©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

“akp hakimiyyəti dövründə Türkiyənin xarici siyasəti” - səhifə 5


2.3.


 


Yaxın Şərqin güclü dovləti olan 


İsraillə


 münasibətlər. 


Türkiyədə  AK  Partiya  hökumətinin  vəzifəyə  başlamasıyla  birlikdə  əlaqələrin 
siyasi  ölçüsündə  görülən  gərginliklərə  yeniləri  əlavə  olundu.  Bu  dövrdə  İsrailin 
fələstinlilərə qarşı izlədiyi siyasəti sərtləşdirdiyi düşünüldüyündə əslində bu vəziyyət 

63 
 
əvvəlki  dövrlərdə  davam  etməkdə  idi.  Ancaq  xüsusilə  İsrail  tərəfində  AK  Partiya 
hökumətiylə  birlikdə  iki  ölkə  əlaqələrinin  gələcəyinin  Ərəb-İsrail  münaqişəsinin 
həllinə  bağlı  olduğu  istiqamətində  bir  qanı  meydana  gəlməyə  başladı.  Fələstin 
məsələsinə  qarşı  duyulan  həssaslıq  bir  yana,  AK  Partiya  hökumətiylə  birlikdə 
ikitərəfli  əlaqələrin  regional  əlaqələrdən  daha  çox  asılı  hala  gəldiyini  söyləmək 
mümkündür.
67
  Bu  dövrdə  yalnız  Fələstinlə  əlaqədar  deyil,  ümumi  olaraq  bölgədəki 
İraq  müharibəsi  kimi  çox  əhəmiyyətli  inkişaflar,  bu  vəziyyəti  bir  az  da  lazımlı 
etmişdir  ABŞ-ın  İraqa  istiqamətli  olaraq  2003-cü  ilin  mart  ayında  başlatdığı 
müharibə,  qurulduğu  andan  etibarən  ərəb  qonşularını  zəiflətmək  istəyən  İsrailin 
strategiyalarına  olduqca  uyğun  düşdü.  İsrail  1948-ci  ildə  bir  dövlət  olaraq  ortaya 
çıxdığı andan etibarən Orta Şərqdəki düşmənlərinə qarşı yıxma və qeyri-sAabit hala 
gətirmə  siyasəti  izlədi.  Necə  ki,  özünə  müxalif  ya  da  düşmən  gördüyü  bölgə 
ölkələrindəki  xüsusilə  də  Sudan,  İraq,  Misir,  Livan  kimi  ərəb  dövlətlərindəki 
separatçı, etnik hərəkətləri bu siyasətinin bir nəticəsi olaraq dəstəklədi. Çünki İsrail 
baxımından qiymətləndirildiyində, bölünmüş bir Ərəb dünyası, bölgədə ən ideal olan 
nizamdır. Təbii olaraq İsrail ilə İraqlı kürdlər arasındakı əlaqələr, Türkiyə, Suriya və 
İranda  narahatlıqların  artmasına  və  xüsusilə  də  hər  birində  təhlükəsizlik  sıxıntısına 
səbəb olmuşdur.
68
 
Türkiyənin  siyasəti  isə  tam  tərsi  olub,  xüsusilə  İraqın  ərazi  bütövlüyünün 
qorunması,  ümumiyyətlə  isə  bütün  Orta  Şərq  bölgəsində  sabitlik  və  sülhün  təsis 
edilməsidir. Bu çərçivədə iki ölkənin bölgə siyasəti uyğunlaşmadığı kimi əksinə tam 
tərs istiqamətdə inkişafı görülməkdə idi. 
   2001-ci ildə Ariel Şaron liderliyindəki Likud Partiyasının iqtidara gəlişindən 
sonra  İsrailin  Türkiyəyə  istiqamətli  izlədiyi  siyasətindəki  dəyişmə  diqqət  çəkicidir. 
ABŞ-ın  təklifləri  istiqamətində  İsrailin  Mosul-Habfa  neft  boru  xəttini  dövrəyə 
soxaraq  Kərkük-Ceyhan  boru  xəttini  dövrə  xarici  buraxması  İsrailin  Türkiyə 
perspektivinin  dəyişməsini  göstərən  əhəmiyyətli  bir  inkişafdır.  İsrailin  daha  əvvəl 
                                                           
67
 Uzgel, İlhan - Duru, Bülent(der), AKP Kitabı - Bir Dönüşümün Bilançosu, Phoenix Yayınevi, Ankara, 2009. 
 
 

64 
 
bölgədən  köç  etmiş  yəhudilərin  əllərindəki  sənədlərə  istinad  edərək  Şimali  İraqda 
torpaq  əldə  etməyə  çalışması  qarşısında  Türkiyə  İsraili  xəbərdar  etmiş  və  İsrail 
hökumətinin  beynəlxalq  hüquq  sərhədlərində  hərəkət  etməsi  lazım  olduğunu  ifadə 
etmiştir.  İraqın  şimalına  bağlı  suallar  və  problemlər  davam  edərkən,  2004-ci  ildə 
İsrail  Rifah  Mühacir  düşərgəsinə  bir  əməliyyat  təşkil  etdi.  Bu  əməliyyat  qarşısında 
baş  nazir  Rəcəb  Tayyib  Ərdoğan  və  Xarici  işlər  naziri  Abdullah  Gül  çox  böyük 
reaksiya  göstərdilər.  Bu  reaksiyalar  gələcəkdə  iki  ölkə  əlaqələrinin  daha  da 
gərginləşəcəyinin işarələriydi. AK Partiyanın bölgə siyasəti "sülh və sabitliyin təmin 
edilməsi və davamlı olması" şəklində   təsvir edilə bilər. Bu çərçivədə dövrün xarici 
işlər  naziri  Abdullah  Gül  2004-ci  ildə  BMT-nin  Baş  Məclisində  söylədiyi  nitqində 
bölgənin  nüvə  silahlarından  təmizlənilməsi  lazım  olduğuna  diqqət  çəkərək  İranın 
nüvə  silahlanma  fəaliyyətlərini  dayandırmasının  yanında  İsrailin  də  əlindəkimövcud 
silahları  məhv  etməyi  lazım  olduğunu  ifadə  etmişdir.  Bununla  birlikdə  Ərəb-İsrail 
problemində AK Partiya iqtidarının ərəblərdən tərəfə yer  aldığı ifadə edilməlidir. 19 
May 2004-cü ildə Baş nazir Ərdoğanın HƏMAS liderlərindən Şeyx Əhməd Yasin və 
Əbdüləziz  Rantisinin  İsrail  əməliyyatı  nəticəsində  öldürülməsi  üzərinə  İsrailin 
bölgədə dövlət terroru tətbiq şəklindəki bəyanatı İsrail tərəfində narahatlıq  meydana 
gətirmişdir.  İsrail  baş  nazir  müavini  Ehud  Olmertin  əlaqələri  yenidən  düzəltmək 
məqsədiylə baş nazir Ərdoğandan görüş tələbinin səbəb göstərilmədən rədd olunması 
və  baş  nazir  Ariel  Şaronun  görüş  tələbinin  də  Ərdoğanın  proqramının  sıxlığı  səbəb 
göstərilərək rədd edilməsi İsrail tərəfindəki narahatlığı artırmışdır. 
69
Ancaq PKK-nın 
Şimali  İraqda  fəaliyyətlərinə  yenidən  başlaması,  ABŞ  ilə  1  mart  hadisələrinə  bağlı 
olaraq  pozulan  əlaqələrin  düzəldilməsi  ehtiyacı  erməni  soyqırımı  qanun  layihələri 
qarşısında  beynəlxalq  dəstək  ehtiyacı  və  Kiprdə  Annan  planı  ilə  girilən  kritik 
müddətdə  Türkiyə  xarici siyasətinin  gərginliklər  səbəbiylə  meydana  gələ  biləcək 
problemləri  daşıya  bilməyəcəyi  düşüncəsi  AK  Partiyanın  İsraillə  əlaqələrdə 
yumuşamadan ötrü rəftar etməsi ilə nəticələnmişdir. İsraildəki bəzi dairələr Türkiyə 
baş  nazirinin  və  hökumətinin  bu  reaksiyasından  narahat  olsalar  da,  bu  sözlərin 
Türkiyənin  daxili  ictimaiyyətinə  istiqamətli  olduğu  istiqamətində  görüşlər  də  dilə 
                                                           
69
 Efrahim Inbar, “Israeli-Turkish Tensions and Beyond,” Israel Journal of Foreign AffABrsVol 4 No 1 (2010): 29 – 30. 

65 
 
gətirmişlər,  "işlərin  əvvəlki  kimi  davam  edəcəyinin"  xüsusi  qeyd  etmişdilər. 
Türkiyənin  bu  reaksiyası  ən  böyük  səs-küyü  ərəb  dünyasında  tapdı  və  Türkiyənin 
ərəb dünyasındakı imicini və məşhurluğunu artırdı.  
2006-cı il yanvarda Fələstin seçkiləri sonrası HƏMAS-ın siyasi büro şefi lideri 
Xalid  Məşəlin  Türkiyəni  ziyarəti  əlaqələrdə  yeni  bir  gərginlik  olaraq  qarşımıza 
çıxmaqdadır.  Hər  nə  qədər  Türkiyə  Məşəlin  rəsmi  bir dəvət göndərməmiş  və  rəsmi 
olaraq  qəbul  etməmiş  olsa  da  bu  vəziyyət  əlaqələrdə  yeni  bir  gərginliyə  səbəb 
olmuşdur.  Bu  inkişafların  ardınca  iki  ölkə  əlaqələri  təkrarən  yaxınlaşmışdır  ancaq 
Türkiyənin  2006-cı  il    Livan  müharibəsi  zamanı  İsrailə  göstərdiyi  sərt  reaksiya  ilə 
yenidən  gərginlik  yaşanmışdır.  Türkiyənin,  İsrail  və  Suriya  arasında  vasitəçi  rolu 
oynamasıyla  birlikdə  əlaqələrdə  yeni  bir  ölçüdən  bəhs  etmək  mümkündür.
70
Bu 
mənada  da  Türkiyə  ilə  əlaqələr  İsrail  üçün  yeni  bir  dəyər  qazanmışdır.  Ancaq 
vasitəçilik  mövzusunda  davam  edən  aktiv  əlaqələrə  baxmayaraq  2008-ci  ilin  son 
günlərinə  qədər  Türkiyə  ilə  əlaqələr  İsrail  gündəmində  məhdud  bir  şəkildə  iştirak 
etməkdə  idi.  Bu  vəziyyət  İsrailin  Qəzzaya  qarşı  girişdiyi  "Tökmə  Qurğuşun 
Əməliyyatı" nadək davam etdi. Hücumun başından etibarən, yəni 27 dekabr 2008-ci 
il  ilə  birlikdə  əməliyyata  ən  sərt  reaksiya  baş  nazir  Ərdoğandan  gəldi. Baş  nazir  bir 
tərəfdən tərəflər arasında atəşkəsin təmin edilməsi, fələstinli qruplar arasında razılığa 
gəlməyə və Qəzzanın yenidən inşası şəklində yekunlaşdırılan Türkiyənin mövqeyini 
müxtəlif  platformalarda  dilə  gətirərkən  digər  tərəfdən  də  İsrailin  bu  əməliyyatını 
Türkiyəyə  edilmiş  bir  hörmətsizlik  olaraq  da  dəyərləndirmiş,  iki  ölkə  əlaqələrində 
güvənin  qalmadığını  vurğulamışdı.  Əməliyyatın  başlamasının  ardından  Ərdoğan  
İsraili  təcavüzkar  ölkə  adlandırmış,  Qəzzanı  "açıq  hava  həbsxanası"  olaraq 
xarakterizə  edilən  əməliyyatı  sülhə  endirilmiş  böyük  bir  zərbə  olaraq 
qiymətləndirmişdi.  Qəzzadakı  humanitar  faciəyə  səssiz  qala  bilinməyəcəyini, 
xüsusilə  Birləşmiş  Millətlər  Təşkilatına  məsuliyyət  düşdüyünü  və  Türkiyənin  sülhə 
istiqamətli  səylərinin  davam  edəcəyini  ifadə  etmişdi.  Xarici  işlər  naziri  Babacan  isə 
hücumların  Türkiyə  baxımından  dərin  bir  kədər  və  xəyal  qırıqlığı  yaratdığını 
                                                           
70
  İlter Türkmen,Türkiye Cumhuriyeti’nin Ortadoğu Politikası(İstanbul:BİLGESAM Yayınları, 2010), s. 17 – 19. 

66 
 
söyləyərək  "İsrail-Fələstin  Xəttində  vuruşaq,  Suriya-İsrail  xəttində  sülh  danışıqları 
edək  “  şərhini  etmişdi.  Bunun  üzərinə  Yaxın  Şərq  turuna  çıxan  Ərdoğan  İsrailə  baş 
çəkməmişdi. 
2004-cü  ildə  olduğu  kimi,  ancaq  çox  daha  qəti  bir  şəkildə,  Türkiyənin  Qəzza 
əməliyyatına  qarşı  göstərdiyi  reaksiya  ərəb  dünyasında  təqdirlə  qarşılandı. 
Əməliyyatın ardından ərəb dövlətlərinin bu davranış mövzusunda HƏMAS-ın məsul 
şəxsləri  qarşısında  Türkiyənin  birbaşa  olaraq  İsraili  hədəf  alması  xüsusilə  ərəb 
küçəsində  Türkiyənin  məşhurluğunu  artırdı.
71
  Bilindiyi  kimi,  Türkiyə  yalnız  dəyişik 
ölkələrdə  və  platformalarda  İsraili  tənqid  etmiş,  eləcə  də  İsrailin  Birləşmiş 
Millətlərdən üzvlükdən atılmasını da təklif etmiş və bir dəfə daha İsraili Fələstinlilərə 
qarşı  dövlət  terroru  işləməklə  günahlandırmışdı.  Gözlənəcəyi  kimi  İsrail  daxilində 
Türkiyənin  bu  davranışı  reaksiyayla  qarşılandı.
72
  5  yanvar  2009-cu  il  tarixli  
Yerusəlim Post-un baş səhifəsində yalnız Türkiyə tənqid edilmiş və vasitəçilik rolunu 
sorğulamaqla  kifayətlənməmiş,  eyni  zamanda  İsrailin  Qəzzada  etdiyi  əməliyyatla 
Türkiyənin  PKK  ilə  mübarizəsi  arasında  paralellər  qurmağa  qədər  getmişdir. 
Türkiyənin İran ilə görüşdüyü və bu ölkə ilə yaxın iqtisadi və siyasi əlaqələrə sahib 
bir  ölkə  olduğu  vurğulanan  yazıda  Türkiyənin  Qərb  düşərgəsindən  "sürətlə 
uzaqlaşdığı" xüsusi qeyd olunmuşdu.  
Bu  çərçivədə  gərginliklər  davam  edərkən,  Davos  İqtisadi  Forumunda  "Qəzza: 
Yaxın Şərqdə Sülh Modeli" başlıqlı paneldə yaşananlar Türkiyə-İsrail əlaqələrindəki 
gərginliyi  yeni  bir nöqtəyə  daşıdı. Baş  nazir  Ərdoğan, paneldə yanında  oturan  İsrail 
prezidenti  Perezin  İsrailin  Qəzzada  ölçüsüz  güc  istifadə  vurğulayaraq  tənqid  etdi. 
Perez  isə  "Siz  raketlər  altında  qalsanız  reaksiyanız  nə  olar?  Burada  bir  təyin  etmə 
problemi  vardır.  HƏMAS  çirkin  bir  diktatorluqdur.  Hal-hazırda  HƏMAS-ın  səbəb 
olduğu  problemlərlə  məşğul  oluruq.  Qəzzaya  yardıma  biz  deyil,  HƏMAS  maneə 
törədir  "demiş,  iclas  idarəçisi  İgnatius-dan  söz  istəyən  baş  nazir  Ərdoğan  panel 
idarəçisinin söz haqqı vermək istəməməsinə cavab Perezə dönərək,"Səsin çox yüksək 
                                                           
71
 Çağrı Erhan ve Ömer Kürkçüoğlu, “Orta Doğu ile İlişkiler: İsrail’le İlişkiler,” s. 572 
72
 Gencer Özcan,Türkiye- İsrail İlişkilerinde Dönüşüm: Güvenliğin Ötesi (İstanbul:TESEV Yayınları, 2005), s. 60 
 

67 
 
çıxır.  Məndən  yaşlısan  bilirəm  ki,  səsinin  məndən  çox  yüksək  çıxması  bir 
günahkarlıq  psixologiyasının  gərəyidir.  Mənim  səsim  bu  qədər  çox  yüksək 
çıxmayacaq. Bunu belə biləsən. Öldürməyə gəlincə siz öldürməyi çox yaxşı bilirsiniz. 
Plyajlardakı  uşaqları  necə  öldürdüyünüz,  necə  etdiyinizi  çox  yaxşı  bilirəm  ." 
demişdir.  Bu  hadisənin  ardından  indiyə  qədər  davam  edən  kriz-yumşalma-
normallaşma-böhran dövrü qırılmanın eşiyinə gəlmişdir. Baş nazir Ərdoğanın Davos 
çıxışı  bütün  dünyada  geniş  əks-səda  tapdı.
73
  Daha  əvvəlki  böhran  olduğu  kimi  bu 
böhran  üçün  də  İsraildə  ümumi  mövzusu  əslində  Ərdoğanın  bu  sərt  çıxışının  daxili 
siyasətə istiqamətli olduğu və Türkiyədə martda reallaşacaq yerli seçkilərindən əvvəl 
Baş nazirin "bazasına oynadığı" istiqamətində oldu. İsrail Quru qüvvələri komandiri 
Avi  Mizrahinin  Davosdakı  hadisəyə  bağlı  olaraq  "Ərdoğan  aynaya  baxsın" 
istiqamətindəki sözlərinə Ankaranın notayla qarşılıq verməsi də əlaqələrdəki böhranı 
yaxşıca qabartdı. Bundan sonra  əlaqələr daha da dəhşətli bir ölçü almışdır. 2010-cu 
ilin yanvar ayında Türkiyə ilə İsrail arasında alçaq kreslo böhranı yaşanmışdır. İsrail 
Xarici işlər nazirinin müavini Danni Ayalon Türkiyədə efirə verilən "Kurtlar Vadisi" 
adlı bir televiziya serialında Mossad agentlərinin uşaq qaçaqçısı olaraq göstərilməsinə 
reaksiya  olaraq,  Türkiyənin  o  zamankı  Tel  Avivdəki  səfiri  Oğuz  Çelikkol-u  görüş 
əsnasında  daha  alçaq  bir  kresloya  oturtmuş  və  İsrailli  mətbuat  mənsublarına  bu 
vəziyyəti  yəhudi  dilində    ifadə  etmişdir.  Nəticə  olaraq    iki  ölkə  arasında  böhrana 
səbəb olmuş və İsrail nəticədə üzr istəmişdir. Ancaq sürətlə yüksək səviyyədə itirən 
ikitərəfli  əlaqələr  son  yaşanan  "Mavi  Mərmərə  gəmisində  dücum"  hadisəsiylə 
tamamilə  donmuşdur. İsrail  silahlı  qüvvələri   İsrail  tərəfindən HƏMAS idarəsindəki 
Qəzza  zolağında  tətbiq  etdiyi  mühasirəni  deşmək  və  dünyanın  diqqətini  bu  bölgəyə 
çəkmək  üçün  yaradılan  Azadlıq  Filosundaki  6  gəmidən  biri  olan  Mavi  Mərmərəyə, 
31 may 2010-cu il tarixində hücum etmiş və doqquz türkü öldürmüşdür. Filoda olan 
Komor  bayraqlı  bu  gəmidə  577  sərnişin,  Türkiyə  bayraqlı  Dəfnə  və  Qəzza  1 
gəmilərində  isə  müvafiq  olaraq,20  və  18  adam,  Eleftheri  Mesogios  adlı  yunan 
                                                           
73
 
Philip Robin,“Prof.Dr. Ofra Bengio ile Enine Boyuna Türkiye-İsrail İlişkileri,”Şalom qəzeti, 17 Haziran 
2009,
 http://www.salom.com.tr/news/detABl/12144-Prof-Ofra-Bengio-ile-Enine-boyuna-IsrABl-Turkiye-
iliskileri.aspx.
  

68 
 
gəmisində  30,  Sfendoni  adlı  Togo  gəmisində  43  və  Challenger  1  adlı  ABŞ bayraqlı 
bir başqa gəmidə isə 20 sərnişin vardı. Müxtəlif ölkələrdən fəallar mövcud olsa da, bu 
hərəkətin  əsasən  Humanitar  Haqq  və  Azadlıqları  (İHH)  adlı  İslamçı  qeyri-hökumət 
təşkilatları  tərəfindən  təşkil  edildiyi  bir  gerçəkdir.
74
  İsrailli  orduları  gəmiyə  çıxıb 
doqquz  adamı  öldürməsindən  sonra  Türkiyə  Xarici  İşlər  Nazirliyi,  bu  qırğının 
kompensasiyası  mümkün  olmayan  nəticələri  ola  biləcəyini  dünyaya  elan  etmişdir.    
Türkiyə hücum sonrasında İsraillə gündəmdə olan üç hərbi manevrin ləğv edildiyini, 
danışıqlarda  iştirak  etmək  üçün  İsrail  səfirliyinin  mərkəzə  çağırıldığını  açıqladı.
75
 
Eyni zamanda, Türkiyə İsraildən tələblərini də mərhumların və yaralıların, saxlanılan 
bütün  sərnişinlərin  və  gəmilərin  dərhal  qaytarılması,  kömək  vəsABtinin  Qəzzaya 
çatdırılması, İsrailin üzr istəəməsi və təzminat ödəməsi lazım olduğunu açıqladı. 
 BMT  İnsan  Hüquqları  Şurasının  27  sentyABr  2010-cu  ildə  elan  etdiyi 
hesabatında  da  20  ölkədən  gələn  112  sərnişin  ilə  görüşülmüş,  gəmilərdə  silah 
olmadığı və İsrailin gərəksiz şiddət tətbiq etdiyi nəticəsinə gəlinmişdir. Hər nə olursa 
olsun  bu  böhran  nəticəsində  İsrail-Türkiyə  əlaqələri  bəlkə  də  illərlə  təmir  edilə 
bilməyəcək şəkildə yara almışdır. Hər iki ölkə də böhranı doğru idarə edə bilməmiş, 
həddindən  artıq  güc  istifadə  etməkdən  çəkinmədiyi  bilinən  İsrailin  bu  mövqeyini 
sınamağa qalxan İHH, Türkiyənin milli maraqlarını maraqlandırmayan bir mövzuda, 
iki  ölkənin  əlaqələrini  sabote  etmişdir.  İsrail  isə  Newsweek  jurnalına  görə  bu 
qarşıdurmadan  əsl  zərərli  çıxan  tərəf  olmuş,  çünki  son  dərəcə  əhəmiyyətli  bir 
müttəfiqini itirmişdi. 
2  avqust  2010-cu  ildə  BMT-nin  Baş  katibi  Pan  Gi  Mun  tərəfindən  BMT 
nəzdində  fəaliyyət  göstərəcək  olan  və  Mavi  Mərmərə  hücumunu  beynəlxalq  hüquq 
baxımından  araşdırıb  BMT-ni  məlumatlandırmağı  məqsəd  qoyan  bir  komissiya 
quruldu.  Komissiyaya  rəhbərliyi  Yeni  Zelandiyanın  köhnə  baş  naziri  Sir  Geoffrey 
Palmer,  başçı  köməkçiliyi  isə  Kolumbiya  köhnə  başçısı  Alvaro  Uribe  edəcəkdi. 
                                                           
74
 
Avi ShlABm, The Iron Wall: Israel and the Arab World  (London: Penguin Books,2001), s. 600-610. 
75
 
Aras,Bülent.“Turkish Foreign Policy and Jerusalem: Toward A SocietalConstruction of Foreign 
Policy.” Arab Studies Quarterly Vol 22 No 4(2000): s.  31-58. 
 

69 
 
Komissiyada  İsraili  İsrail  Müdafiə  Nazirliyi  hüquq  köhnə  məsləhətçisi  Cozef 
Ciechanover, Türkiyəni isə təqaüdçü səfir Özdem Sanberk təmsil etdi. 
3  dekabr  2010-cu  ildə  Habfa  yaxınlarında  çıxan  və  İsrailin  tək  başına 
söndürməkdə çox qeyri-kafi qaldığı yanğının söndürülməsi işlərinə Türkiyə baş nazir 
Ərdoğanın  təlimatıyla  yanğın  söndürmə  təyyarələri  göndərərək  dəstək  oldu.  Bu 
inkişaf sonrası İsrail baş naziri Netanyahu baş nazir Ərdoğana zəng edərək təşəkkür 
etdi.  Eyni  zamanda,  alçaq  kreslo  böhranının  memarı  olan  Xarici  işlər  nazirinin 
müavini  da  Türkiyəyə  xüsusilə  təşəkkür  etdiklərini  açıqladı.  Türkiyə  yaşanan  bu 
inkişaflardan  sonra  iki  ölkə  arasındakı  böhranın  aşılmasını  üç  şərtə  bağlamışdır. 
Bunlardan birincisi, İsrailin rəsmi üzr istəməsi, ikincisi ölənlərin yaxınlarına təzminat 
ödəməsi və sonuncusu isə Qəzza üzərindəki embargonun sona çatdırılmasıdır. Ancaq 
İsrailin yalnız ölümlərdən ötrü kədər duyduğu şərhi və ölənlərin yaxınlarına ölümlərə 
səbəb  verən  İsrailli  əsgərlərin  hüququ  vəziyyətinə  zərər  verməyəcək  şəkildə 
təzminatödəyə biləcəyini bildirməsi, Türkiyəni təmin etmədi.
76
 
İsraildə  bu  mövzu  üzərinə  müzakirələr  davam  edərkən  İsrail  hökumətinin  bir 
aylıq  dərin  bir  böhran  yaşaması,    2011-ci  ilin  yanvr  ayından  etibarən  Tunisdə 
başlayıb təsirini genişlədən "Ərəb Baharı" nın marağı başqa bir nöqtəyə sürüşdürməsi 
səbəbiylə  Türkiyə-İsrail  əlaqələrinin  normallaşması  baxımından  atılacaq  addımlar 
ikinci planda qalmağa başladı. Bu sırada BMT tərəfindən hazırlanan Palmer hesabatı 
da əlaqələrin alacağı seyrin ortaya çıxması baxımından mühüm  əhəmiyyət daşıyırdı. 
2011-ci  il  sentyABr  ayından  etibarən  Palmer  hesabatının  hələ  açıqlanmadan  "The 
New  York  Times"  tərəfindən  detallarının  nəşr  Türkiyə  tərəfində  son  dərəcə  mənfi 
qarşılandı.  Hesabatın  açıqlanmadan  mediaya  sızdırılmasının  ortaya  çıxardığı 
skandalla  birlidkə  İsrailin  Mavi  Mərmərəyə  təşkil  etdiyi  hücumun  və  Qəzzaya  olan 
yanaşmasının  qanuni  olduğunu  ifadə  etməsi  Türkiyəni  təxminən  bir  il  sonra  İsrailə 
qarşı mövqeyini sərtləşdirməyə itələdi.
77
 
                                                           
76
 Arı, Tayyar.“Gazze Sonrası İsrail’de İç Dinamikler ve Barış Süreci.” Ortadoğu Etütleri (2009): s. 83 98 
77
 
Bacık ,Gökhan.“The Limits of An Alliance: Turkish-Israeli RelationsRevisited.” Arab Studies QuarterlyVol 23 No 3 
(2001): s. 49 – 63. 
 

70 
 
Xarici işlər naziri Əhməd Davudoğlu təşkil etdiyi mətbuat konfransında İsraillə 
əlaqələrin  ikinci  katib  səviyyəsinə  endirildiyi,  edilən  hərbi  müqavilələrin  təxirə 
alındığı,  fövqəladi  addımların  təmin  edilə  bilməsi  üçün  lazım  olduğunda  tədbir 
alınması,  Qəzzaya  edilən  addımların  tanınmaması,  Beynəlxalq  Ədalət  Divanında 
araşdırılması  üçün  lazımlı  cəhdlərin  edilməsi,  Mavi  Mərmərə  hadisəsində  zərər 
çəkmiş olanların hüquqlarının axtarılması üçün beynəlxalq mühitdə hər cür dəstəyin 
verilməsi qərarlarının alındığını açıqladı. Eyni zamana prezident Abdullah Gül etdiyi 
şərhdə Türkiyənin Palmer Hesabatının tanımadığını ifadə etdi 
İnkişaflar  üzərinə  BMT-nin  Baş  katibi  Pan  Gi  Mun  həm  Türkiyənin  həm  də 
İsrailin Yaxın Şərq üçün əhəmiyyətli olduğunu söylədi və Yaxın Şərq sülh prosesinin 
mənfəəti  üçün  hər  iki  ölkəyə  də  əlaqələrini  düzəltməsi  çağırışını  etdi.  ABŞ  adına 
şərhi  ABŞ  Xarici  işlər  nazirliyi  Spikeri  Victoria  Nuland  etdi.  Türkiyə  və  İsrailin 
aralarındakı  anlaşmazlıqlardan  ötrü  kədər  duyduqlarını  ifadə  edən  Nuland  həm 
Türkiyənin,  həm  də  İsrailin  müttəfiq  ölkə  olduğunu  xatırladaraq,  iki  ölkənin  də  bu 
problemi həll etməyə səy etmələrini istədi. 
Almaniya Xarici işlər naziri Guido Westerwelle isə Türkiyənin rəftarını tənqid 
etdi.  Türkiyə-İsrail  gərginliyini  narahatlıqla  izlədiklərini  və  razılığa  istiqamətli 
addımların  atılması  lazım  olduğunu  ifadə  etdi.  Almaniyanın  vasitəçiliyini  təklif  də 
edən Westerwelle Türkiyədən İsraillə yenidən dialoqa keçməsini tələb etdi. 
Burada  gözlənilən  İsrailin  geri  addım  atmasıdır.  Çünki  İsrail  beynəlxalq 
hüququ  tapdalamış,  quru  suları  xaricində  bir  gəmiyə  çıxaraq,  doqquz  adamın 
ölümünə  səbəb  olmuşdur.  İsrail  Türkiyə  hökumətinin  "Türk  ictimaiyyəti  İsrail  və 
Qərb  əleyhdarı  düşüncəyə  istiqamətləndirdiyi"  mövzusunda  bəzi  ifadələr  istifadə 
edilmişdi. Ancaq burada əhəmiyyətlə üzərində dayanılması lazım olan bir xüsusiyyət 
vardır; gəmiyə hücum edib doqquz vətəndaşı öldürülən bir ölkə ictimaiyyətinin onsuz 
da  reaksiya  göstərməsi  son  dərəcə  normaldır.  Buna  baxmayaraq,  bu  cür  bir  hücum 
qarşısında  Türk  ictimaiyyəti  sağlamfikirli  davranmış,  tarixdən  gələn  "qoruyucu" 
rolunu  yenə  tərk  etməmiş  və  ölkəsindəki  İsraillilərə  və  yəhudi  əslli  vətəndaşlara 
istiqamətli  hər  hansı  bir  mənfi  hərəkət  etməmişdir.  Onsuz  da  İsrail  hökuməti  də 

71 
 
bunun  belə  olmadığını,İsrail  vətəndəşlarına  “Türkiyəyə  səyahət  qadağasını 
"qaldıraraq qəbul etmişdir. 
   Qısa  vəd  edən  İsrailin  bölgədəki  müttəfiq  alternativi  Cənubi  Kipr  Rum 
Rəhbərliyi kimi görünür. Yuxarıda da ifadə edildiyi üzrə İsrail onsuz da Cənubi Kipr 
ilə əlaqələrini ötən ildən bəri inkişaf etdirirdi. Bu çərçivədə Kipr ilə inkişaf etdirilən 
əlaqələr  həm  İsrailin  bölgədəki  müttəfiq  ehtiyacına  qısa  vədədə  həll  edilə  biləcək 
kimi  görünür  həm  də  xarici  siyasətdəki  ən  böyük  əlaltılarından  biri  Kipr  olan 
Türkiyəni narahat edəcək və bu sahəyə köçürdüyü enerjinin artmasına səbəb olacaq. 
Necə  ki  Cənubi  Kipr  və  İsrailin  Şərq  Aralıq  dənizidə  birlikdə  "qazma"  fəaliyyətinə 
başlayacaq olması xəbərinin Ankarada edilməsi ciddi bir narahatlıq meydana gətirmiş 
və Türkiyə də Kipr ilə qitə razılşması müqaviləsi imzalayaraq Şərq Aralıq dənizində 
neft  axtarış  fəaliyyətlərinə  başlanacağını  eşitdirmişdir.  Livan  da  Rum  rəhbərliyinin 
Şərq  Aralıq  dənizində  neft  axtarış  işlərinin  Livanın  suverenlik  haqqlarını  pozuntu 
etməmək  lazım  olduğunu,  bu  nöqtədə  heç  bir  dövlətə  qarşı  xoşgörüşlü 
davranamayacaqlarını açıqlamışdır. 
   Türkiyə-İsrail  əlaqələrinin  bu  dərəcə  pozulmasının  bölgə  siyasətinin  ümumi 
baxımından ikili bir təsir doğuracağı deyilə bilər. Prioritetli olaraq Türkiyə Fələstin-
İsrail məsələsində ərəblərdən ötrü rəftarını çox daha ortaya qoyaraq bölgədəki siyasi 
vəziyyəti  daha  kənara  daşımış  və  bölgəni  İranın  potensial  nüfuz  sahəsi  olmaqdan 
çıxarmışdır. Eyni zamanda Türkiyə Yaxın Şərq barışıq dövründə olmazsa olmaz bir 
aktor olaraq meydana çıxmış görünməkdədir. İsraillə əlaqələri yaxşı olan bir Türkiyə 
ən azından tərəflərin görüşməsini təmin edə bilər, müzakirə sahələri üzərində müddəti 
icra  bir  aktor  ikən  bu  güngəlinən  nöqtədə  Fələstin  məsələsinin  həllində  İsraillə 
əlaqələri pis olan bir Türkiyənin Fələstin məsələsinin həll qovuşdurulmasında müsbət 
bir  rol  əldə  edilə  bilməyəcəyi  irəli  sürə  bilər.
78
  Bununla  birlikdə  Türkiyənin  bölgə 
siyasətinə bu qədər möhkəm daxil olmasını, ölkələrindəki ən ciddi rejim müxalifətini 
İslami  hərəkətlərdən  qəbul  etməsini  Səudiyyə  Ərəbistanı  və  İordaniya  kimi  ölkələr 
məmnuniyyətsizliklə  qarşılamamışlar.  Çünki  Avropa  İttifaı  ilə  müzakirələr  aparan, 
ABŞ ilə "strateji ortaq" olan və eyni zamanda müstəqil işləyən bir parlamentə, heç bir 
                                                           
78
  Sedat Laçıner “Türk dış politikası” Ankara 2009, s. 256-261 

72 
 
xarici təsir olmadan vaxtaşırı olaraq həyata keçirilən seçkilərlə nəzarət altında tutulan 
bir demokratiyaya və dünyəvi dövlət nizamına sahib olan və bütün bunlarla İslamı bir 
arada tuta bilən Türkiyə bölgədə İranın yerinə iqamə edilə biləcək ən yaxşı alternativ 
vəziyyətindədir. Bununla birlikdə bölgədəki xalq hərəkətlərinin ən böyük tələblərinin 
də  güclü  bir  demokratiya  və  müstəqil  işləyən  bir  parlament  olduğu  nəzərə  alınsa 
Türkiyənin  bölgəyə  girişi  qısa  və  orta  vəd  edən  bölgə  ölkələrindəki  mövcud 
rejimlərin məşruyyiətlərinin sorğulanması ilə nəticələnə bilər.
79
 
Türkiyə  baxımından  əlaqələrin  gərilməsinin  nəticələri  da  qısa  və  orta  vədd 
edən  dəyişənlik  göstərəcək.  Türkiyə  AK  Partiya  iqtidarı  altında  keçən  on  il  ərzində 
xarici  siyasətini  bölgəsindəki  bütün  dövlətlər  tərəfindən  güvən  duyulan  bir  regional 
güc  və  bu  gücdən  aldığı  etibardan  qaynaqlanan  bir  qlobal  aktor  olmaq  üzrə  təyin 
etmişdi.  Gəlinən  nöqtədə  Türkiyə-İsrail  əlaqələrinin  pisləşməsi,  İranla  həm  Suriya, 
həm  də  raket  qalxanı  mövzularında  yaşanan  çətinliklər,  Suriya  rejimi  ilə  əlaqələrin 
qopması  ilə  yanaşı,  Ermənistanla  davam  etdirilən  əlaqələrin  normallaşdırılmasına 
istiqamətli  danışıqların  yarım  qalması,  Kipr  probleminin  həlli  mövzusunda  yaşanan 
tıxanma və AB əlaqələrinin durma nöqtəsinə gəlməsi AK Partiya iqtidarının vəzifəyə 
gəldikdən sonra mənimsədiyi missiya çərçivəsində-Türkiyənin qarşısında əhəmiyyətli 
diplomatik imtahanlar olduğunu göstərir. Ötən 10 il ərzində izlənilən "sıfır problem" 
siyasəti  və  bölgədəki  nisbilik  obyektiv  duruş  beynəlxalq  siyasətdə  Türkiyənin 
davamlı  bir  Yaxın  Şərq  barışında  təsirli  rol  oynaya  bilər  düşüncəsini  ortaya 
çıxarmışdı. İnkişaf edən son hadisələrdən sonra isə, gərginlik yaxşı idarə edilməzsə, 
AK Partiya iqtidarı müddətində əl altından davamlı işlənən "gizli təqvim "arqumenti 
çərçivəsində AK Partiya iqtidarının" revizyonist "bir xarici siyasət izlədiyi düşüncəsi 
beynəlxalq  ictimaiyyətdə  yer  əldə  edə  bilər.  Eyni  zamanda  İsrailin  Cənubi  Kipr  ilə 
inkişaf etdirəcəyi əlaqələrin Kipr probleminin həllini çətinləşdirəcək olması da Türk 
xarici siyasətinin iş sahələri və diqqət sıxlığı baxımından nəzərə alınması lazım olan 
bir ünsürdür. 
                                                           
79
  Baskın Oran “Türk dış politikası” III cild, (2001-2012) İstanbul 2013, s. 567-574 

73 
 
Bütün bu qiymətləndirmələrin işığında ortaya çıxan ən əhəmiyyətli xüsusiyyət 
iki  ölkə  arasındakı  əlaqələrin  bu  nöqtəyə  gəlməsində  Türkiyənin  hər  hansı  bir 
məsuliyyətinin olmamasıdır. 
Digər  bir  deyişlə  problemi  yaradan  tərəf    Türkiyə  deyil.  Ancaq  daha  əvvəl 
yaşanan  gərginlikdən  olduğu  kimi  bunun  da  Fələstin  problemindən  qaynaqlanması 
təsadüf deyil. Bu səbəbdən iki ölkə arasındakı münasibətlərdəki eniş-çıxış ilə Fələstin 
problemi arasında birbaşa bir korrelyasiya var. Bu səbəblə mövcud böhranın aşılması 
İsrail-Fələstin  probleminin  həllinə  və  ya  ən  azından  tərəflər  arasında  optimist  bir 
havanın doğulmasına bağlı olacaq.
80
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
80
  Ahmet Davutoğlu “Stratejik derinlik” Küre nəşriyyatı, 2001 

74 
 
?


433-sdmr-uaa-zglk-tyin.html

434--hans-gstrici.html

434-az-boluu-selikli.html

434-vinir-hazrlamaq-n-2.html

435--creai-grupuri-de.html