarının işini asanlaşdırmaq  üçün müəyyən mallarla anc- 
aq  təyin  olunmuş  yerlərdə  ticarət  etməyə  icazə  verilirdi.  Məsələn,  çəki 
ilə satılan mallar xan tərəziləri olan ycrdə satıla bilərdi.  Burada qapançı 
satıcıdan  çəki  rüsumu  -  mizan  alırdı;  meyıə  tərəvəz  baqqalxanaya gön- 
dərilirdi;  burada  satıcılardan  hər  zənbilə,  kisəyə,  taya  və  s.  görə  vergi 
alımrdı [Ətrafh məlumat üçün bax:155.1  s.355-357, 366,  367, 371]..
Sənətkarlar  peşələr  üzrə  bir  növ  sex  təşkilatları  -  əsnaflıq  - 
həmkarhq  təşkil  edirdilər.  Bu  təşkilatlar  istehsalı  qaydaya  salmaq  və 
sənətkarlarm  bir-birinə  əl  tutması  üçün  təşkil  olunurdu.  Təşkilata 
rəhbərlik  etmək  üçün  3  il  müddətinə  ustagər  adlı  başçı  seçilirdi. 
Ustagərlər ustalar arasında bağlanmış müqavibləri təsdiq edir, təşkilata
89

daxil  olan  ustalar  arsmda  ixtilaf  baş  verdikdə  mübahisələri  həll  edir, 
ustaları  xammalla  təmin  edir,  ictinıai  tədbirləri  tnşkil  keçirirdilər  [22, 
s.3-7 ].
Əsnaflar  -  həmkarlar  vergiləri  sənətkarlar  arasmda  bölüşdürür, 
ustaların  peşokarhq  fəaliyyətinə  nəzarət  edirdilər.  Xanlar  vergilərin 
vaxtında və lazımi səviyyədə toplanması və məşğuldiyyətini ustagərlərin 
iistünə qoymuşdu.

§ 7. Xanlıq dövründə Qarabağda mədəniyyət


Xanlıq  dövründə  Qarabağda  həm  maddi,  həm  də  mənəvi 
mədəniyyət yüksək inkişaf etmişdi.
Qarabağ  xanlığmm  memarhğı  haqqmda  irəlidəki  fəsillərdə 
müfəssnl  məlumat  verildiyindən  burada  bir  təkrara  yol  vermək 
istəmirik.  Hicri  1182-ci  ildə  [rmladi  1768/69  ].  Şuşada  böyük  bır  cümə 
məscidi  inşa  olunmuşdu.  Sonralar  Mehdiqulu  xanın  qızı  Gövhər  ağa 
həmin  məscidi  təmir  edib,  daha  gö/əl  şəklə  saldığmdan  Gövhər  ağa 
məscidi admı almışdı.
Yarandığı  güııdən  Şuşa  şəhəri  Azərbaycan  mədəni  həyatmm 
miihüm  mərkəzlərindən  biri  olmuşdur.  Şuşanm  mədəm  hayatmda 
görkəmli  Azərbaycan  şairi  Molla  Pənah  Vaqifm  əvəzsiz  xidməti 
olmuşdur.  Şuşamn  Saatlı  məhəlləsində  açdığı  mədrəsədə  fəaliyyətə 
başlayan  Vaqif  böyük  ədəbi  məktəb  yaratmışdı,  onlarca  davamçı 
yctişdirmişdir.  O  zaman  Molla Əli Xəlifə,  Molla  Zcynalabdin və  bir  çox 
müdərrislər istedadlı şagirdlər yetişdirmişlər [37,  s.341  ].
Şuşada 
yaşamış  şair 
Musa 
Kərimüllah 
dövrün 
ağır
müharibələrini, xalqın çətin vəziyyətini qələmə almışdır.
XVIII  əsrin  birinci  yarısmda  Azərbaycan  ərazisində  getmiş 
dağıdıcı  müharibələr  ölkənin,  o  cümlədən  Qarabağın  da  modəni 
həyatına  çox  böyük  mənfi  təsir  göstərmişdi.  1736-cı  ildə  Muğanda 
özünü  şah  seçdirən  N adir  şiə  ruhanilərinin  mövqeyini  zəiflətmək 
məqsədi  iSə  vəfq  torpaqlarmm  çoxunu  müsadirə  etdiyindən  maarif 
müəssisələri  əsas  gəlir  mənbəyindən  məhrum  olmuşdu.  Xanlıqiar 
dövründə də  bu sahədə elə bir dəyişiklik olmadı.
Məktəb  adlanan  ibtidai  təhsil  müəssisələri  məscidlərin  bir 
guşəsində,  xüsusi  dükanlarda,  yaxud  şəxsi  evlərdə  yerləşir  və  adətən, 
onlarm  yaradıcılarmm,  müəllimlərin  adı  ilə  adlandırılırdı.  Şuşada  Molla 
Pənah Vaqif məktəbi məşhur idi.
Məktəbdə  adətən,  ancaq  bir  müəllim  olurdu  və  o,  həm  də 
məktəbin  rəisi  [məktəbdar  ].  idi.  M əktəbdarlar  məktəbin  və  özünün 
xərclərini  ödəmək  üçün  tədris  haqqı  kimi  şagirdlərin  valideynbrindən
90
hər  həftə  «həftəlik»  adlanan  pul,  habelə  peşkəş,  bayramlıq  və  s. 
alırdılar.  Ancaq  bu  adətən  kifayət  etmirdi  və  müəllimlər  məktublar, 
dualar yazmaq, kəbin kəsmək və s.  ilə də məşğul olurdular.
Adətən,  uşaqlar  6  yaşıııdan  məktəbə  gedirdilər.  Uşaqlar 
məktəbdə  həsir  və  kilim  döşənmiş  döşəmədə  başıaçıq  və  ayaqqabısız, 
evdən  gətirdikləri  döşəkçənin  üstündə  otururdular.  Dərs  müddəti,  bir 
qayda  olaraq  6-8  saat  davam  edirdi.  Şagirdlər  əlifbanı  Öyrəndikdən 
sonra  Quram  oxuyub  başa  çatdırır,  Sədinin  «Gülüstan»  əsəriııi  və 
başqa kitabları oxuyurdular.
Məktəbdə  təhsil  müddəti  qeyri-məhdud  idi,  konkret  hər  bir 
şagirdin  təhsilini  başa  vurması  haqqmda  müəllimin  nə  vaxt  vəsiqə 
verməsindən  asılı  idi.  Məktəbbrdə  ayaqların  falaqqaya  salanıb 
döyülməsi kimi cəza üsulu tətbiq olunurdu.
Məktəbbrlə  yanaşı  fərdi  təhsil  növü  də  mövcud  idi.  Xanm və 
əyanlarm,  tacirlərin  uşaqları  ib   onlarm  evində  ayrılıqda  bir  müəllim 
məşğul  olurdu  [13,  s.462  ].  Bu  üsula  sərxana  deyirdilər.  Bir  çox 
yoxsullar imkanlan olmadığından uşaqlarmı məktəbə göndərmirdilər.
XVIII əsrin ikinci yarısı  -  XIX  əsrin  əvvəllərində Rusiya  və İraıı 
Qacarlar  dövlətinin  Azərbaycana  hərbi  müdaxiləsi,  xanlıqlararası 
çəkişmələr  Azərbaycan  ədəbiyyatma  böyük  ləsir  göstərmişdilər.  Bu 
dövr  poeziyasmın  diqqəti  çəkən  xüsusiyyəti  əsasən  müxəmməs 
formasmda  yazılmış  dövrün  gerçək  hadisə  və  şəxslərinə  həsr  olunmuş 
irihəcmli şerbrin meydana gəlməsidir.  Bu  tip əsərbr dövrün hadisələrini 
aydınlaşdırmağa, anlamağa kömək cdir.
Bütün  əsrlər  boyu  Qarabağ  ustad  aşıqlarm  vətəni  olmuşdur. 
Ağdamın  Gülablı  kəndindən  olan  Aşıq  Valeh  bütün  ölkədə  şöhrət 
qazanmışdı.  Aşıq  Valehin  qoşmaları  dillər  əzbəri  idi,  onun  haqqında 
«Valeh və  Zərnigar»  dastanı  qoşulmuşdur  [4,  s. 189  ].  Xanhq dövrünün 
Qarabağ  şairbri  şifahi  xalq  ədəbiyyatmdan,  onun  forma  və  məzmun 
gözəlliyindən  bəhrəbnmişlər.  Bu  dövr  Qarabağın  müstəqilliyi  ilə 
əlamətdardırsa,  ədəbi  mühit  də  ərəb-fars  ədəbiyyatmın  təsirinin  son 
dərəcə  zəifləməsi,  xalqm  ö /  milli  ədəbi  ənənələrinə  üstünlük  verdiyı 
şifahi xalq ədəbiyyatından böyük vüsətlə faydalanması ilə səciyyəbnir.
Şifahi xalq ədəbiyyatı isə daha çox ictimai məna kəsb edirdi.  Xalq 
bayatılarmda  XVIII  yüzilliyinin  sonlarmda  güclü  düşmən  hücvmlarma 
m ətanətb  sinə  gərmiş  Şuşa  qalasmm  üzərindən  tez-tez  qarayclbr 
əsməsinə işarə olunur:
Mən səni yel  bilirdim,
Başında tel bilirdim,
Uca dağlar başmda 
Qurumaz göl bilirdim.

91

Şuşanın Ağa  Məhəmməd  xan Qacarm qoşunları  tərəlındən  1795- 
ci ildəki mühasirəsinə həsr olunmuş bir bayatı da deyilirdi.
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi,
Göydə bulud yox idi,
Bu sel haradan gəldi.
Başqa  bir  bayatıda  isə  1797-ci  ildə  Ağa  Məhəmməd  şah  Qacarm 
Şuşanı  almasına ağı deyilir:
Kərbəlam vay, qalam vay!
Kərbəlada qalam vay!
Çəkiliydi kərpici,
Alınıftı Qalam vay!
Şifahi  xalq  ədəbiyyatında  dərin  ictimai  məna  ifadəsi  xalqm  tə- 
fəkkürü, onun adət-ənənə zənginliyi milli yetkinliyindən doğurdu.
Xalq ədəbiyyatı və aşıq  poeziyası nəinki Molla Pənah Vaqif yara- 
dıcılığma, eləcə də İbralıimxəiilxəlil  xamn qızı Ağabəyim ağa, oğlu Əfü- 
lfət  xan və  nəvəsi  Cəfərqulu  ağanm,  başqa  törəmələrinin  yaradıcılığına 
da böyük təsir etmişdi.
Məşhur ədəbiyyatşünas F.Köçərli Əbülfət xan haqqmda qısa mə- 
lumat  verərək  onun  şerlərindən  Azərbaycan  və  fars  dillərində  yazılmış 
iki  qəzəli  nümunə  gətirir.  İrəlidəki  fəsillərdə  qeyd  olunduğu  kimi, 
İbrahimxəlilxəlil  xan  Ağa  Məhəmməd  şah  Şuşada  qətlə  yetirildikdən 
sonra Qarabağın ağır vəziyyətini nəzərə alaraq taxta çıxmış  Fətəli şahla 
münasibətləri  normallaşdırmağa  çalışırdı  və  şahın  tələbi  ilə  qızı  Ağa- 
bəyim  ağanı  ona  ərə  verməklə  yanaşı  oğlu  Əbülfət  ağanı  da  girov  kimi 
şahm  sarayma  yollamışdı.  Fətəli  şah  Əbülfətə  xan  titulu  verməklə  ya- 
naşı, onun ədəbi 
istedadım
 görüb «Əmirül-üməra» təxəllüsü ilə öz ədəbi 
məclisinə daxil etmişdi.  Əbülfət xan 1839-cu ildə vəfat etmişdir.
Fətəli  şah  Ağa  bəyim  ağanın  istedadına  və  qabiliyyətinə  heyran 
olmuşdu  və  onu  öz  hərəmxanasımn  basçısı -   banuyi  hərəm-  etmişdi.  Şah 
1811 -ci ildə İngiltərənin fövqəladə səfirini və onun xanımım qəbul edərkən, 
səfır Böyük Britaniya  kraliçasımn  etimadnamə  vo  hədiyyələrini  Ağabəyim 
ağaya  təqdim  etmişdi  [6,  s.30  ].  Lakin  saraym  təmtərağı  Ağabəyim 
ağanm  vətənə  olan  həsrətini  öldürə  bilmirdi.  Qürbətdə  olmasmdan 
qüssələnən şairə yazırdı:
Mən aşiqəm qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Şah,  Ağabəyim  ağamn  tələbi  ilə  Tehramn  saray mühitindən  aralı 
müqəddəs  şəhər  sayılan  Qumda  onun  üçün  saray  tikdirdi.  Ağabəyim
92
ağa  elə  burada  1832-ci  ildə  vəfat  etmişdir.  Ağabəyim  ağa  şerlərini 
Azorbaycan və fars dillərində yazmışdır.
Molla  Pənah  Vaqif [Pəııalı  Mehdi  oğlu  ].  1717-ci  ildə  indiki  Qa- 
zax  rayonunun  Qıraq  Salahlı  kəndində  anadan  olmuşdur.  Dövrünü  ta- 
nmmış  alimlərindən  olan  Səfi  əfəndinin  yanında  oxumuşdur.  Təqribən
1763-cü  [tarixi  ədəbiyyatda  Vaqifin  Qarabağa  İbrahimxəlil  xan  taxta 
çıxdıqdan  sonra  gəlməsi  qeyd  olunur,  [18s.47;17  s.]  ancaq  bu  xanın 
hakimiyyoti  yanlış  olaraq  1759-cu  ildən  başlandığından  səhvən  Vaqifin 
Qarabağa köçmə  tarixi  də  1759-cu  il  kimi göstərilir  T.M.]  ildə  Qarabağın 
Veysəlli  kəndinə  köçərək  bir  müddət  burada  məktəbdarlıqla  məşğul 
olmuşdur.  Həmin  vaxt  Karlli-Kaxetiya çarının zülmündən  təngə gnlmiş 
Qaracaqiı,  Çinli,  Salahlı,  Dəmirçihəsənli,  Qızılhacılı,  Qaraqoyunlu,  Al- 
pout,  Səfikürd,  Boyəhmədli,  Kəngərli,  Xəfəli  və  başqa  obalar  Qazax- 
dan  Qarabağ  xanlığına  köçmüşdür.  Vaqif sonra  Şuşa  şəhərinə  köçərək 
Saatlı məhəlləsində məktəb açmışdı.  Əsil adır Əlipənah  olan şair,  Şuşa- 
da  Molla  Pənah  Vaqif |«Vaqif'»  hər  şeydən  xəbardar  olan»,  vəsl' edən 
deməkdir ].  təxəllüsünü götürmüşdür [4, s. 189 ].
Vaqif  sarayda  əvvəlcə  eşikağası,  sonra  nədimi  hüzur  və  vəzir 
vəzifələrini  icra etmişdir [4,  s. 193-194 ].
M.P.Vaqifin sarayda tutduğu  mövqe, xanlığın digər xanhqlarla və 
qonşu  dövlətlərlə  əlaqələrində  oynadığı  rol  onun  yaradıcılığında  dərin 
iz buraxmişdır.
İbrahimxəlilxəlil  xan  1796-cı  ildo  oğlu  Əbülfət  ağanı  rus 
qoşunlarının  komandanı  gencral  Zubovun  yamna  yolladığı  zaman 
onunla  II  Yekaterinaya  ünvanlanmış  məktub  da  göndərmişdi.  Iləmin 
məktub  Vaqif  tərəfindən  yazılmışdı.  V.Zubov  II  Yekaterinanın 
göndərdiyi  cəvahırləriə  bəzənmiş  əsanı  Vaqifə  hədiyyə  ctmişdi.[7, 
s.272].
Vaqifin  Tiflisə  həsr  olunmuş  bir  müxəmməsində  Qarabağ 
xanlığının  Kartli-Kaxctiya  çarlığı  ilə  əlaqələri  də  öz  əksini  tapmışdır. 
M.P.Vaqif İbrahimxəlilxəlil  xanın  göstərişi  ilə  [Muğanlı  Cəmil  ağa  ilə 
birlikdə  ].  1784-cü  ildə  Tillisə  səfər  etmişdi  və  bu  səfər  onu  Gürcüstan 
mövzusunda şcrlər yazmağa sövq  ctmişdi.  O, cyni zamanda çar II İrak- 
linin oğluna da bir mədhnamə-müxəmməs həsr etmişdi [4,  s. 193-194 ].
M.P.Vaqif  həm  də  Şuşada  inşaat  işlərində,  şəhərin  bədii-estetik 
tərtibatında  yaxından  iştirak  edirdi.  Həsənəli  xan  Qarabaği  öz  təzkirə- 
sində Vaqifin Şuşa şəhərində  bir  sıra memarlıq  abidələrinin  tikintisində 
yaradıcılıq  fəaliyyətini  işıqlandıraraq  yazır  ki,  Vaqif nəinki  xanm  şəxsi 
tikililərinin  planlışdırılmasında,  eləcə  də  qala  hasarlarının,  bürclərinin 
inşasmda,  habelə  məşhur  əyanlarm  yaşayış  binalarının  tikilməsində 
böyük rolu  olmuşdur [5,  s.272 ].
93

Vaqif lirikasınm  əsas  mövzusu  məhabbnl  və  insan gözalliyinin  tə- 
rənnümüdür.  Sevgiyo, yüksok romantik təməfo əsaslanan ononəvi müna- 
sıbotdon fərqli olaraq, Vaqif düııyəvi, cismani məhəbbəti tərənnüm cdir. 
Vaqiiin  sevgilisi  büt  deyil,  gerçək  qadmdır.  Şairin  qəhrəmanı  canhdır, 
ehtiraslı  bir  insandır.  Vaqil'  sevgidə  folsəfi  mnna  axtarır,  onu  hor  gün 
qarşılaşdığı  gözəllər  ruhlandırır.  Şair  dini  chkamları  bir  yana  qoyaraq 
poeziya üçün gözəlliyin yeni tipini konkret şəkildə təsvir edir.
Vaqif ııikbin  şair  idi.  Nikbinlik  parlaq  ifadəsini  Azərbaycan  po- 
cziyasmda  ilk  dəfə  Vaqii'in  şerlərində  tapmışdır.  M.P.Vidadi  ilə  nəzm 
deyişməsində  o,  qeyri-ixtiyari  olaraq  materialist  dünyagörüşünü  ifadə 
edir:
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandaıı, xandan,
Qoriblik, ayrılıq nədir ki, ondan
Bu qədər çəkibsin azar,  ağlarsan?  [13, s.468 ].
Iləyat  sevincləriııi  bu  cüı*  tərənnüm  edən  Vaqif insan  əzablarma 
və  comiyyətin  odalətsizliyinə  də  öz  münasibətini  bildirir.  Şair  məşhur 
«Görmədim»  müxəmməsində öz əsrinin,  mühitinin nöqsanlarmı ittiham 
edir.
Mən cahaıı mülkündə mütləq doğru halət görmədim,
Ilər nə gördüm, əyri gördüm, özgə halət görmədim...
Müxtəsər kim, böylə dünyadan gərək etməz həzər,
Ondan ötrü  kim, deyildir öz yerində xeyri-şər.
Alilər xakə-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən  işlərdo əhkamü-ləyaqət görmədim [13, s.468-469 ].
Vaqif klassik  şərq  poeziyasmn sirlərinə, 
onnn
  bədii  il'adə vasitələ- 
rinə  dərindən  yiyələnmiş,  onları  aşıq  tapmtıları  ilə  sıx  calaşdırmış,  çox 
vaxt  şi/'ahi  xalq  odəbiyyatından,  xalq  dilindən  etmişdir  və  bununla  da 
şcriıı  tamamilə  orijinal  səslənməsinə  nail  olmuşdur.  Vaqifin  sayəsində 
xalq  şer  forması  olan  qoşma  yazılı  poeziyada  geııiş  tətbiq  edilmiş  və 
odəbiyyatnı  demokratikləşməsində,  həyatm  gerçək  qavranılmasında 
mülıüm  rol oynamışdır.
XVIII 
əsrdən  bədii  ədəbiyyatxn  klassik  poeziya  və  aşıq  şeri  kimi 
qolları  müoyyən  dərəcədo  bir-birindən  ayrı  inkişaf  edirdisə,  Vaqif  bu  iki 
qolun  ən  yaxşı  cəhətlərini  özündə  birləşdirdi.  Vaqif  Azərbaycan 
poeziyasmın  gələcək  inkişaf yolunu  düzgün  hiss  edib  ona  istiqamət  verdi. 
Vaqif  tamamilə  yaxud  əsasən  əruz  vəznində  yazan  klassik  şairləromizdən 
fəıqli  olaraq  məhz  heca  vəznində  lirikanin ən  gözəl  nümunələrini vermişdi 
[18, s.83  ].
94
Vaqifm  bir  çox  şerləri  əhalinin  məişət  və  zövqünü  əks  etdirir. 
Onun «Kür  qırağmın  ocob  seyrangahı  var»  misrası  ilo  başlayan moşhur 
qoşması  buna  misaldır.  Ədəbiyyat  tarixçiləri  bu  qoşmanm yaranmasmı 
belə izah edirlər:
İbrahimxəlilxolil  xan  sofərlorinin  birindo  bozi  mülahizoloro  göro 
Kür  qırağmda  düşərgə  qurub  dayanıbmış.  Sərkərdələr  burada 
duruşdan  təngə  gəlib  Vaqifdən  xahiş  ediblərmiş  ki,  ııecə  olursa-olsun 
xanı  Şuşaya  qayxtmağa  ra/.x  salsm.  Vaqif  bodahoton  ağlı  keçon  şeıi 
yazıb xanəndələrə verir ki,  onu  oxusunlar.  Şerdə deyilirdi:
Vaqif haqdan dilər lütfı kərəmlər,
Belo yerdo duran vallah voromlor.
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası hayıf ki, yoxdur.  [4,  s.  200]
Şeri eşidon İbrahimxolilxolil  xan dorhal Şuşaya  qayıtmağı omr etmişdir.
95

III FƏSİL


XANLIĞIN İNZİBATİ - ƏRAZİ BÖLGÜSÜ  VƏ

 

DÖVLƏT İDARƏÇİLİYİ


?


28---ma-qs-ud-ha-c-i-y-e.html

28--.html

28--ah-abbasla-soyunular-.html

28--apollinem-medicum.html

28--azrg-kezdeg-iti-tsnud.html